Ölkə futbolu
“Viktoriya” ilə oyunun biletləri sabah satışa çıxır
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Çexiya) oyununun biletləri satışa çıxarılır. Sabahdan etibarən azarkeşlər satış nöqtələrinə yaxınlaşa bilərlər.
Bu, klubun rəsmi açıqlaması deyil, “Futbolinfo”nun əldə etdiyi məlumatdı. Tezliklə ağdamlıların bu barədə açıqlama verəcəyi gözlənilir.
Biletlərin qiyməti “Sürix”lə matçdakının eyni olacaq – müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edəcək. Biletləri “Iticket.az”ın satış məntəqələrindən və “iticket.az”da onlayn qaydada, eləcə də Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə etmək mümkün olacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi