İspaniyalı mütəxəssis Marselino Toral İspaniyanın “Vilyarreal”ın yeni baş məşqçisi olub.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Vilyarreal” və Toral 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıblar.

Yəni mütəxəssis cari mövsümün sonuna kimi, sonra isə daha iki mövsüm komandaya rəhbərlik edəcək.

İspaniyalı mütəxəssis daha əvvəl 2013-2016-cı illərdə də “Vilyarreal”ı çalışdırıb.

Shares: