Ölkə futbolu
Volkan Üstün 38 günü qaldı: onunla növbəti birillik müqavilə bağlanmayıb

“CBC Sport”da gözlənilən dəyişikliklər tezliklə reallaşacaq. Martın sonuna planlaşdırılan iclasda idman kanalının rəhbərliyi ilə bağlı yekun qərar veriləcək.
Futbolinfo.az xəbər verir ki, bir müddət öncə kanalda müəyyən kadr islahatları aparılıb. Lakin ən böyük dəyişikliklər aprelə hesablanıb. Bəz rəhbər şəxslər yola salınacaq, kanalın siyasəti dəyişəcək. Digər idman növlərinə daha çox diqqət ayıracaq “CBC Sport”da bir sıra futbol verilişləri bağlanacaq.
“CBC Sport”un rəhbəri Volkan Üstün yola salınacağıyla bağlı ilkin əlamətlər də görünür. Türkiyəli funksionerlə müqavilə hər dəfə ildə bir dəfə yenilənirdisə, indi vəziyyət başqadır. Yanvarda anlaşması iki aylıq yenilənən Üst, son olaraq daha iki aylıq müqaviləyə imza atıb. Bu isə o deməkdir ki, aprelin son günü onun idman kanalındakı fəaliyyəti bitir və yeni təklif almayacaq.
2023-cü il başlayandan bəri “CBC Sport”da mətbuatdan gizli saxlanan bəzi olaylar da baş verib. Aparıcılardan biri tutduğu mövqeyə, efirdə korrektə edilməyən açıqlamalarına görə töhmət alıb. Narazılıqların davamı kimi yaradıcı heyətdə də müəyyən islahatlar mümkündür.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı