AÇ-2024
Xorvat futbolçudan tarixi qol
Futbol üzrə Avropa çempionatlarında yeni qol rekordu qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, bu, AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Xorvatiya – İspaniya matçına təsadüf edib.
Bu oyun 5:3 hesabıyla ispanların xeyrinə bitib. Qarşılaşmanın 85-ci dəqiqəsində Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin vurduğu qol isə tarixə düşüb. O, AÇ-2020-də vurulan 109-cu qolun müəllifi olub. Bununla da AÇ-2016-dakı 108 qolluq rekord yenilənib.
Qeyd edək ki, 24 komandanın iştirakı ilə keçirilən AÇ-2020-də artıq 118 qol qeydə alınıb. Turnirin sonuna qədər daha 9 qarşılaşma keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir