Connect with us

Əvəzedicilər

“Qadın futbolu” oyunu: klublar 5 il sonranın tələbi üçün indidən incidilir

-də paylaşıldı

Premyer Liqa klubları əvəzedici komandalarından imtina edir, Elxan Məmmədov isə yeni hoqqa çıxarır. AFFA-nın icraçı vitse-prezidenti üçün futbolun gələcəyi yox, öz maraqları önəmlidi.

“Qəbələ”nin ardınca “Zirə” və “Səbail” də ikinci komandalarını ləğv edib, divizionda yarışmaqdan boyun qaçırdı. Halbuki uşaq futbolunun inkişafı, gələcəkdə əsas komandaya namizədlərin hazırlanması üçün əvəzedicilər çox vacib idi. Amma klubların maliyyə imkanları yetərli deyil, bu üzdən assosiasiya göz yumdu. Halbuki imtina qərarını bir ay öncə elə AFFA-dan yardım alan klublar verdi. Deməli, vəziyyət aydındı, maliyyə yoxdu.

Əvəzində Elxan bəy qadın futbolunun hayındadı. Azərbaycanda perspektivi olmayan bu sahə sırf Məmmədovun UEFA-dakı maraqlarına hesablanıb. Bu qurumda qadın futbolu üzrə fəaliyyət göstərən icraçı vitse-prezident klubların büdcəsini mənasız layihələrə dağıtmaqla məşğuldu. Eyni zamanda baş katib olan bu şəxs “lisenziya tələbi” adıyla oyun oynayır.

Yadınızdadısa, uşaq futboluyla bağlı tələblərin Elxan bəyin uydurması olduğunu isbat etmişdik. Beynəlxalq qurumlar klubların yalnız 3 yaş qrupu üzrə komandasının olmasını vacib bilir – sənəddə, kitabda, Nizamnamədə belə yazılıb. Məmmədov isə lisenziya tələblərini fərqli hazırlatdıraraq İcraiyyə Komitəsində təsdiqlətdirib. Bu səbəbdən klublarımız bütün yaş qrupları üzrə komanda saxlamağa məcbur edilib.

Avropada bir çox ölkələri nümunə gətirərək bu tələbin yersiz olduğunu isbatlamışdıq, 3 Premyer Liqa təmsilçisinin əvəzedici komandalarını ləğv etməsi ilə problemin möhürü vuruldu. Lisenziya tələbidisə, “Qəbələ”, “Zirə” və “Səbail”ə çempionatda iştirak üçün niyə icazə verilir?

Mövzudan uzaqlaşmayaq. Klublar maliyyə probleminin məngənəsində sıxılırkən, AFFA yenə qadın futboluyla damar yoxlayır. Baş katibin müavini, Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev mətbuata (sport24.az) açıqlamasında bu barədə danışıb: “Hər il olduğu kimi, oktyabr ayında növbəti – 2021/2022-ci il mövsümü üçün Premyer Liqa və Birinci Divizion klublarının iştirakı ilə lisenziyalaşdırma mövsümünün açılış iclasının keçirilməsi nəzərdə tutulub. Həmin iclasda növbəti mövsümün lisenziyalaşdırma proseduru ilə bağlı klublara ətraflı məlumat veriləcək. Ötən mövsüm kadr-inzibati meyarda danışılmış oyunlara qarşı mübarizədə bir nəfər nümayəndənin təyin olunması tələbi var idi və bu tələb ötən mövsüm üçün “B” dərəcəli meyarı kimi müəyyən edilmişdi. Artıq bu mövsümdən etibarən UEFA və Premyer Liqa qaydaları üçün bu meyar “A” olaraq müəyyən ediləcək və hər bir klub mütləq şəkildə bu sahəyə aid, “Danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs”i təyin etməli olacaq…”

Qrup rəhbəri növbəti mövsümdə “UEFA-nın klub yarışlarında iştirak etmək üçun Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”da qadın futboluna aid bir qeydin əlavə ediləcəyini bildirib: “Bu qeydə əsasən, 2022/2023-cü il mövsümündən başlayaraq hər bir klubda qızlardan ibarət komandanın olması artıq “A” meyarı olaraq müəyyən edilir. Bu o deməkdir ki, artıq mütləq şəkildə hər bir klubda 2022/2023-cü il mövsümündə qızlardan ibarət ən azı bir komanda olmalıdır. Bunun da səbəbi var. Çünki artıq 2025/2026-cı il mövsümündən etibarən UEFA-nın tələbi olacaq ki, UEFA lisezniyası əldə etmək istəyən klubların mütləq şəkildə qızlardan ibarət komandası olsun. Biz bu tələbi vəsaitimizə o məqsədlə daxil etmişik ki, artıq bu mövsümdən bu meyarın yerinə yetirməsinə klublar hazırlıqlı olsunlar. Məlum olduğu kimi, UEFA hər il qadın futboluna xususi diqqət ayırır və biz də AFFA olaraq hər zaman qadın futbolunun inkişafını diqqətdə saxlayaraq öz dəstəyimizi verməyə hazırıq”.

Hələ UEFA tələbinin necə olacağı tam bilinmir, bunun tövsiyə, yoxsa tələb olacağı aydınlaşmayıb, amma “Məmmədovun sağ əli” indidən müdiri üçün fəaliyyətə başlayıb. İndiki ağır böhran günlərində buna nə gərək var? Hətta tələb ciddi olacaqsa da, reallaşmasına 5 il var. Belədə indidən klublarımızı yükləməyin mənası nədi? UEFA-nın tələbini klublara çatdırın, onlar da planını qursun. Daha indidən bunu lisenziya qaydalarına daxil etməyə nə gərək? Əvəzedici komanda saxlaya bilməyən “Zirə”, “Səbail” və “Qəbələ” bunu edəcəksə də, yalnız gözdən pərdə asmaq üçün reallaşdıracaq, ortaya ciddi iş qoyulmayacaq.

Bəli, UEFA tələbi olacaqsa, əməl edilməlidi. Halbuki bunun da ciddi araşdırılmasına ehtiyac var, uşaq futbolundakı tələblər kimi qondarma ola bilər. Amma real plandırsa, 5 il öncədən bu tələbi qoymaq absurddu. Avrokuboklara getmək istəyənlər problemi necə həll edəcəyini özü bilər. Zamanı çatanda ya qızlardan ibarət komanda yaradacaq, ya da hansısa hazır klubla müqavilə imzalayacaqlar – tarixən belə şeylər çox olub. İndidən bütün klubları fakt qarşısında qoymaq, nəyəsə məcbur etmək əzələ nümayişidi.

Sən ölkədə kişi futbolunu hər keçən il daha çox məhv edirsən, əvəzində Məmmədovun UEFA-dakı rəislərinə xoş gəlmək üçün klubları çıxılmaz vəziyyətə salırsan. Azərbaycanda kişilərin futbol oynaması yaddan çıxıb, qadınların yarışını lisenziya tələbi kimi ortaya atmağa nə gərək var? Məmmədovun başı sığallanacaq, qrant alacaq, yardım çırpışdıracaq deyə, əvəzedici komanda saxlaya bilməyən klubları niyə zorlayırsız?

Belə absurd idarəetmə üzündən iş adamları futboldan kənar durur, bu sahəyə sərmayə yatırmaqdan boyun qaçırır. Vaxtilə 16-18 komandanın mübarizə apardığı çempionatımızda indi cəmi 8 klub qalıb. Elxan Məmmədov bunu da çox bilir və klubların incidilməsi davam edir. Yeni mövsümdə daha 1-2 komandanın dağıldığını eşitsəz, təəccüblənməyin.

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Ölkə futbolu2021-12-02 15:29

“Qarabağ”ı gözləyən təhlükə

Ölkə futbolu2021-12-02 15:04

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Ölkə futbolu2021-12-02 14:53

Gəncədə Futbol Akademiyası: Layihə şəkilləri

Ölkə futbolu2021-12-02 14:31

“Səbail”in şikayəti təmin olunmadı

Ölkə futbolu2021-12-02 14:08

1 xallı de Byaziylə davam – AFFA taleyini növbəti 10 aya bağladı

Ölkə futbolu2021-12-02 14:04

VAR sistemi üçün 500 min dollar ayrıldı

Ölkə futbolu2021-12-02 13:55

AFFA Əsgər Abdullayevə iş verdi, “Neftçi” rəsmisini üzvlükdən çıxardı

Ölkə futbolu2021-12-02 13:47

AFFA daha bir akademiya inşa edəcək

Ölkə futbolu2021-12-02 13:35

AFFA “Neftçi”nin sabiq baş məşqçisinə iş verdi

Dünya futbolu2021-12-02 13:14

Qvardiola Mourinyonu geridə qoydu

Ölkə futbolu2021-12-02 12:56

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı – De Byazi postunda qaldı

Ölkə futbolu2021-12-02 12:43

“İdman və Media”nın növbəti buraxılışı – VİDEO

Dünya futbolu2021-12-02 12:34

İki qapıçısı “qırmızı” aldı, penaltilərlə mərhələ adladı – VİDEO

Dünya futbolu2021-12-02 12:07

“Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı”

Dünya futbolu2021-12-02 11:38

Pedri daha bir mükafata layiq görüldü

Dünya futbolu2021-12-02 11:09

Kuman məşqçi karyerasını bitirdi

Dünya futbolu2021-12-02 10:51

“Liverpul”dan yeni rekord

Premyer-liqa2021-12-02 10:35

Məğlubiyyətsiz “Sabah” 2-ci dövrənin ən yaxşısıdı

Milli komanda2021-12-02 10:17

Yığmamıza Rusiyadan 2 futbolçu çağırıldı

Dünya futbolu2021-12-02 10:00

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2021-12-02 09:29

“Beşiktaş”da daha bir ciddi itki

Müsahibə2021-12-02 09:15

Maksim Medvedev: “Qrup oyunları başlamamış bizə 2-ci yer verilsəydi, sevinərdik”

Dünya futbolu2021-12-02 09:00

“Barselona” ona 4 milyon avro təzminat ödəyəcək

Dünya futbolu2021-12-02 02:50

“Real”a qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-12-02 02:30

PSJ xal itirdi, Lion “Olimpik”i uduzdu

Dünya futbolu2021-12-02 02:16

“Liverpul”dan darmadağın, MS və “Çelsi”dən qələbə

Dünya futbolu2021-12-02 01:59

“Napoli” xal itirdi, “Milan”la “İnter” qalib gəldi

Dünya futbolu2021-12-02 01:39

Mahirli “Legiya” Polşa kubokunun 1/4 finalında

Dünya futbolu2021-12-02 00:41

Azarkeş infarkt keçirdi, Premyer Liqa matçı yarımçıq dayandırıldı

Ölkə futbolu2021-12-01 22:10

UEFA Mahiri “Qalatasaray”ın futbolçusu ilə müqayisə etdi

Dünya futbolu2021-12-01 21:31

Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Digər2021-12-01 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-01 19:00

Nuriyev üçün yeni baş məşqçi

Dünya futbolu2021-12-01 18:30

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Gündəm