Bizi izləyin

Layihə

Vəli Qasımov: “Bizdə çox adam sovet vaxtında nə görübsə, onu da təkrarlayır”

blank
blank

“Şamaxı” Futbol Məktəbinin koordinatoru Vəli Qasımovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” Futbol Məktəbində geridə qalan müddətdə hansı işlər görülüb?

– Hər şey plan üzrə gedir, məşqlər davam edir. Düzdür, uşaqların sayını azaltmışıq. Çünki seleksiya zamanı ən yaxşılarını saxlayıb çempionata hazırlaşırıq. Artıq sənədlərini yığırıq ki, çempionatda oynamaları üçün AFFA-nın qeydiyyatına salaq. Assosiasiya akademiyanın açılması, fəaliyyəti üçün hər şeyi edib. “Şamaxı” klubu da artıq bizə dəstək olmağa başlayıb. Yəqin ki, komandalarımız sentyabrın ortalarına çempionata hazır olacaqlar.

– Akademiyada hansı yaş qrupları fəaliyyət göstərir və neçə yeniyetmə var?

– Bu yaxınlara kimi 300-dən çox uşaq var idi. Avqustun 1-dən sayı azaltmağa başlamışıq. “Şamaxı”da 10, 11, 12 və 13 yaş qrupları fəaliyyət göstərir. Təxminən 120 uşaq qalıb. Hər yaş qrupunda maksimum 25 yeniyetmə saxlamaq istəyirik. Futbola maraq Şamaxıda elə artıb ki, hər məşqə yeni uşaqlar gəlir. Yoxlayırıq, yaxşılarını saxlamağa çalışırıq.

– Nə kimi problemlərə üzləşirsiniz?

– Düzü, problemimiz yoxdur. AFFA tərəfindən bütün şərait yaradılıb. Əsas komanda burada olduğu üçün meydança məsələsi var. Amma o da problem deyil. Danışıb, vaxtı uyğunlaşdırırıq.

– Uşaq futbolunda adətən valideyn marağı da diqqətçəkən olur. Şamaxı sakinləri uşaqlarını futbola gətirməkdə nə dərəcədə həvəslidir?

– Yaya qədər elə çox uşaq gəlmirdi. Amma yay aylarından maraq daha da çoxalıb. Bəlkə də, qışda soyuğa görə qorxub uşaqlarını gətirmirdilər. Ancaq indi bütün valideynlər övladını problemsiz gətirir. Hətta 20-25 km uzaqlıqdan gələnlər də var. Hamısının böyük həvəsi var. Uşaqlar məhlələrində də futbol oynayırlar. Bu, Azərbaycan futbolunun inkişafı üçün çox vacibdir. Valideynlərin hər biri ilə dil tapa bilirik, bizi düz başa düşürlər. Hələ ki, hər şey yaxşı gedir, bizi dəstəkləyirlər.

– Rusiya, İspaniya, Portuqaliya kimi inkişaf etmiş bir neçə futbol ölkəsində olmusunuz. Azərbaycanda niyə onlar kimi futbolçu yetişmir?

– Bizdə uşaq məşqçisi azdır. Avropada bu baxımdan böyük inkişaf gedir. Bizdə çox adam sovet vaxtında nə görübsə, onu da təkrarlayır. Avropada uşaq məşqçilərinin necə çalışdıqlarını bilsələr, yaxşı olar. Klublar uşaq məşqçilərini təcrübə toplamaları üçün xaricə göndərməlidirlər. Uşaq məktəblərində gedən iş proseslərini görsələr, daha çox fayda verərlər. Təəssüf ki, klubların çoxu buna maraq göstərmir, bu üzdən də gənc məşqçilər inkişaf edə bilmir. Məsələn, deyirlər ki, ən böyük problem süni meydançadır. Amma mən özüm uşaq vaxtı taxta, daş meydançalarda da məşq eləmişəm. Heç vaxt da ziyanını görməmişəm. Əksinə, süni meydançada uşaqları məşq etdirmək daha rahatdır. Sadəcə, uşağa düzgün yükləmə vermək lazımdır. Bunun üçün də məşqçilər təcrübə toplamalıdırlar. Özüm də görmüşəm, elə məşqçi var ki, 2 saat məşq keçir, uşaqları yükləyir. Sonra da futbolçuların əzələlərində problem yaranır. Hər şeyin öz yeri var.

– Bura gələn əcnəbi məşqçilərin çoxu Azərbaycanı güləş, şahmat ölkəsi sayır. Bəlkə, doğrudan da bizdə güclü futbolçu yetişdirmək mümkün deyil?

– Uşaq futbolu ilə bağlı problemlər çoxdur. Ən əsası, düzgün məşq keçməmək. Azərbaycan çempionatının oyunlarına baxırıq, uşaqlarla taktiki cəhətdən iş görülmədiyi üçün çox şey düzgün alınmır. Bu da məşqçilərin bilməməsindən, görməməsindən qaynaqlanır. Son vaxtlar bu məsələdə irəliləyiş var, komandalar taktiki hazırlıqlara fikir verirlər. Lakin təcrübə çox olsa, futbolçuların inkişafı da bir o qədər sürətlə gedər.

– Hazırda sərəncamınızda olan uşaqların bəziləri təxminən 8-10 ildən sonra peşəkar futbolçu olacaq. Azərbaycan futbolunun 10 il sonrası necə görünür?

– Bir çox rayonda Şamaxıdakı kimi şərait yaradılsa, daha çox futbolçu üzə çıxar. İnanıram ki, 5 ildən sonra Şamaxıdan futbolçu çıxacaq. Hər rayondan bir oyunçunun çıxması futbolçu sayının da artmasına səbəb olar. “Qəbələ” akademiyasından yaxşı uşaqlar çıxır. Belə akademiyalar çox olsa, yaxşıdır. Düzü, bir çox klubun akademiya üçün şəraiti də yoxdur.

– Futbolçu indi də yetişir. 10 ildən sonra çıxacaq oyunçular da indikilər səviyyəsində olacaq?

– Uşaqlar adətən 15-16 yaşa qədər yaxşı gəlirlər. Xüsusən də, 17-19 yaşlı uşaqların inkişafı üçün onlara o yaşda şans vermək lazımdır. Ya da onları xarici ölkələrə göndərmək olar. Bu da klublardan asılıdır. Uşaqlar gərək Avropa təcrübəsi alsınlar. Klublarımız da bu yolda kömək göstərməlidir. Hər klubdan bir uşağı xaricə göndərsələr, onlardan heç olmasa, 2-3-ü Avropa səviyyəsində futbolçu olacaq.

– “Şamaxı”nın əsas komandası heç də yaxşı nəticələr göstərmir. Onların uğursuz çıxışının yeniyetmələrə motivasiya baxımından mənfi təsiri olmur?

– Bununla bağlı çalışmalar aparırıq, uşaqlara başa salırıq. İlk vaxtlar “Şamaxı” uduzanda uşaqlar hirslənirdilər. Hamısına izah edirəm ki, klub üçün bu gün nəticə vacib deyil. Əsas gəncləri yetişdirməkdir. Bu mövsüm ən təcrübəsiz gənclər “Şamaxı”da çıxış edirlər. Onlardan uğurlu nəticə gözləmək çətin olar. Uşaqları psixoloji cəhətdən hazırlayırıq ki, nəticəyə fikir verməsinlər, öz gələcəklərini düşünsünlər.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm