Connect with us

Əvəzedicilər

Abdullayevlərin yiyəsiz “Səbail”i

-də paylaşıldı

“Səbail” Premyer Liqanın ən yetim klubuna çevrilir. Türkiyədə “avtoş luq” etməkdən, İspaniyada saat oğurlatmaqdan başı açılmayan Rəşad Abdullayev Bayıl təmsilçisinə vaxt ayırmır. Elə bu üzdəndi ki, klub maliyyə problemlərindən əziyyət çəkir.

İdarəçiliyi əmisi oğlu Tamerlan bəyə həvalə edən Abdullayev klubu tamamilə unudub. Elə bu üzdən heyət gücləndirilməyib, ciddi kadr qıtlığı, oyunçu çatışmazlığı var. Bunun nəticəsində yeni mövsümün ilk 3 turunda xalsız qalan yeganə komanda məhz “Səbail”di.

Həm SOCAR-ın, həm də AFFA-nın prezidenti olan Rövnəq Abdullayevin oğlu əvvəlki illərdə maliyyənin dağıdılmasına göz yumduğundan və ya buna səbəbkar olduğundan indi sponsorlar qarşısında günahkardı. Bu üzdən kluba maliyyə ayrılması üçün xahiş etməyə cəsarəti çatmır. Vəsait o qədər azaldılıb ki, əsas komandanın gücləndirilməməsi bir yana, əvəzedicilərin divizionda çıxış etməyəcəyi dəqiqləşib. Uşaq komandalarında da vəziyyət acınacaqlıdı.

Ümumiyyətlə, “Səbail”ə “klub” deməyə adamın dili gəlmir. Yalnız Premyer Liqada mübarizə aparan komandadan ibarət Bayıl təmsilçisində rəhbərlikdə də boşluqlar var. Formal Müşahidə Şurası öz yerində, hətta klubu idarə edən icraçı direktor da yoxdu. Fevralda “Sabah”a yollanan Ramin Həsənovun postu ovaxtdan baş menecer Fərəc Əliyevə həvalə edilib. Bir əldə iki qarpız tutan cavan oğlan isə səriştəsizdi, klubun problemlərini rəhbərlik səviyyəsinə qaldıra, həll edə bilmir. Yarımmüdafiəçi Hendrik Ekşteynin düşərgədən qaçması elə bu kimi biganəliyin nəticəsidi.

Əliyevin təyinatı dəqiqləşən zaman onun bu postu müvəqqəti tutduğu deyilirdi, lakin 8 ay ötüb, yiyəsiz klub kimsənin yadına düşmür. Tamerlan Abdullayev maliyyə olmadığından legioner transferindən faiz tuta bilmir və onun klubla maraqlanması üçün stimul qalmayıb. Komandanın baş məşqçisi Aftandil Hacıyevin son mətbuat konfransında “komanda yaşasa…” eyhamı yəqin buna görə idi.

Bütün bu suallara cavab almaq, səlahiyyətli şəxslərlə ünsiyyət qurmaq üçün vasitəçi ola biləcək mətbuat xidməti də yoxdu. Ötən həftə “Səbail” mətbuat katibi ilə vidalaşıb və yenisini təyin etməyə tələsmir. Bəlkə də vəsait yoxdu və “hərşeyşünas” olan Fərəc bəy bu missiyanı da üzərinə götürəcək.

Hər halda, klubla bağlı suallar çoxdu. Ekşteyn müəmması, diviziondan imtina qərarı, əsas komandaya biganəlik, nəticələrə münasibət, uşaq komandalarının durumu – bu suallara cavab verəcək bir Adəm övladı tapılsa, bizimlə əlaqə saxlaması xahiş olunur.

CAVAD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-12-04 15:30

“Səbail” “Keşlə” ilə matça dörd itki ilə çıxacaq

Premyer-liqa2021-12-04 15:15

“Keşlə” “Səbail”ə qarşı: heyətlər – YENİLƏNİR

Dünya futbolu2021-12-04 15:05

İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

Dünya futbolu2021-12-04 14:34

Premyer Liqa matçına itlərlə çıxdılar

Dünya futbolu2021-12-04 14:02

Serxio Ramos yenidən zədələndi

Premyer-liqa2021-12-04 13:27

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-12-04 12:56

Moldova milli komandasında yeni baş məşqçi

Dünya futbolu2021-12-04 11:36

“Mahirlə Pexartın yenə birlikdə oynamaq şansı var”

Dünya futbolu2021-12-04 10:57

Dadaşov “Şalke”nin əsas komandasına cəlb olundu

Dünya futbolu2021-12-04 09:58

Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Dünya futbolu2021-12-04 09:28

Nazarovlu “Ersgebirge” 4 qola üzüldü

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Dünya futbolu2021-12-03 13:33

Ələskərovun komandası Super Liqa təmsilçisinə rəqib oldu

Dünya futbolu2021-12-03 13:02

“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Dünya futbolu2021-12-03 12:53

“Milan”ın futbolçusu üçün mövsüm bitdi?

Ölkə futbolu2021-12-03 12:32

“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

Milli komanda2021-12-03 12:11

AFFA-nın gizlətdiyi təyinat: U-19 Velebitə tapşırılıb

Dünya futbolu2021-12-03 11:50

Çexiya klubu Mahir Emrelini istəyir

Dünya futbolu2021-12-03 11:23

“Mançester Yunayted”də daha bir ayrılıq

Dünya futbolu2021-12-03 11:00

Braziliyada çempion bəlli oldu

Milli komanda2021-12-03 10:47

Daha az maaşa daha yaxşı nəticə: ona inanmaq olarmı?

Müsahibə2021-12-03 10:26

Vüsal Əsgərov: “Bu hisslərin sözlə ifadəsi yoxdur”

Ölkə futbolu2021-12-03 09:51

VAR sistemi: Ukraynada 240 min avro, Azərbaycanda 500 min dollar

Dünya futbolu2021-12-03 09:27

Ronaldo karyerasında 800-cü qolunu vurdu

Ölkə futbolu2021-12-03 09:00

İslahata İcraiyyə Komitəsindən başlamalı

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Gündəm