Dünya futbolu
Van Deyk transfer istəyir
“Liverpul”un müdafiəçisi Vircil van Deyk heyətin gücləndirilməsini istəyir. O, komandanın Çempionlar Liqası ilə vidalaşmasını və Premyer Liqada uğursuz çıxışını ehtiyat qüvvənin yetərsiz olmasına bağlayır.
Niderland millisinin üzvü fikrini belə izah edib: “Son 5 ildə olduğumuz yerə qayıtmaq istəyiriksə, yeni oyunçular transfer etməliyik. Güclənməyə ehtiyacımız var. Çətin məqamlarda vəziyyəti dəyişəcək futbolçularımız azdır”.
Təcrübəli mərkəz müdafiəçisi fedənlərin yerinin doldurulmasını vacib sayır: “Əlbəttə, gedənlər də olacaq. Ən üst səviyyədə olmaq istəyiriksə, keyfiyyətli futbolçular almalıyıq”.