Bizi izləyin

Ölkə futbolu

“Xaricdə komanda çalışdırmaq fikrim yoxdur” – Qurban Qurbanov

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXIV turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edərək, çempionluğu rəsmiləşdirmələrini dəyərləndirib.

Futbolinfo.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında təəssüratlarını bölüşüb:

– Çempionluq münasibətilə futbolçularımı təbrik edirəm. Bu mövsüm çox əziyyət çəkdilər. İlk gündən sıx qrafikdə oynasaq da, hər şey düşündüyümüz kimi alındı. Futbolçularım bu çempionluğu qeyd etməyə layiqdirlər. Azarkeşlərimizin sevinci, bizimlə birgə olması həmişə bizə güc verib.

– Bu çempionluğun əvvəlkilərdən nə kimi fərqi var?

– Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çox olur. Hər dəfə çempion olanda növbəti mövsümdə də səndən bunu gözləyirlər. Rəqiblər isə daha ciddi hazırlaşırlar. Bu mövsüm də xeyli sayda çətin oyunumuz oldu. Sonuncu çempionluq həmişə daha şirin və vacib olur. Bəzən hansısa titulu əldə etdikdə sanki bir az rahat nəfəs almağı düşünürsən. Amma bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur.

– “Qarabağ” 10-cu çempionluqla yeni rekorda imza atdı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik…

– Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşür. Bizim dönəmimizdə bunun baş verməsinə sevinirəm. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.

– Son iki turda daha az şans qazanan futbolçuları oynatmağı düşünmürsünüz?

– Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. Rotasiyalar olacaq, bu, qaçılmazdır. Əvəzedici heyətdən futbolçu götürmək fikrimiz yoxdur. Çünki heyətimizdə yetərincə oyunçu var. Hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov bir az zədələnmişdi. Düzgün plan tutmağa çalışacağıq.

– 10 çempionluqdan 9-u sizin adınızla bağlıdır. Avropada yalnız Aleks Ferqyuson bu baxımdan rekordçudur. Onun uğurunu təkrarlamaq istərdiniz?

– Daha çox çempionluq əldə etmək istəyərdim. Bu işdə nə qədər olacağıqsa, hər turnirdən maksimum nəticə əldə etməyə çalışacağıq. Daha da irəli getməyi çox istərdik.

– Bu gün çempionluğu gətirən ilk qolu 13 nömrəli futbolçunuz vurdu. Sizin də uğurlu rəqəminiz 13-dür. Bunun sizin üçün hansısa önəmi varmı?

– Həm də mayın 13-dür (gülür). Ümumiyyətlə, rəqəmlərdə uğur axtarmıram. İstər-istəməz insanın xırda elementə daha çox marağı olur. Ayın 13-də doğulmuşam. Bəlkə də, buna görə həmin rəqəmə meyilliyəm. Amma 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq qeyd etmişik. Nömrəyə yox, Bəhlul Mustafazadəyə görə sevinirəm. Belə vacib oyunda qol vurmaq futbolçunun inamını daha da artırır.

– Adama Diakabi və Yassin Benzia avrokuboklar başlayana qədər tam hazır ola biləcəklər?

– Düşüncəmizə görə, bu gün hər ikisi ideal formada olmalıydı. Futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Məsələn, Abbas Hüseynov komandada fiziki göstəricilərdə ən üstün oyunçularımızdan biridir. Ancaq qış hazırlığında çox sadə epizodda zədə aldı. Buna görə suala dəqiq cavab verməyə ehtiyat edirəm. Benziada hansısa problem olacağına inanmıram. Diakabinin zədəsi sümük nahiyəsindədir. Onun dönüşü uzun çəkə bilər. Hazırlıq dönəmində komandanın tam heyətlə olmasına çalışacağıq.

– Kimləri transfer edəcəyiniz və kimlərlə yolları ayıracağınızı müəyyənləşdirmisiniz?

– Hansısa oyunçunun gedəcəyi barədə hələ düşünməmişəm. Həmişə əlimizdəki oyunçuların qalmasını istəmişəm. Qarşılıqlı razılaşma olmadıqda hansısa qərar veririk. Yeni gələcək oyunçularla danışıqlar davam edir. Bəzən yüz faiz anlaşdığımız oyunçunun keçidi son anda alınmır. Transfer məsələsinə bundan sonra daha ciddi baxacağıq. Çox istərdim ki, kollektivimiz tam qalsın və bir neçə oyunçunu da bura əlavə edək.

– Bu gün keçirilən “Sabah” – “Beşiktaş” oyunundan sonra Türkiyə klubunun baş məşqçisi Şenol Güneş “Qarabağ”ın avrokuboklardakı uğurlarından danışdı, sizinlə ünsiyyətdə olduğunu bildirdi. Azərbaycan çempionu olmağınız da artıq adiləşib. Ölkə xaricində çalışmaq barədə düşünürsünüzmü?

– Təəssüf ki, “Sabah” – “Beşiktaş” oyununda iştirak edə bilmədim. Orada olmağı çox istərdim. İlk 15-17 dəqiqəni izlədim. “Sabah” 2:0 hesabı ilə öndə idi. Çox maraqlı oyun gedirdi və gözəl atmosfer var idi. Şenol Güneşlə görüşməyi çox istərdim. Onunla münasibətlərimiz çox yaxşıdır. Amma “Səbail”lə matç çox vacib idi. Çünki çempionluq oyunu idi. Bugünkü performansına görə “Sabah”ı təbrik edirəm və belə oyun təşkil etdiyi üçün rəhbərliyinə təşəkkür edirəm. Bu, klubun daha da böyüməsinə gətirib çıxarır. O ki qaldı xaricə getməyə, hazırda buradayam. Həyatın işini bilmək olmaz. “Qarabağ”a sadiqəm, bu komandanın uğurlarının daha çox olmasını istəyirəm. Hazırda xaricə getmək düşüncəm yoxdur. Gələcəkdə necə olacağını bilmirəm.

– Sizcə, Premyer Liqada bir komandanın elitanı tərk etməsi daha yaxşı olar, yoxsa iştirakçı sayının artması?

– Bu suala cavab vermək çox asandı. Reqalamentə görə bir komanda getməli, digəri gəlməlidir. Başqa hansısa fikir bildirməyə ehtiyac yoxdur. Ümumiyyətlə, belə məsələlərə oturduğumuz yerdə fikir bildirməyimiz doğru olmaz. Müzakirə olunmalı məsələdir. Mənim nəsə deməyim nəyisə dəyişməyəcək. Reqlamentə uyğun addım atılacaqsa, cavab bəllidir.

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-02-02 02:26

“Mançester Yunayted”dən səfərdə çətin qələbə

blank
Dünya futbolu2024-02-02 01:57

“Real” liderliyi ələ keçirdi

blank
Digər idman növləri2024-02-02 00:14

ARAF rəsmisi beynəlxalq federasiyanın prezidenti seçildi

blank
Digər idman növləri2024-02-01 23:09

“Neftçi”dən növbəti qələbə

blank
Ölkə futbolu2024-02-01 22:32

“Neftçi”dən ilk: “Top səndə”

blank
Premyer-liqa2024-02-01 20:39

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-02-01 20:31

“Turan Tovuz”da yeni müqavilə

blank
Digər idman növləri2024-02-01 20:00

Azərbaycan çempionatına yekun vuruldu

blank
Ölkə futbolu2024-02-01 19:42

Mərkəzi oyunda seriya qırıldı, U-19-dan ilk qələbə

blank
Digər idman növləri2024-02-01 19:22

Formula 1 rəhbərliyə “Andretti” ilə bağlı rəsmi cavabını açıqladı

blank
Ölkə futbolu2024-02-01 19:03

“Neftçi”də yeni baş məşqçi

blank
Digər idman növləri2024-02-01 18:44

Məşhur basketbolçu karyerasını başa vurduğunu elan etdi

blank
Digər idman növləri2024-02-01 18:29

Azərbaycan millisi beynəlxalq turnirə 11 taekvondoçu ilə qatılacaq

blank
Ölkə futbolu2024-02-01 18:10

Futbol ictimaiyyəti “Qarabağ”ın oyunu üçün bir yerə toplanır

blank
Ölkə futbolu2024-02-01 17:53

AFFA klubların əməkdaşları üçün seminar keçirib

blank
Ölkə futbolu2024-02-01 17:37

Murad Musayevdən ayrılıq sonrası ilk açıqlama

blank
Ölkə futbolu2024-02-01 17:20

Muradına çatmadan…

blank
Digər idman növləri2024-02-01 17:03

Avroliqada 24-cü tura yekun vuruldu

blank
Ölkə futbolu2024-02-01 16:48

Ayxan Abbasov: “Budaqla bağlı qərar tezliklə veriləcək”

blank
Digər idman növləri2024-02-01 16:29

Latviya hökuməti ruslarla oynamağı qadağan edən qanun imzaladı

blank
Digər idman növləri2024-02-01 16:14

Həmilton “Ferrari” ilə anlaşdı

blank
Digər idman növləri2024-02-01 15:59

Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri açıqlandı

blank
Dünya futbolu2024-02-01 15:47

Berdıyev lider komandanı “Sabah”a görə tərk edib?

blank
Digər idman növləri2024-02-01 15:29

Portlenddə favoritin məğlubiyyəti

blank
I Liqa2024-02-01 15:17

I Liqada danışılmış oyunlar: azı daha 3 futbolçu cəzalanacaq

blank
Ölkə futbolu2024-02-01 15:05

7:1-lə gələn 400-cü qələbə

blank
Ölkə futbolu2024-02-01 14:53

Nuriyev arxayınlaşmayıb: “Şansları bərabər sayıram”

blank
Ölkə futbolu2024-02-01 14:39

“Turan Tovuz” Nəsirovu qova bilər

blank
Ölkə futbolu2024-02-01 14:25

Barış Şimşək Klublar Komitəsinin iclasında

blank
Ölkə futbolu2024-02-01 14:14

Bir komandaya texniki məğlubiyyət verildi, 4 futbolçu 4 oyunluq cəzalandı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm