Dünya futbolu
Verratti yeni müqavilə imzalayacaq

Qətər mundialı davam edərkən aparıcı Avrop klublaı transfer çalışmalarını davam etdirir. Kimisi DÇ-2022-də parlayan oyunçuları hədəfə alıb, kimisi yeni istedadları tapır, kimisi də heyətdəkilərlə bitən müqavilələri yeniləyir.
Futbolinfo.az xəbər verir ki, “Bayern” müdafiəçisi Lukas Ernandeslə müqavilənin müddətini uzatmaq üçün səylərini davam etdirir. Dünya Çempionatında zədələnib mövsümü erkən başa vuran fransızla danışıqlar davam edir. Güman ki, yeni anlaşma 2025-ci ilədək imzalanacaq.
PSJ isə dayaq yarımmüdafiəçisi Marko Verrattini saxlamağa çalışır. İtaliya millisinin üzvü ilə 2026-cı ilin yayınadək yeni anlaşma imzalanacaq. Xəbərin həftə ərzində təsdiqlənməsi gözlənilir.
“İnter”in müdafiəçisi Denzel Dumfris bir neçə İngiltərə klubunun maraq dairəsinə düşüb. Niderland millisində uğurla çıxış edən müdafiəçinin “İnter”lə müqaviləsi davam etsə də, yaxşı təklif onun Milandan köçməsinə kifayət edə bilər. Bu gün İsmail Konenin transferini rəsmiləşdirən “Uotford” onun əsas müştərilərindən sayılır.
“Mançester Yunayted” isə Yann Sommerlə maraqlanır. İngilislər Münhenqladbax “Borussiya”sının qolkiperini transfer etmək niyyətindədi. Hazırda İsveçrə yığmasının düşərgəsində olan qolkiper “Dumanlı Albion”a köçməyin əleyhinə deyil – bir şərtlə ki, ona start heyətdə yer vəd olunsun. 33 yaşlı oyunçu David de Xeanın əvəzedicisi olmaq niyyətində deyil.
