Dünya futbolu
Yarmolenkonun yeni klubu məlum oldu
Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Andrey Yarmolenko özünə yeni komanda tapıb.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasında forma geyinəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. “Əl-Əyn”ə ukraynalı mütəxəssis Sergey Rebrov rəhbərlik edir.
Yarmolenko 2018-ci ildən “Vest Hem”də çıxış edirdi. Onun bu klubla müqaviləsinin müddəti bu il iyunun 30-na qədər idi. Futbolçu daha öncə Almaniyanın “Borussiya” (Dortmund) klubunda da legioner həyatı yaşayıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”