Dünya futbolu
“Vilyarreal”ın yetirməsi yenidən La Liqada

“Almeriya” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Xixon “Sportinq”indən Dieqo Marinonu transfer edib.
32 yaşlı ispan qapıçı ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. La Liqa klubu bu transferə görə “Sportinq”ə 80 min avro ödəyib.
“Vilyarreal”ın yetirməsi olan qapıçı “Levante”də də forma geyinib. O, 2016-cı ildən uğurları üçün çalışdığı “Sportinq”də 222 oyuna çıxıb.
“Almeriya” yarımmüdafiəçisi Arvin Appyanı da “Malaqa”ya icarəyə verib. 22 yaşlı vingerin bu mövsümün sonunadək aşağı liqa klubunda forma geyinəcəyi açıqlanıb. Appya Niderlandda dünyaya göz açsa da, İngiltərədə böyüyüb və “Nottingem Forest” klubunun yetirməsidir. O, 2019-cu ildə məhz bu klubdan 8.5 milyon avro qarşılığından “Almeriya”ya transfer olunub. Appya bu komandanın heyətində meydana çıxdığı 62 oyunda cəmi 4 qol vurub.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Digər idman növləri2023-03-30 13:40
Triatlon Federasiyasında yeni prezident