Dünya futbolu
Verrattidən PSJ ilə yeni müqavilə
PSJ yarımmüdafiəçisi Marko Verratti ilə müqaviləni uzatmağa hazırlaşır.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, klubun yaxın vaxtlarda futbolçu ilə razılığa gələcəyi gözlənilir.
29 yaşlı yarımmüdafiəçinin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq. Son dövrlərdə italiyalı futbolçunun bu komandadan ayrılacağı haqda da xəbərlər dolaşırdı.
Verratti 2012-ci ildən Paris klubunda çıxış edir.