Ölkə futbolu
Uels millisinin sabiq futbolçusu Azərbaycandan təklif alıb
Futbol üzrə Uels millisinin sabiq müdafiəçisi Neyl Teylor Azərbaycandan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
33 yaşlı sol cinah müdafiəçisinin xidmətində Türkiyə və Hindistan klubları da maraqlıdır. Ötən mövsümün sonunda İngiltərənin “Midlsbro” komandasından ayrılan təcrübəli oyunçu hazırda azad agentdir.
Neyl Teylor “Mançester Siti” və “Reksem” klublarının yetirməsidir. O, peşəkar karyerasına da “Reksem”də başlayıb. Futbolçu daha sonra “Suonsi Siti” və “Aston Villa”nın uğurları üçün çalışıb. Uels yığmasında 43 oyun keçirmiş müdafiəçi, 1 qolla yadda qalıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq