Connect with us

Ölkə futbolu

Oyundan öncə qazanılan qələbə: “Keşlə” planı yerinə yetirdi

-də paylaşıldı

Yeni mövsümdə Rəhim Sadıxovu “Keşlə”də görsəz, təəccüblənməyin. Dünənki oyunda izlədiyim iki epizod bu transfer xəbərini indidən elan etməyim üçün kifayətdi. Təfərrüata varmayacam, təcrübəm, analiz qabiliyyətim, uzun illər ərzində “futbol mətbəxi”ndə gördüklərimdən çıxardığım nəticə belə qənaətə gəlməyim üçün kifayətdi…

Sensasiya olmadı. “Keşlə” ölkə kubokunu hələ finala çıxarkən sahiblənmişdi. Hər il AFFA-nın 5-6 milyon manatının arxasına keçən klub biabırçı mövsümü unutdurmaq üçün qeyri-adi bir şey etməliydi. Və bunun üçün ən asan yol kuboku əldə etmək idi. Divizion təmsilçisi “Kəpəz”i, ardınca “Zirə”ni hakim qərarları ilə sıradan çıxaran komanda finalda yalnız diqqətli insanların sezə bildiyi şou-tamaşayla arzusuna çatdı.

Bu dəfə hakimlər baş rolda deyildi. “Keşlə” “Sumqayıt”ı oyundan öncə yenmişdi və formal matçda qələbəsini rəsmiləşdirdi. Əmin olun ki, nələrin baş verdiyini “kimyaçılar”ın əksər üzvləri, məşqçiləri belə bilmirdi. Boş qapıya düşmək lazım ikən… Nə isə.

“Keşlə”nin finala kimi nə hoqqalardan çıxması artıq tarixdə qaldı, heç kim xatırlamayacaq. Dəqiq olan bakılıların ölkə kubokunu qazanmasıdı. Standart vəziyyətlərdən sonra müdafiəçilərin vurduğu qollar qalibi müəyyənləşdirdi. Xeyli qol epizodunu qaçıran “Sumqayıt” məğlubiyyətə layiq idi.

Baxmayaraq ki, Miyosko Boyoviçin hələ 3-cü dəqiqədə topu öz qapısına göndərməsi “Sumqayıt” üçün göydəndüşmə hədiyyə idi. Oyuna 1:0 öndə başlayan Ayxan Abbasovun yetirmələri qalan vaxt ərzində əks-hücumlar sayəsində daha təhlükəli olmalıydı. Lakin komanda şəklində mübarizə aparmırsansa, qələbəni bütün futbolçular istəmirsə, aqibət bəllidi.

“Sumqayıt” kimi “Keşlə” də standart vəziyyətdən sonra fərqləndi. Şəhriyar Əliyev başla hesabı bərabərləşdirdisə, Boyoviç antiqəhrəmandan qəhrəmana çevrildi. Abbasovun əvəzetələri, oyunu dəyişmək cəhdləri faydasız oldu və o, ikinci dəfə kubokun finalında Sənan Qurbanova yenildi.

Bu il hər iki titulu mövsümün gedişində baş məşqçi postuna gələnlər qazandı. Samir Abasov bərbad vəziyyətdə qəbul etdiyi “Neftçi”ni qızıl medallara qovuşdurdusa, Qurbanov Yunis Hüseynovdan miras qalan heyətlə kuboku əldə etdi. Beləliklə, bürünc medalı təmin edən “Sumqayıt” “Zirə” üçün avrokubok vəsiqəsini təmin edə bilmədi və avrokuboklara gedənlərin ötənilki komandalar olacağı dəqiqləşdi.

Bu il Çempionlar Liqasında “Neftçi” mübarizə aparacaqsa, yeni yaranan Konfrans Liqasında “Qarabağ”, “Sumqayıt” və “Keşlə”ni izləyəcəyik. Nəticələrin ötənilkindən daha yaxşı olacağına ümid etməkdən başqa əldən bir şey gəlmir. Ağdamlıların ötən illərdə olduğu kimi qitədə uğurları sıralayacağına inam böyükdü, digərləri isə hədəflərini böyütməlidi. Mövsüm boyu çəkilən əziyyətin yekunu ilk mərhələdə büdrəmək olacaqsa, bu, baş aldatmaqdan başqa bir şey deyil.

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Dünya futbolu2021-12-03 13:33

Ələskərovun komandası Super Liqa təmsilçisinə rəqib oldu

Dünya futbolu2021-12-03 13:02

“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Dünya futbolu2021-12-03 12:53

“Milan”ın futbolçusu üçün mövsüm bitdi?

Ölkə futbolu2021-12-03 12:32

“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

Milli komanda2021-12-03 12:11

AFFA-nın gizlətdiyi təyinat: U-19 Velebitə tapşırılıb

Dünya futbolu2021-12-03 11:50

Çexiya klubu Mahir Emrelini istəyir

Dünya futbolu2021-12-03 11:23

“Mançester Yunayted”də daha bir ayrılıq

Dünya futbolu2021-12-03 11:00

Braziliyada çempion bəlli oldu

Milli komanda2021-12-03 10:47

Daha az maaşa daha yaxşı nəticə: ona inanmaq olarmı?

Müsahibə2021-12-03 10:26

Vüsal Əsgərov: “Bu hisslərin sözlə ifadəsi yoxdur”

Ölkə futbolu2021-12-03 09:51

VAR sistemi: Ukraynada 240 min avro, Azərbaycanda 500 min dollar

Dünya futbolu2021-12-03 09:27

Ronaldo karyerasında 800-cü qolunu vurdu

Ölkə futbolu2021-12-03 09:00

İslahata İcraiyyə Komitəsindən başlamalı

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Gündəm