Bu gün baş məşqçisi Urs Fişeri istefaya göndərən “Union Berlin” qadın çalışdırıcıya tapşırıla bilər. Belə olarsa, nəinki Bundesliqada, ümumiyyətlə, Avropada bir ilk yaşanacaq. Komandanın avrokubokda mübarizəyə davam etdiyini nəzərə alsaq, daha çox ilk reallaşa bilər.

Futbolinfo.az xəbər verir ki, Mari-Luiza Eta “Union”un U-19 komandasına Marko Qrotun köməkçisi idi. O, artıq əsas komandada eyni vəzifəyə gətirilib. Bu isə o deməkdir ki, berlinlilər yeni baş məşqçi tapana kimi komandanın hazırlığına 32 yaşlı Eta cavabdeh olacaq. Təyinat yubansa, xanım çalışdırıcı komandanı oyunlara çıxararaq debüt edən bilər.

Maraqlıdı ki, Mari-Luizanın əri Benjamin Eta 3 gün öncə 4-cü liqada çıxış edən “Vayx”dan istefaya göndərilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp