Dünya futbolu
Xavi məğlubedilməz Ançelottiyə qarşı: “Statistika dəyişməlidir”
“Barselona”nın baş məşqçisi Xavi Ernandes hazırda “Real”ı çalışdıran Karlo Ançelottinin komandalarının 2010-cu ildən bəri finalda məğlub olmamalarından danışıb. Son 13 ildə Ançelottinin baş məşqçilik etdiyi kollektivlər 10 dəfə müxtəlif turnirlərin finalına çıxıb və heç vaxt məğlub olmayıblar.
Ançelottinin çalışdırdığı Madrid təmsilçisi bu gün İspaniya Superkubokunun finalında “Barselona” ilə qarşılaşacaq. Xavi statistikanın dəyişməli olduğunu deyib: “Statistikalar dəyişməlidir. Finala yüksəldiyimiz üçün motivasiyalıyam və xoşbəxtəm. Biz haradan gəldiyimizi başa düşməliyik. “Real”a qarşı oynayacağıq. Bu, əlavə motivasiyadır. Ançelottinin 2010-cu ildən bu yana finallarda uduzmaması məni daha da həvəsləndirir”.
Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”