Connect with us

Ölkə futbolu

Evrika!

O ki var güldüm ha. İsraillə səfərdə heç-he&cced…

-də paylaşıldı

O ki var güldüm ha. İsraillə səfərdə heç-heçə edib, AFFA-dan bir eşşək yükü qədər pul alan milli üzvlərindən sonra verilən pulun 12 min manatının geri alındığını eşidəndə qəşş edənə qədər güldüm. Elə bu cümlələri də yazanda gülməkdən özümü saxlaya bilmirəm. İntəhası, komputer texnologiyası o qədər inkişaf etməyib ki, necə güldüyümü göstərə bilim. Amma sizə təsəvvür yaratmaq üçün ipucu verə bilərəm. PFL-in prezidenti Ramin Musayev hər dəfə mətbuat konfranslarında jurnalistlərin suallarına cavab verəndə əlini-əlinə vurub, ürəkdən gülür ha, bax, o fason gülürəm: içdən, gözlərim yaşarana qədər.

Ay Allah evinizi tiksin (elə Allah tiksə yaxşıdı, bizim şirkətlər yöndəmli ev tikə bilmirlər), bu puluverməyiniz nə idi, sonra «12 minini düş bəri» deməyiniz nə idi? Əvvəldən o pulub başından 12 min manat kəsib verə bilməzdizmi? Bundan sonra milli formanı əyninə geyinib, vətən, millət uğrunda yaşıl meydanda canını fəda edən hansı futbolçu sizə inanar? Kim zəmanət verə bilər ki, bundan sonra verəcəyiniz pul mükafatlarını da sonradan zəng edib geri istəməyəcəksiz? Heç olmasa pulun bir qismini geri tələb etməyinizin səbəblərini deyərdiz də. Bizim futbolçular çox anlayışlı, ürəyiaçıq, genişqəlblidilər, sizi başa düşərdilər.

Axı niyə çıxıb açıqlama vermirsiz ki, milli komandanın üzvlərindən sonradan geri alınan pulların bir qismi uşaq evlərindən birinə bağışlanıb?

Niyə AFFA-nın baş katibi Elxan Məmmədov çıxıb demir ki, futbolçuların qapazlayıb əllərindən aldıqları pulun bir qismini də kimsəsiz qocalar evinin balansına köçürüblər?

O sizin əlinizdən alınan pul var ha, futbolçu qardaşlar, o pulun bir hissəsi də qan çatışmazlığından əziyyət çəkən xəstələrə verilib.

Yerdə bir az pul qalıbmış. Elxan Məmmədovla şəxsi mətbuat katibi Mikayıl Nərimanoğlu oturub baş sındırırmışlar ki, ey ilahi, ey pərvərdigar, bu pulu kimə verək, hansı kimsəsizin, əlacsızın könlünü xoş edək ki, sənə xoş getsin. Elə bu vaxt Nərimanoğlu stulu kənara itələyib, yerindən hoppanıb və qışqırıb: «Evrika!». Təbii, Ramin Musayev olsa, Nərimanoğluna tərs-tərs baxıb, «əə, bajoğlu, adam dilində danış görək nə demək istəyirsən» deyərdi. Ancaq baş katibin intellektual səviyyəsi futbolumuzun səviyyəsi ilə bir olduğundan, çətinlik çəkmədən başa düşüb ki, «evrika» nə deməkdi. Ona görə də sakitcə deyib «Maykl, ürəyimizi üzmə, de görək bu pulu nə edək?». Nərimanoğlu da qımışıb, qımışıb, qımışıb… Və deyib:  «Elxan məllim, gəlin bu pulu da xərçəng xəstəliyindən əziyyət çəkən insanlara bəxş edək». Baş katib yerindən qalxıb və «halal olsun,Maykl» deyib.

Bax, hal-qəziyyə belə olub. AFFA rəhbərliyinin səhvi ondadı ki, futbolçuların əllərindən aldıqları pulu hansı istiqamətlərə yönəltdiklərini ictimaiyyətə açıqlamırlar. Azərbaycan insanın düşüncələri də dəvəsini itirən ərəbin düşüncələri kimi olur belə məsələlərdə: ağlına min cürə fikir gəlir.

«Tak çto», qardaşlar, yoldaşlar, çıxın meydana, futbolunuzu oynayın, qələbənizi qazanın, pulu düşünməyin. Əmin olun ki, AFFA sizi qapazlayıb əlinizdən aldığı o pulları pis-pis işlərə xərcləmir, konkret kimlərinsə cibinə getmir o pullar. Xalqın ac, kimsəsiz kəsiminə xərclənir. Axı siz də xalqı düşünürsüz, vətən uğunda mübarizə aparırsız futbol meydanlarında, elə deyil?

İntəhası, işdi-şayəd, millimiz yenə kimisə udsa, bu dəfə futbolçulara verilən pul mükafatlarını onların əlindən almaq lazım deyil daha. Bu yazıdan sonra onlar özləri «atışıb» kimsəsizlərə, xəstələrə, uşaq evlərinə yardım edəcəklər.

Reklam

Arxiv

Ölkə futbolu2021-11-26 12:20

“Qarabağ”ın Konfrans Liqasında 12 potensial rəqibi bəllidir

Dünya futbolu2021-11-26 11:54

KONMEBOL da səfər qolu qaydasını ləğv etdi

Premyer-liqa2021-11-26 11:36

“Qəbələ” – “Qarabağ” matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-11-26 11:23

“River Pleyt” 36-cı dəfə Argentina çempionu oldu

Ölkə futbolu2021-11-26 11:04

Uğursuz gün: “Qarabağ” zirvəni öz əlləriylə təhvil verdi

Dünya futbolu2021-11-26 10:57

Fatih Terim 6 oyunluq cəzalandı

Ölkə futbolu2021-11-26 10:47

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Ölkə futbolu2021-11-26 10:33

Bakıda vurulmuş qol həftənin ən yaxşısı adına namizəd oldu

Dünya futbolu2021-11-26 10:28

DÇ-2022: Pley-off mərhələsinin püşkü atılır – YENİLƏNİR

Ölkə futbolu2021-11-26 10:18

“Çətin olacağını bilirdik” – “Omoniya”nın futbolçusu

Dünya futbolu2021-11-26 10:07

Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

Dünya futbolu2021-11-26 09:57

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

Ölkə futbolu2021-11-26 09:02

“Qarabağ” azarkeşlərindən anlamlı pankart

Dünya futbolu2021-11-26 02:18

Avroliqa: “Qalatasaray” pley-offda, “Fənərbaxça” “Olimpiakos”a uduzdu

Dünya futbolu2021-11-26 02:00

“Tottenhem” uduzdu, “Roma” darmadağına sevindi

Dünya futbolu2021-11-26 01:50

Mahir penaltidən yararlana bilmədi, “Legiya” yenə uduzdu

Milli komanda2021-11-26 01:39

“Bu, Azərbaycan millisinin taktikanı dəyişməsi ilə əlaqədardır”

Milli komanda2021-11-26 01:27

“Ardıcıl beş məğlubiyyət heç də yaxşı hal deyil”

Müsahibə2021-11-26 00:41

“Futbolçularıma iradım yoxdur” – Qurban Qurbanov

Ölkə futbolu2021-11-26 00:30

“Omoniya”nın futbolçusu: “Nəticə ədalətli oldu”

Ölkə futbolu2021-11-26 00:27

“Özümüzü şanslı sayıram” – Henninq Berq

Ölkə futbolu2021-11-25 23:38

“Qarabağ” “Omoniya” üzərində qələbəni son anda əldən verdi

Dünya futbolu2021-11-25 21:25

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Milli komanda2021-11-25 20:55

Yığmamız Rusiyaya Bakıda da uduzdu

Dünya futbolu2021-11-25 19:11

Çempionlar Liqasında həftənin rəmzi komandası

Ölkə futbolu2021-11-25 18:31

“Kəpəz” baxışa çağırdığı legioneri bəyənmədi

Digər2021-11-25 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-11-25 17:58

Birinci Divizionda 10-cu turun oyun cədvəli bəlli oldu

Premyer-liqa2021-11-25 17:26

Premyer Liqa: 12-ci turun oyun cədvəli açıqlandı

Dünya futbolu2021-11-25 16:59

Paytaxt klubunda ciddi itki

Dünya futbolu2021-11-25 16:25

“Fənərbaxça” “Olimpiakos”la matça Özilsiz çıxacaq

Dünya futbolu2021-11-25 16:00

“Barselona”nın azarkeş qrupuna polis basqını – 14 nəfər saxlanıldı

Ölkə futbolu2021-11-25 15:18

“Qarabağ”ın oyunundakı insidentə görə bir nəfər həbs olundu

Dünya futbolu2021-11-25 14:23

Fransalı jurnalist “Qalatasaray” azarkeşlərini qəzəbləndirdi

Dünya futbolu2021-11-25 13:53

Salah ardıcıl 3-cü dəfə ən yaxşı seçildi

Dünya futbolu2021-11-25 12:48

Kubalı qadından şok iddia – Maradona ona təcavüz edib

Ölkə futbolu2021-11-25 12:18

“Zirə” legioneri ilə vidalaşdı

Dünya futbolu2021-11-25 11:08

Mahir Emreli: “Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa…”

Dünya futbolu2021-11-25 10:48

İlin ən yaxşı futbolçusu bəlli oldu, Messi 2-ci, Ronaldo 7-ci oldu

Dünya futbolu2021-11-25 10:12

Çempionlar Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

Dünya futbolu2021-11-25 09:29

“Mahir Emrelini mühakimə etmək çətindir”

Dünya futbolu2021-11-25 09:00

“Traktor”a qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-11-25 01:58

ÇL: “Mançester Siti”, PSJ, “Real” və “İnter” pley-offda!

Dünya futbolu2021-11-24 22:43

“Bayern”in hücumçusu koronavirusa yoluxdu

Dünya futbolu2021-11-24 21:45

“Spartak” “Napoli”ni məğlub yola saldı

Premyer-liqa2021-11-24 20:56

Ədilxan Qarəhmədov: “Neftçi”yə yeni qol vurmağın vaxtı çatıb”

Ölkə futbolu2021-11-24 20:00

Henninq Berq: “Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik”

Ölkə futbolu2021-11-24 19:43

“Qarabağ”la matçda əlimizdən gələni edəcəyik”

Ölkə futbolu2021-11-24 19:22

“Neftçi”nin Müşahidə Şurasından Samir Abasova dəstək

Dünya futbolu2021-11-24 18:55

Millimizin futbolçusu sabiq komandasına qol vurdu

Gündəm