Connect with us

Ölkə kuboku

Finalın adı: Ayxan Abbasov – Zaur Axundov

-də paylaşıldı

Sərlövhə sizi çaşdırmasın. Azərbaycan kubokunun finalına vəsiqənin memarları bu iki şəxsdi. Biri məşqçi bacarığı, zəhməti, alın təri, ləyaqəti ilə komandasını həlledici görüşə yüksəltdisə, digəri bunu idarəçi bacarığı, hiyləgərliyi, məkri, fürsətcilliyi ilə bacardı.

“Sumqayıt” Ayxan Abbasovun sayəsində tarixinin ikinci finalını yaşayacaq. “Kimyaçılar” yarışın birmənalı olaraq favoriti sayılan “Qarabağ”dan iki oyunun, yekunda 210 dəqiqənin tamamında qol buraxmadan üstün oldu. Ağdamlılar dünənki matçda Bədavi Hüseynova qarşı kobudluğa görə təyin edilməyən penaltini qabartmır və düz də edirlər. Çünki Qurban Qurbanov bir epizoddan yapışacaq qədər bacarıqsız məşqçi deyil. Sadəcə, Abbasov rəqibi daha yaxşı analiz etdiyindən, komandasını oyuna daha yaxşı hazırladığından və daha motivasiyalı olduqlarından mərhələni “Sumqayıt” keçdi. “Qarabağ” daha yaxşı heyət və imkanlarla bunu bacarmadısa, özündən küssün.

Səfərdəki 0:0 “Qarabağ”ı arxayınlaşdırmışdı. Qurbanovun güvəndiyi heyətdən görünürdü ki, ağdamlılar ehtiyatlı oynamaq, lazım olan qolu vuraraq finala adlamaq istəyir. Amma Abbasov müdafiədə əla qapanmağı bacardı, rəqibinə ciddi şans vermədi. Əvəzetmələrlə oyunu dəyişə bilməyən Qurban bəy tələbəsi qarşısında ağ bayraq qaldırmalı oldu. Əlavə vaxtda da hesab açılmayınca iş penaltilər seriyasına kimi uzandı və “Sumqayıt” arzusuna çatdı.

Çempionatda lider olsa da, “Qarabağ”ın hələ qızıl medalları əldən vermək təhlükəsi də var. İstənilən halda, bu mövsüm “atlılar”a dərs olmalıdı. Heyətin gücləndirilməməsi azmış kimi, qışda yola salınan futbolçuların yoxluğu artıq bir titulun itirilməsi ilə nəticələnib. Komandanın oyun dəst-xəttinə də əl gəzdirmək lazımdı. “Qarabağ”ın oyun tərzi hamı üçün aydındı və ağıllı məşqçilər bu komandanı dayandırmağı bacarır. Bu mövsüm belə hallar daha çox təkrarlanır.

Ümumiyyətlə, “Sumqayıt”ın kubokdakı uğuru təsadüf sayılmamalıdı. Abbasov əvvəl də “Qarabağ”ı mübarizədən kənarlaşdırıb, sonda finalda oynamışdı. Yekunlaşmayan ötən mövsümdə isə “kimyaçılar” “Neftçi”yə eyni aqibəti yaşatmışdı.

Yarımfinalın digər cavab görüşündə başverənlər isə təəssüf ki, futbolun önünə keçdi. Baxmayaraq ki, hesab 1:1 olarkən Rodriqo Bonqonquinin meydandan çıxarılması, əvəzinə Lazar Corceviçin buraxılması Rəşad Sadıqovun səhvi idi. “Zirə”nin baş məşqçisi hesabı qorumaq üçün müdafiəçini meydana buraxanda serbin canlı bomba olduğunu, bir neçə dəfə komandanı pis vəziyyətdə qoyduğunu unutdu. Rodriqo hətta yorulmuş halı ilə komandaya daha faydalıydı, irəlidə top saxlayırdı. Müdafiəçi sayını çoxaltmaqla “Zirə” “Keşlə”ni hücuma daha çox vaxt ayırmağa təşviq etdi.

Sənan Qurbanovu hətta Azərbaycan səviyyəsində yaxşı məşqçi saymasam da, dünən bəzi qərarları ilə cəsarətli olduğunu göstərdi. Mərkəz müdafiəçisini hücumameylli futbolçuyla əvəzləməklə qol istəyini göstərən məşqçi yanılmadı. Düzdü, qələbənin əsas səbəbi başqa idi, amma o da məşqçi kimi riskini etdi.

“Zirə” finala vəsiqəni ilk oyunda 3-cü qolu sayılmayanda və hakimlərin qərəzli qərarına susanda uduzmuşdu. Səfərdə 2:1 uğurlu nəticə sayılsa da, zaman göstərdi ki, məhz sakit dayananların, haqqını müdafiə etməyənlərin aqibəti pis olur. Haqsızlığa boyun əydinsə, bunun davamı gələcək və hər şey bitəndən sonra deyilən sözün dəyəri qalmayacaq.

Cavab oyununun ilk hissəsi “qartallar”ın istədiyi kimi bitdi. Hətta 0:1 hesablı məğlubiyyətin sərf etdiyi görüşdə hesabın açılmaması “Zirə”nin xeyrinə idi. Sadıqovun fasilədə sürətli əks-hücumları reallaşdırmaq üçün meydana buraxdığı David Volkov ümidi doğrultdu, qol təşkil etdi və məşqçinin B planını işə saldı. Lakin ani diqqətsizlikdən sonra qonaqlar bərabərlik qolunu vurdu, mübarizə qızışdı.

Matçdan bir neçə saat öncə “Futbolinfo”da Elçin Məsiyevlə bağlı statistika təqdim etmişdik. “Keşlə”nin hakimi” olan FIFA referisiylə bağlı bütün həqiqətlər o yazıda əksini tapmışdı və əmin idik ki, bu adam “Keşlə”nin məyusluğuna imkan verməz. Əsas vaxtın son dəqiqələrdə Məsiyev həm bizi haqlı çıxardıb, günün qalibi etdi, həm də xislətini növbəti dəfə təsdiqlədi. Qondarma penalti, qırmızı vərəqə və hər şey bir anda “Keşlə”nin xeyrinə dəyişdi. Sezar Meza Kolli hədiyyəni – 11 metrlik zərbəni qola çevirib, matçın əlavə vaxta getməsini təmin etdi. Ardınca daha bir möhtəşəm qolla het-trikini rəsmiləşdirən paraqvaylı işi bitirdi. Qalan dəqiqələrdə kortəbii irəli atılan “Zirə” fərqi azaltsa da, rəqibin səfər qolu sayəsində finala adlamasına əngəl ola bilmədi.

Penalti var idimi? “CBC Sport”un çəkiliş görüntülərindən hakimin haqlı olduğunu isbat edən bircə fraqment tapa bilmədik. Corceviçin Anatoli Abanqla ikili mübarizəsi adi oyun epizodu idi. Belə anlarda penalti təyin edilməməlidi, amma Məsiyevə kiçicik səbəb lazım idi və o, anı qaçırmadı.

Eyni epizod fevralı 20-də bu komandaların 16-cı tur qarşılaşmasında da reallaşmışdı. 2:2 bitən matçın 61-ci dəqiqəsində həmin Abanq Dimitrios Çantakiasla ikili mübarizə zamanı simulyasiya etmiş və rəqibin meydandan qovulmasına səbəb olmuşdu. Həmin oyunu da Məsiyev idarə edirdi və kiçicik ədalət hissi var idisə, dünən ən azı o qarşılaşmanı yada salmalıydı. Lakin məqsəd “Zirə”nin dayandırılmasıdısa, vicdan yada düşmür. Lazar tələyə düşmüşdü, fürsət qaçırılmadı. Sezar 3-cü qolu vurmasaydı, onu da hakimlər vuracaqdı.

Bu matçı Zaur Axundov qazandı. Futzal federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü olan “Keşlə”nin Müşahidə Şurasının sədri illərdi belə işlərlə məşğuldu. Futbolun inkişafına cavabdeh olan o və onun kimilər layiqli mübarizədə bacarıqsızdı, komandası autsayderdi. Hər il AFFA-nın vasitəsilə SOCAR-dan gələn və havaya sovrulan 5-6 milyon manatın hesabatını vermək üçün nəticə göstərmək lazımdı. Səriştəsizlikdən meydan mübarizəsində nəticələr ürəkaçan deyil, əvəzində hakimlər vasitəsi ilə finala vəsiqə qazanıldı və mövsüm xilas olundu. Cəmi iki rəqibi keçməklə finala düşmək mümkün idi – divizion klubu “Kəpəz”i ilk oyunda təyin edilən yanlış penaltiylə, “Zirə”ni isə hər iki matçda laysmanların kobud səhvləriylə keçdilər.

Bu qələbə təkcə finalçının adını müəyyən etmədi. Axundov Azərbaycan futbolunun siması sayılan azsaylı şəxslərdən biri olan, əməyiylə zirvəyə yüksələn Rəşad Sadıqov da əzələ nümayiş etdirdi. Sarı vərəqə düşmədiyi halda qırmızı vərəqə alan məşqçi gözdən salındı, xarizmasına xələl gəldi, eyni zamanda ona “siz nə qədər vicdanla işləyirsizsə, işləyin, müqəddəratı biz həll edirik” mesajı verildi. Sadıqov və onun kimilərin əziyyəti beləcə güc hesabına bir qərarla yerə vuruldu.

İndi eyni təhlükə Abbasovu gözləyir. Finalda Zaur bəy növbəti iyrənc oyuna əl atacaq. “Sumqayıt” avrokuboklara yollanmaq istəyirsə, çempionatda 3-cü pilləni tutmalıdı, kubok artıq “Keşlə”nin muzeyindədi. Ayxan bəy yaxşı məşqçi ola bilər, amma klubu Axundov kimi arxalı məmurlarla bacaracaq gücdə deyil. Bu, Azərbaycan reallığıdı.

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-20 00:58

“Milan” və “Borussiya” uduzdu, “Real”la “Liverpul” qalib gəldi

Milli komanda2021-10-19 22:32

“Azərbaycan millisi arzuolunmaz rəqibdir”

Ölkə futbolu2021-10-19 21:55

Ələskərov “Bursaspor”un ən faydalı 2 futbolçusundan biridir

Ölkə futbolu2021-10-19 20:58

“Qəbələ” Niderland klubuna böyük hesabla uduzdu, mübarizəni dayandırdı

Dünya futbolu2021-10-19 20:27

Avroliqa: “Seltik”dən ilk qələbə

Ölkə futbolu2021-10-19 20:09

“Keşlə” Con Kamaranı geri qaytardı

Dünya futbolu2021-10-19 19:55

PSJ ÇL matçından öncə daha bir futbolçusunun xidmətindən məhrum oldu

Ölkə futbolu2021-10-19 19:32

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Digər2021-10-19 18:48

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-10-19 17:13

“Qarabağ”la “Neftçi”dən qələbə

Dünya futbolu2021-10-19 16:51

“Atletiko”nun oyun üslubunu çox da bəyənmirəm” – Klopp

Müsahibə2021-10-19 16:38

“Qarabağ” güclü olsa da, xal almağa çalışacağıq”

Milli komanda2021-10-19 16:11

Millimizin tanış rəqiblərlə əvvəlki oyunlarının statistikası

Dünya futbolu2021-10-19 15:58

40 yaşında La Liqada rekord qırdı

Dünya futbolu2021-10-19 15:15

“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satıldı

Dünya futbolu2021-10-19 14:54

“DÇ-nin iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır” – İnfantino

Ölkə futbolu2021-10-19 14:36

“Kayrat”ın braziliyalı forvardı “Qarabağ”la oyunu buraxacaq

Ölkə futbolu2021-10-19 14:18

“Ehtiyat edirdim ki, Prezident məni tanımaz” – Qara Qarayev

Dünya futbolu2021-10-19 13:55

Gürcüstan futbol tarixinin rəmzi heyəti açıqlandı

Milli komanda2021-10-19 13:38

“Təcrübəmizdən faydalanmalı, yaxşı hazırlaşmalıyıq”

Ölkə futbolu2021-10-19 13:01

Vaqner Lav: “Qarabağ”la oyun çox çətin keçəcək”

Ölkə futbolu2021-10-19 12:49

“Qarabağ”ın “Kayrat”la oyunu ukraynalı hakimlərə tapşırıldı

Dünya futbolu2021-10-19 12:36

“Barselona” “Real”la oyuna 3 ciddi itki ilə çıxacaq

Ölkə futbolu2021-10-19 12:05

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Ölkə futbolu2021-10-19 11:56

Dani Kintana: “Azərbaycanda səni heç kim izləmir”

Milli komanda2021-10-19 11:35

De Byazidən DÇ-nin iki ildən bir keçirilməsi ideyasına münasibət

Dünya futbolu2021-10-19 11:12

Venger FİFA-nın yeni ideyasını De Byazi ilə müzakirə edəcək

Dünya futbolu2021-10-19 10:53

Vüsal İsgəndərli baş məşqçisiz qaldı

Ölkə futbolu2021-10-19 10:34

“Aberdin”in prezidenti “Qarabağ”a məğlubiyyətləri yada saldı

Dünya futbolu2021-10-19 10:19

PSJ-də Neymar şoku – ÇL matçını buraxacaq

Dünya futbolu2021-10-19 10:01

Əliyev “Krasnodar”a qarşı 45 dəqiqə oynadı

Dünya futbolu2021-10-19 09:42

Ozan Can qol vurdu, “Telstar” qalib gəldi

Dünya futbolu2021-10-19 09:21

Abdullayevli “Etnikos” APOEL-lə bacarmadı

Müsahibə2021-10-19 09:00

“Rəşad Sadıqov məni futbola ikinci dəfə qaytardı”

Dünya futbolu2021-10-19 01:16

“Arsenal” doğma meydanda xal itirdi

Dünya futbolu2021-10-19 01:01

“Espanyol” evdə, “Betis” səfərdə sevindi

Dünya futbolu2021-10-19 00:44

“Fiorentina” “Venetsiya”ya məğlub oldu

Dünya futbolu2021-10-18 23:33

“Alanyaspor” 3 xalı 6 qolla qazandı

Dünya futbolu2021-10-18 22:55

UEFA-dan İngiltərə Futbol Assosiasiyasına cəza

I Divizion2021-10-18 22:17

Divizion oyunları üçün hakim təyinatları açıqlandı

Ölkə futbolu2021-10-18 22:02

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb

Milli komanda2021-10-18 21:25

“Normal qrupa düşmüşük, amma işimiz çətin olacaq” – Joze Alesio

Milli komanda2021-10-18 21:18

AÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

Milli komanda2021-10-18 20:46

Azərbaycan millisinin AÇ-2022-dəki rəqibləri bəlli oldu

Ölkə futbolu2021-10-18 20:04

UEFA-dan “Qarabağ”la bağlı növbəti paylaşım

AÇ-20202021-10-18 19:29

AÇ-2020-də ən yaxşı qola imza atan futbolçu mükafatına qovuşdu – VİDEO

Dünya futbolu2021-10-18 19:02

Millinin futbolçusunda xərçəng aşkarlandı

Digər2021-10-18 18:43

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-10-18 17:57

Nazarov mövsümün ən yaxşı futbolçusu seçildi

Ölkə futbolu2021-10-18 16:56

“Qarabağ” – “Kayrat” oyunu üçün biletlərin yarısı satılıb

Gündəm