Bizi izləyin

Layihə

Uşaq futbolunun problemləri: “Bunun həllinə bizim gücümüz çatmır”

blank
blank

Azərbaycanda çox az komanda tapmaq olar ki, orada Tovuz futbol məktəbinin yetirməsi çıxış etmir. Milli komandalarımızda, avrokubok iştirakçılarımızda uzun illər əsas heyətin önəmli simaları arasında bu rayonun təmsilçiləri olub. Son illərdə “Turan Tovuz”un Divizionda çıxış etməsiylə klubun yetirmələrinin sayı azalmışdı, yerli gənclər Qəbələyə yollanır, buradakı akademiyada futbolun sirrlərini öyrənirdi.

Klubun yenidən Premyer Liqaya qayıtmasıyla yerli gənclər üçün yeni imkanlar yaranıb. Buna “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyevin futbolinfo.az saytına müsahibəsini oxuduqdan sonra əmin olacaqsız.

– Akademiyada işlər necə gedir?

– “Turan Tovuz”un Premyer Liqaya qayıtması ilə birlikdə akademiyada da canlanma yarandı. Akademiya ötən ildən yaradılıb. Seçimlər aparmışdıq, bu il də növbəti seçimlər oldu. Yeni gələn uşaqlar var. Mövsüm başlamazdan həftəlik, aylıq, illik planımızı tuturuq. İşlər plan üzrə gedir. Hazırda da oyunlara görə planımızı qururuq.

– Əsas komandanın Premyer Liqaya qayıtmasından sonra Tovuzda futbola maraq nə dərəcədə artdı?

– Demək olar ki, on qat fərq oldu. Əvvəllər uşaqları heç məşqlərə gətirə bilmirdik, məcburiyyətdən arxalarına düşürdük. İndi valideynlər özləri gətirir. Bu, əsas komandanın ev oyunları zamanı stadiona toplaşan azarkeş kütləsindən də görünür. Tovuz futbol bölgəsidir, hamı bu rayonun Premyer Liqaya yüksəlməsini gözləyirdi. Bu gün valideyn də başa düşür ki, uşağını futbola yazdırsa, o, gələcəkdə elitada iştirak edə bilər.

blank

– Tovuzda 9 ilə yaxın peşəkar futbolun olmaması yeni istedadların üzə çıxmasının qarşısını almadı?

– Əlbəttə ki, çox aldı. Elə 9 il əvvələ qədər çıxan futbolçulara diqqət yetirsəniz, Nadir Nəbiyev, Aqil Nəbiyev, Cavid Hüseynov, Vurğun Hüseynov, Elvin Məmmədov kimi adların Azərbaycan futboluna bəxş olunduğunu görərsiniz. Ümid edirəm ki, tezliklə yenidən nadirlər, vurğunlar, elvinlər, aqillər üzə çıxar.

– Akademiyada neçə komanda fəaliyyət göstərir və neçə uşaq futbolun sirlərini öyrənir?

– Ümumilikdə 11 komanda var. 6-9 yaşlılar bir qrup sayılır, 10 yaşdan 19 yaşa kimi də komandalarımız Azərbaycan çempionatında çıxış edirlər. İndiyə qədər bizdə bu qədər yaş qrupu olmamışdı. 220-yə yaxın uşaq futbolun sirlərini öyrənir. Üstəlik, təzə gələnlər də var ki, onlar ayrı hazırlıq keçirlər, oradan seçilib akademiyaya cəlb olunurlar. Təkcə Tovuzdan yox, Şəmkirdən, Qazaxdan, Ağstafadan – yaxın bölgələrdən də axın çoxdur.

– Digər rayonlardan gələnlər Tovuzda qalırlar?

– Hazırda akademiyada 30 uşaq qalır. Onların qidalanmasından məktəbinə qədər rəhbərlik hər şəraiti yaradır.

– Uşaqların məşq qrafikini orta məktəblə necə tənzimləyirsiniz?

– Məşqləri məktəb qrafikinə uyğun salmışıq. Aşağı yaş qrupu uşaqlardan səhər oxuyanlar da var, günorta oxuyanlar da. Səhər məktəbə gedənlərin məşqi günorta saatlarında olur, digərləri isə səhər məşqə gəlirlər. Uşağın təhsili də çox vacibdir. Futbol indi o qədər inkişaf edib ki, düşünməsələr, istənilən səviyyədə oyun göstərə bilməzlər.

– Uşaqların süni örtüklü meydançalarda məşq etmələri, oyun keçirmələri onların gələcəyini riskə atmır?

– Açığı, elə şəraitimiz də yoxdur ki, təbii örtüklü meydançalarımız olsun. Ota baxmaq da lazımdır. Axı, klubun büdcəsi ona imkan vermir. Təbii örtük olsa, hər gün məşqləri orada keçə bilməyəcəyik. Çünki orada oyunlar olur. Belədə gərək məşqlər üçün əlavə meydançalar da olsun. Bizdəki süni örtük standartlara cavab verir, yaxşı vəziyyətdədir. Bunun elə bir ziyanını görmürük. Çünki uşaqlar örtük səbəbindən zədələnmirlər.

blank

– Əsas komanda ilə akademiyanın hazırlıq metodu fərqlidir, yoxsa məşqləri Premyer Liqadakı komandaya uyğun keçirsiniz?

– Hətta deyərdim ki, bizdə vəziyyət daha yaxşıdır. Əsas komandanın baş məşqçisi Ayxan Abbasovla birlikdə işləyirik, daim əlaqədəyik. Əsas komandanın məşqçiləri məşqlərimizi izləyirlər, həmçinin yuxarı yaş qruplarındakı məşqçilərimiz A komandanın hazırlıqlarında iştirak edirlər. Hər həftə birgə iclas edirik, oyun analizləri aparırıq. U-16, U-17 və U-19 komandalarımızdan hər həftə əsas kollektivə uşaqlar cəlb olunur, məşqlərdə yer alır.

– Uşaqlarla bağlı nə kimi problemlərlə üzləşirsiniz?

– Akademiyada elə bir çatışmazlıq yoxdur. Təbii ki, problemsiz mümkün deyil. Bizim də üzərimizə düşən analizlərlə problemləri görmək, onların üzərində işləməkdir. Matçların videokadrlarını kəsib təhlillər aparırıq. Üstün və zəif cəhətlərimizi üzə çıxarırıq. Məşqlərdə də zəif tərəflərin üzərində xüsusi dayanırıq.

– Dediniz ki, Tovuzda yenə istedadlar üzə çıxacaq. Bunu görmək üçün nə qədər gözləmək lazımdır?

– Çox demirəm, yaxın 2-3 ildə görünəcək. Bunun nəticəsidir ki, bu gün aşağı yaş qrupu üzrə millilərə Tovuzdan uşaqlar gedir. U-15-ə iki, U-16-ya bir, U-17-yə iki, U-18-ə iki, U-19-a isə üç nəfər çağırılıb. Bütün bunlar görülən işlərin bəhrəsidir.

– Azərbaycan uşaq futbolunda sizi narahat edən əsas problemlər nələrdir?

– Bölgələrdə oluram, aşağı yaş qruplarına baxıram. Bölgələrdə istedadlı uşaqlar çoxdur. Sadəcə, onları düzgün şəkildə yuxarı pillələrə qaldırmaq lazımdır. Düşünürəm ki, Premyer Liqada komanda sayı artırılarsa, daha çox uşaq üzə çıxar. Məsələn, bu ilə kimi elitada 8 komanda yarışırdı, o qədər də çox uşaq yox idi. Lənkəran, Zaqatala, Mingəçevir kimi yerlərdə klub yaradılsa, onların aşağı yaş qrupları da olacaq. “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Lənkəran futbolunun yetirməsidir. Onun kimi, əvvəlki dövrlərdə İmişlidən, Zaqataladan da uşaqlar üzə çıxdı. Bir məsələ də var ki, bölgələrdə 14 yaşa kimi uşaqlar arasında çempionatlar keçirilir, amma o yaşdan sonra liqalar olmadığı üçün futboldan gedirlər. Məncə, əsas problemlərdən biri budur. Bölgələrdə yuxarı yaş qrupları üzrə komandalar olsa, həmin uşaqlar yoxa çıxmazlar.

– Bunun həlli yolunda hansısa tədbir görülmür?

– AFFA-nın bununla bağlı Elit layihəsi var. Onların bəzi bölgələrdə 15 yaşlılardan ibarət komandaları var. Biz özümüz onlardan 5-6-nı “Turan Tovuz”a götürmüşük. Təbii ki, belə komandaların sayının çoxluğu daha yaxşı olar.

– Azərbaycan futbolunda əsas problemlərdən biri də 18-20 yaşdan sonra futbolçuların davam etməməsidir. Xüsusən də əsgərliyə gedənlər döndükdən sonra başqa sahəyə yönəlirlər.

– Düz deyirsiniz. Bu, elə bizim də başımıza gəlib. Yanvardan sonra 2005-ci il təvəllüdlü 5-6 futbolçumuz əsgərliyə gedəcək. Bunun həllinə bizim gücümüz çatmır. Dövlət tərəfindən tənzimləyici tədbir olsa, idmançılara müəyyən güzəşt edilsə, daha yaxşı olar. Çünki həmin yaş dövründəki uşaqların çoxu sonradan davam edə bilirlər. Adicə 10-15 günlük zədədən sonra məşqə qoşulan futbolçunun bərpası üçün nə qədər vaxt keçir. Əsgərlik isə il yarım onları məşqdən uzaq qoyur. Futbolçunun inkişaf dövründə onlar əsgərliyə getməli olurlar.

– Nədənsə ildən-ilə üzə çıxan futbolçular özündən əvvəlki nəsillə müqayisədə zəif olur. Bəs, bu nədən qaynaqlanır?

blank

– Məncə, indi yaradılan şərait, keçilən məşqlər, kurslar məşqçilərin savadını çox artırıb. Uşaqlara da istəniləni verə bilirlər. Sizin dediyiniz problemi isə komanda sayının azlığı ilə əlaqələndirərdim. Premyer Liqa komandalarında 6 əcnəbi futbolçu çıxış edir. Klubların əksəriyyəti də yüksək yerlər uğrunda mübarizə aparır. Onlar da 5 yerliyə start heyətində şans verirlər. Aşağı yaş qruplarından ora düşəcək səviyyədə oyunçu sayı da tək-tükdür. Klub sayı çox olsa, həmin uşaqlar başqa komandalarda oynayıb artırarlar. Bu, həm də rəqabətə yol açar.

– Əsas millimiz ardıcıl qələbələr qazansa da, U-21 yığmamız son yoxlama görüşlərində birabırçı nəticələrlə məğlub oldu. Onlara baxanda Azərbaycan futbolunun gələcəyi ilə bağlı hansı təəssürat yaranır?

– U-21 sıfırdan yığılan komandadır, onlara vaxt lazımdır. Hələ ilk toplanışlarıdır. Orada yaxşı uşaqlar var. Mən problemi həmin gənclərin Premyer Liqa təcrübəsinin olmamasında görürəm. Nəzərə alaq ki, çempionatda 21 yaşadək futbolçu limiti də ləğv olunub. Limit qüvvədə olanda hər komandada 4 gənc oyunçu yer alırdı. Əsas komanda ilə müntəzəm məşqlərə qatılır, təcrübə toplayırdılar. Baş məşqçilər də məcburiyyətdən onları oynadırdı. İndi oynamadıqları üçün nə oyun praktikaları olur, nə də təcrübə qazana bilirlər. Birinci divizion da Premyer Liqa səviyyəsində deyil. Ancaq mən futbolumuzun gələcəyinə nikbin yanaşıram. Elitada komanda sayı artırılarsa, əminəm ki, ildən-ilə daha yaxşı oyunçular üzə çıxacaq. Hazırda 2005-ci il təvəllüdlülərin digərlərindən fərqləndiyini düşünürəm. Azərbaycan futbolu gələcəkdə oradan yaxşı oyunçular qazanacaq. Aşağıdan yaxşı nəsil gəlir. Onlara gələcəkdə yaxşı şərait yaradılsa, oynamaq imkanı verilsə və xaricə çıxsalar, inanıram ki, futbolumuz da inkişaf edəcək.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam

Reklam


blank
Dünya futbolu2023-01-31 10:00

Super Liqa klubu “Şaxtyor”un hücumçusu ilə gücləndi

blank
Dünya futbolu2023-01-31 09:42

Jorjinyo və Ziyeş üçün vida günü

blank
Dünya futbolu2023-01-31 09:28

Sərdar Azmun üçün yeni müştəri

blank
Dünya futbolu2023-01-31 09:14

“Tottenhem” Porronun keçidini həll etdi

blank
Premyer-liqa2023-01-31 09:00

“Qarabağ” “Şamaxı”ya, “Səbail” “Kəpəz”ə qarşı

blank
Dünya futbolu2023-01-31 02:06

“Vilyarreal” doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-01-31 01:51

Son oyunda heç-heçə

blank
Ölkə futbolu2023-01-31 01:34

Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı

blank
Digər2023-01-31 01:22

Fərid Qayıbov tanınmış idmançı ilə görüşdü

blank
Dünya futbolu2023-01-31 01:08

Türkiyə millisinin üzvü rəsmən “Qalatasaray”da

blank
Dünya futbolu2023-01-31 00:03

“Fənərbaxça”dan 6 milyon avroluq transfer

blank
Dünya futbolu2023-01-30 23:43

“Valensiya” Qattuzonu istefaya göndərdi

blank
Dünya futbolu2023-01-30 22:44

Almanların yeni hədəfi

blank
Dünya futbolu2023-01-30 22:19

“Everton” Qallaheri istəyir

blank
Digər idman növləri2023-01-30 22:10

Liderdən daha iki qələbə

blank
Ölkə futbolu2023-01-30 21:58

“Kəpəz” rəhbərliyi nazirlə görüşdü

blank
Dünya futbolu2023-01-30 21:46

“Ferentsvaroş” Ovusunu rəsmən təqdim etdi

blank
Digər idman növləri2023-01-30 21:40

“Azərreyl”dən növbəti qələbə

blank
Ölkə futbolu2023-01-30 21:35

Çəlikəl Lunyovla bağlı ruslara danışdı: “Müzakirələr bitdi”

blank
Ölkə futbolu2023-01-30 21:22

Tovuzluların qələbə həsrəti – bu dəfə rəqibə özləri yardım etdi

blank
Premyer-liqa2023-01-30 21:12

Samir Abasov ot örtüyündən şikayətləndi

blank
Dünya futbolu2023-01-30 21:00

“Vulverhempton”un yeni oyunçusu “Flamenqo”dan gəldi

blank
Premyer-liqa2023-01-30 20:49

“Qol imkanlarından istifadə edə bilmədik” – Ayxan Abbasov

blank
Dünya futbolu2023-01-30 20:43

Kanselo icarəyə getdi

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-30 20:07

“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı

blank
Premyer-liqa2023-01-30 19:57

“Turan Tovuz” Sumqayıtdan xalsız qayıtdı

blank
Dünya futbolu2023-01-30 19:39

Azərbaycan güləşçiləri üçün 2023-cü ilin ilk sınağı

blank
Dünya futbolu2023-01-30 18:56

“Everton” (Ş)onu seçdi

blank
Ölkə futbolu2023-01-30 18:49

Oduva keçmiş komandasına qarşı oynamayacaq

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

blank
Ölkə futbolu2023-01-09 18:54

“Kəpəz”in iki futbolçusu səhər məşqində iştirak etmədi

blank
Ölkə futbolu2023-01-09 14:31

Milli üzvü rəsmən “Neftçi”də

blank
Ölkə futbolu2023-01-09 13:20

Moldova yığmasının üzvü “Turan Tovuz”da

blank
Ölkə futbolu2023-01-07 19:24

“Turan Tovuz” Antalyada – VİDEO

blank
Ölkə futbolu2023-01-05 19:40

“Neftçi”nin Türkiyədə ilk günü – VİDEO

Facebook

Gündəm