Bizi izləyin

Ölkə futbolu

Veteranlara ölkə futbolu yox, qayğılarına qalınması lazımdı

blank

Hər şey planlaşdırıldığı kimi oldu. Düzdü, sonda hansısa bəyanat yayılmadı, müracət qəbul edilmədi, lakin AFFA istədiyini əldə etdi. Bu quruma birgəliyin nümayişi, veteranların guya AFFA ətrafında cəmləşməsi haqda görüntü lazım idi. Fotolar şəkildi, tirajlandı, lazım olan yerlərə ötürüldü. O şəkillər futbolumuzun bərbad durumunu, narazıların səsini özündə əks etdirmədi.

Bu gün Bakı Biznes Mərkəzində Futbol Veteranları İttifaqının təşəbbüsü ilə veteran futbolçularla görüş keçirildi. Əksəriyyəti paytaxtda yaşayan futbol adamlarının mələşdiyi və media üçün qapalı olan tədbirdən tam xəbərdar deyilik. Nə danışıldığını, nəyin müzakirə edildiyini bilmirik. Yalnız yığcam informasiyaya sahibik, bir də ittifaqın rəhbəri Oqtay Abdullayevin müsahibəsindən bilgi ala bilirik.

Lakin tədbirdən çəkilmiş fotolardan da görünür ki, son aylar federasiyanı tənqid edən, qurumun fəaliyyətini bəyənməyən Nazim Süleymanov, Samir Ələkbərov, Orucəli Durmuşov, Asəf Namazov və başqaları da veteranların arasında olub. Elə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da bu lazım idi – narazılarla da görüşdüyünü, onlarla dil tapdığını göstərmək üçün.

Tədbir əsasən təriflərdən, mədhiyyələrdən, alqışlamaqdan ibarət olub. Bəzi veteranlar narazılığını dilə gətirib, onlara diqqət ayrılmadığını önə çəkib. Və hamısı da xoş vədlərlə sakitləşdirilib. Hətta ümumiyyətlə, bu yığıncağa getməməsi lazım olan, niyyətini yenə bilməyib biznes mərkəzində görünən Nazim Süleymanov da təşəkkür etməyə söz tapıb.

Oqtay Abdullayevin Elxan Məmmədovun çıxışı haqda dedikləri bu insanları futbolun inkişafının deyil, özlərinin durumunun yaxşılaşmasının düşündürdüyünü görəsən: “Elxan müəllim geniş çıxış etdi, veteranlarla bağlı hər şeyə toxundu, bizə dəstək oldu. Veteranların işlə təmin olunması, təqaüd məsələsində bizə dəstək olacaq. Regionlarda uşaq futboluyla bağlı müxtəlif liqalar keçirilir, ora veteranları cəlb edərək biliyindən istifadə olunması fikri səsləndirildi. Bundan əlavə, Elxan müəllim də, mən də ona toxunduq ki, klublarda icraçı direktor, idman direktoru vəzifələrinə futbol veteranlarından istifadə olunsa, daha yaxşı olar. Yəni, onların bilik, bacarığından yararlanmaq lazımdı… İndi danışıqlar gedir ki, veteranlara pul ayrılsın və bunun müqabilində onlara dəstək göstərək. Onsuz da köməklik edilir. Məsələn, futbol veteranı Səmədağa Şıxlarovun bu yaxında əməliyyatına AFFA 7 min manata kimi pul verib. Elxan müəllim buna aydınlıq gətirdi ki, veteranlara AFFA-nın illik hesabatında göstərilən 180 min manat məbləğ Oqtay Abdullayevə verilmir, bu, müavinətlərə, müalicə, əməliyyat xərclərinə köçürülür. Çox yaxşı görüş oldu, hamı razı qaldı, açıq danışdı. Qapalı heç bir şey olmadı. Elxan müəllimə təkliflərimizi yazılı formada verdik ki, orda hər şey göstərilmişdi”.

Abdullayev Həmkarlar İttifaqı yaratmaq istəyən Nazim Süleymanovun da toplantıda iştirak etməsi haqda məlumat verib: “Təkcə Nazim müəllim yox, onun qurumunda olan Novruz Əzimov, Samir Ələkbərov, Asəf  Namazov da gəlmişdi. Futbol veterandırlar axı, necə onları dəvət etməyim? Qurum yaradıblarsa, bu, onların öz işidi, buna müdaxilə edə bilmərəm. Nazim müəllimin çıxışı oldu, AFFA rəhbərliyinə minnətdarlıq etdi, bir az qurumu haqda danışdı. Biz də qeyd etdik ki, əsas məqsədimiz veteranları birləşdirmək, bir yerdə olmaqdı. Qurum qanun çərçivəsində yaradıla bilər. Bunu Elxan müəllim də vurğuladı ki, futbol veteranları Həmkarlar İttifaqı yarada bilərlər, ancaq  AFFA Həmkarlar İttifaqı yox. Bunu AFFA-dan maaş alan, müqaviləylə bağlı olan yarada bilər, başqasının buna ixtiyarı yoxdu. Nazim müəllimlə ayaqüstü söhbətim də oldu. Bu yaxında da görüşəcəyik, ümumu məsələlər haqda söhbətləşəcəyik”.

Əlavə şərhə ehtiyac yoxdu. Elxan bəyi bir daha təbrik edirik: beyinlərin işləmədiyi yerdə yüksək intellekt sahibidi.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-03-01 02:45

“Atletik” “Atletiko”nu finala buraxmadı

blank
Dünya futbolu2024-03-01 01:47

“Renn” yarımfinalda

blank
Dünya futbolu2024-03-01 00:50

“Qalatasaray”ı yarımfinala buraxmadılar

blank
Ölkə futbolu2024-03-01 00:35

“Qarabağ”ın “Bayer”lə oyununa bilet satışı başlayır

blank
Ölkə futbolu2024-03-01 00:11

“Sabah”ın kapitanı evləndi

blank
Dünya futbolu2024-02-29 23:55

Super Liqa klubunda yeni baş məşqçi

blank
Müsahibə2024-02-29 23:12

“Sumqayıt”dakı ilkin təəssüratlar çox müsbətdir” – Ekvadorlu futbolçu

blank
Dünya futbolu2024-02-29 22:00

“Everton”dan zədəli futbolçusuna jest

blank
Dünya futbolu2024-02-29 21:29

“Çelsi” futbolçusu ilə yeni müqavilə bağladı, icarəyə göndərdi

blank
Dünya futbolu2024-02-29 21:00

Bellingem zədəsini sağaldıb

blank
Milli komanda2024-02-29 20:41

Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarını idarə edəcəklər

blank
Ölkə futbolu2024-02-29 20:20

Yüksək Liqada yerdəyişməsiz tur

blank
Digər idman növləri2024-02-29 20:00

MOİK yenə məğlub oldu

blank
Premyer-liqa2024-02-29 19:38

Premyer Liqanın 25-ci turu rəqəmlərin gözü ilə

blank
Dünya futbolu2024-02-29 19:19

Bellanova üçün iki müştəri

blank
Digər idman növləri2024-02-29 19:00

Formula 1-in gəliri 25% artıb

blank
Dünya futbolu2024-02-29 18:45

Dias Mərakeşi seçir

blank
Ölkə futbolu2024-02-29 18:30

Sezar Meza Kolli: “Hələ “Zirə” ilə müqavilə imzalamamışam”

blank
Dünya futbolu2024-02-29 18:14

Silva uğrunda mübarizə

blank
Digər idman növləri2024-02-29 17:57

“Dream team”də kimlər olacaq?

blank
Digər idman növləri2024-02-29 17:45

FİA sprint həftələrinin formatını təsdiq etdi

blank
Premyer-liqa2024-02-29 17:31

“Neftçi” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

blank
I Liqa2024-02-29 17:14

“Qaradağ Lökbatan”la “İmişli”dən inamlı qələbə

blank
Dünya futbolu2024-02-29 17:00

“İnter” ən çox qol vuran komandadır

blank
Dünya futbolu2024-02-29 16:46

Pol Poqbaya şok cəza

blank
Dünya futbolu2024-02-29 16:31

“Mançester Yunayted”dən uğurlu seriya

blank
Dünya futbolu2024-02-29 16:14

Messinin izləyici sayı 500 milyona çatdı

blank
Müsahibə2024-02-29 15:59

“Bəlkə “Qarabağ” daha böyük tarix yazacaq?”

blank
Dünya futbolu2024-02-29 15:45

“Bayer”in bombardiri “Qarabağ”la matçları buraxa bilər

blank
Ölkə futbolu2024-02-29 15:31

“Azərbaycanın ən yaxşı klubunda oynayıram” – “Neftçi”nin legioneri

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm