Ölkə futbolu
“Xalımıza kölgə salanlar var” – Nağıyev autsayder görülmələrindən narahatdır
“Bizə heç kim inanmasa da, özümüz özümüzə inanırıq. Əmin idik ki, “Sabah”la səfər oyunundan yaxşı nəticə ilə qayıdacağıq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın futbolçusu Adil Nağıyev deyib.
Təcrübəli müdafiəçi Misli Premyer Liqasının 16-cı turunda “Sabah”la heç-heçə (1:1) etdikləri matçdan danışıb: “Sabah”ın gücü hər kəsə bəllidir. Amma biz də zəif deyilik. Sadəcə, bəzi insanlar komandamıza autsayder gözü ilə baxır. Səfərdə bir xal qazanmaq bizim üçün böyük uğurdur. Lakin xalımıza kölgə salanlar var. Biz çempionatda “Qarabağ”dan başqa bütün komandalarla başa-baş və ya daha da üstün oynamışıq. Sadəcə, təcrübəsizlikdən xal itirmişik. Yoxsa indi daha yuxarı pillələrdə olardıq. Gənc komandayıq, bəzi uşaqlar ilk dəfədir əsas çempionatda oynayır. Oyunlar keçdikcə daha çox inkişaf edib təcrübə qazanacağıq. Onda isə çox xal əldə edəcəyik”.
Nağıyev qarşıda “Zirə”yə qarşı keçirəcəkləri çempionat matçından danışıb: “Zirə” yaxşı və iddialı komandadır. Biz isə doğma meydanda oynayacağıq. 3 xal üçün meydana çıxacağıq və qələbə qazanmaq istəyirik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı