Dünya futbolu
Van Deyk zədələndi, “Liverpul” axtarışa başladı

Milan Şkrinyarın müştərləri sırasına “Liverpul” da qoşulub. İngiltərə təmsilçisi slovakiyalı futbolçunu tezliklə transfer etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisinin “İnter”lə müqaviləsi yayda başa çatır. İtaliya klubu ilə yeni müqavilə bağlamaqdan imtina edən milli üzvü PSJ-nin təklifini dəyərləndirmək niyyətindədir. O, Fransaya azad agent kimi getməklə öz maaşının daha çox olmasına çalışır.
Lakin indi vəziyyət dəyişib. Vircil van Deykin qəfil zədələnməsi “Liverpul”u ona layiqli əvəzedici axtarışına sövq edib. Mersisaydlılar bu üzdən Şkrinyarın transferi üçün “İnter”in qapısını döyəcək. Yayda pul qazanmadan müdafiəçisini itirəcək milanlılar da bunun fərqindədir. Bu üzdən onlar da yaxşı təklif müqabilində elə yanvarda oyunçusunu sata bilər. Onlar “Liverpul”un rəsmi təklifini gözləyir.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”