“Bəli, Vaqif Cavadov “Turan” klubunda mənim köməkçim olacaq. Məni onu çalışqan və peşəkar insan kimi tanıyıram”. Bu sözləri futbolinfo.az-a açıqlamasında Qazaxıstanın “Turan” klubunun baş məşqçisi Vladimir Qazzayev deyib.
O, Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadovun kluba köməkçi məşqçi təyin olunmasından danışıb: “Üstəlik, Vaqiflə çoxdan dostluq münasibətlərimiz var. O, bir futbolçu kimi Azərbaycan futbolçular nəslinin yaradıcı və istedadlılarından idi. Düşünürəm ki, məşqçi heyətimizi gücləndirəcək”.
Qazzayev “Qarabağ”dan ayrılan yığmamızın qapıçısı Emil Balayevin “Turan”a transferi barədə suala da cavab verib: “Emilin “Qarabağ”la müqaviləsi olduğundan danışıqlar uzun çəkdi. Kifayət qədər vaxt aldı. “Tobol”dan birgə işlədiyimiz dövrdən onun potensialına bələdəm. Emil əla reaksiyası olan, intizamlı, komanda yoldaşları ilə yaxşı anlaşan qapıçıdır. Oyun və insani keyfiyyətləri baxımından da bizə yaraşır. Ona görə çox şadam ki, Balayev bizim komandamıza qoşuldu”.
Qazzayev Vaqiflə Emildən “Futbolinfo”ya danışdı: “Ona “Tobol”dan bələdəm”
Shares: