Dünya futbolu
Van Qal rekorda şərik oldu

Niderland yığması DÇ-2022-nin qrup mərhələsindəki ikinci matçında Ekvadorla heç-heçə (1:1) etdi.
Futbolinfo.az xəbər verir ki, bu oyun niderlandlıların baş məşqçisi Lui van Qal üçün əlamətdar olub.
71 yaşlı mütəxəssis İtaliya yığmasının keçmiş baş məşqçisi Vittorio Pozzonun rekordunu təkrarlayıb.
Dünya çempionatları tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pozzonun göstəricisinə şərik çıxıb. O, bu görüşlərdə 6 dəfə qələbəyə sevinib, 3 dəfə “sülh”ə razılaşıb.
Pozzo 1934-1938-ci illər ərzində İtaliya yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq