“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib. Azərbaycan çempionu 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.

Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, “Qarabağ”da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.

Almeyda ilə müqavilənin müddətinin uzadılacağını “Futbolinfo” 2 gün öncə yazmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp