Dünya futbolu
“Vulverhempton”un yeni oyunçusu “Flamenqo”dan gəldi

“Vulverhempton” heyətinə daha bir futbolçu qatıb. İngiltərə klubu Joao Qomeslə güclənib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yeni oyunçusu “Flamenqo”dan gəlib. 21 yaşlı Brazliyalı bugünədək yalnız vətənində oynamışdı.
“Vulverhempton” mərkəz müdafiəçisi üçün 19 milyon avro ödəyib. Müqavilədə daha 1,5 milyon avro bonuslar nəzərdə tutulub. 2028-ci ilin yayınadək müddəti əhatə edəcək müqaviləni daha bir il artırmaq imkanı olacaq.
