Ölkə futbolu
Ürfan Abbasov: “Hakim penalti verməsəydi, heç kim ona heç nə deməzdi”

“Kəpəz”lə oyunda zəif təsir bağışladıq. Birinci hissə tam fərqli oyun oynadıq. İkinci hissədəki kimi ilk hissədə də çıxış etsəydik, hər şey başqa cür ola bilərdi” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov deyib.
Əyalət klubunun kapitanı 2:2 hesabı ilə bitən matçdan danışıb: “Birinci yarıda heç nədən qollar buraxdıq. Qapımıza iki penalti təyin olundu və rəqib fərqləndi. Penaltilərdən birində mənim əlim rəqibin üzünə dəymişdi. Orda bilərəkdən heç nə etmədim, çünki müvazinətimi itirmişdim. Rəqibin üzünü görmürdüm. Təəssüf ki, hakim onu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirdi. Bu qərarı verməsəydi də, heç kim ona heç nə deməzdi. 0:2-dən oyunu 2:2-yə gətirdik. Qalib də gələ bilərdik. Şükür ki, heç olmasa, 1 xal qazandıq”.
Abbasov “Qəbələ”nin mövsümün ən zəif oyunlarından birini keçirdiyi ilə qismən razıdır: “Birinci oyun olduğunu nəzərə alsaq, normaldır. Təlim-məşq toplanışından sonra komanda yavaş-yavaş formaya düşəcək. Razıyam ki, elə də yaxşı oynamadıq. Amma hər şey qaydasına düşəcək”.
Kapitan bundan sonra həm kubokda, həm də çempionatda uğur qazanmaq istədiklərini bildirib: “Əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, istədiyimizə nail olacağıq”.

- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu