Bizi izləyin

Müsahibə

Artyom Vaskov: "AZAL 60 futbolçunu baxışa çağırıb, 6-nı seçdi"

AZAL-ın sabiq yarımmüdafiəçisi Artyom Vaskov müsah…

AZAL-ın sabiq yarımmüdafiəçisi Artyom Vaskov müsahibəsində Azərbaycanda keçirdiyi günləri xatırlayıb, ənənələrimizdə danışıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Azərbaycana necə gedib çıxmışdın?
– Bu, uzun söhbətdi. Mən "Neman"da idim. Amma bu komandada oyun təcrübəsi əldə edə bilmirdim. Həmin ərəfədə menecerim mənə zəng edib dedi ki, Azərbaycanın AZAL klubunda baxışda olmaq lazımdı. Mən də düşündüm ki, niyə də olmasın. Bakıya yollandım. Baş məşqçi məni bəyəndi və müqavilə imzaladım.
 
– Azərbaycandakı ilk günün necə keçdi?
– Orada çox isti vardı. 35-40 dərəcə! Nəfəs almaq olmurdu. Üstəlik, komanda əsasən süni örtüklü meydanda oynayırdı. Ağır idi. İlk gün… Aeroportdan gedərkən hər tərəf qumluq idi. Yaşıllıq yox idi. Çox təəccübləndim.
– AZAL necə klubdu?
– Mən bu komandada olanda paytaxtın digər klubu "İnter"in stadionundan istifadə edirdik. Amma indi AZAL-ın öz stadionu, məşq meydançası, bazası var. Amma həmin vaxt belə imkanlar yox idi. Orada çempionat ciddi templə inkişaf edir. O vaxt yaxşı səviyyədə olan legionerlər gətirirdilər. Özü də yüksək maaşla. Onlar həm oynayırdılar, həm də qazanırdılar. Mən gənc olduğum üçün belə şansım yox idi.
 
– Orada hansı tanınmış futbolçularla qarşılaşmısan?
– AZAL-da belçikalı Kamara oynayırdı. Vaxtilə Belçika yığmasında da oynamışdı, dayaq yarımmüdafiəçisi idi. İndi isə Azərbaycana Yuri Syomin, Marat İzmaylov kimi tanınmışlar gedirlər. Pul varsa, ulduz da var.
 
– Azərbaycanda nə qədər qazanırdın?
– Mən AZAL-a pul qazanmaq üçün getməmişdim. Onda cəmi 20 yaşım vardı. Oynamaq istəyirdim. Bu yaşda səni heç kim yüksək məvaciblə təmin etməz. Təcrübəlilər 10-15 min dollar qazanırdılar. Bəlkə də çox. Amma cavanlarda bir qədər az idi.
 
– Bakıda necə əylənirdiz?
– İstirahət günlərində dənizə, diskotekaya gedirdik. Adi əyləncələr idi.
 
– Azərbaycandakı diskotekalar Belarusdakından nə ilə fərqlənirdi?
– Bakıdakı diskotekalarda azərbaycanlı qızlar çox az idi. İstər-istəməz müsəlmanlar belə şeylərə o qədər də yaxşı baxmırlar. Belə mərasimlərə adətən şəhərin qonaqları təşrif buyururdular. Bakının küçələrində heç bir qızla tanış ola bilməzdin. Bu baxımdan vəziyyət Belarusdakından çox fərqlidi.

 
– Azərbaycandakı həyatın daha nələrlə yaddaqalan olub?
– Orada küçəyə "şortik"də çıxmaq olmazdı. Orada belə bir adət var ki, kişi öz ayaqlarını ictimai yerlərdə göstərməməlidi. Hətta isti havada da. Bakıya təzə gedərkən biz də qısa şalvarlarla küçədə gəzirdik. Bir yaşlı kişi bizə yaxınlaşıb dedi ki, başa düşürük, siz bizim qonağımızsız, amma adət-ənənəmizə hörmətlə yanaşmalısız. Həmçinin marşrutlarda qadın ayaq üstə dayanmamalıdı. Əgər avtobusda gedərkən qadın gəldisə, sən ayağa qalxıb ona yer verməlisən. Bax buna deyərəm hörmət! Ümumiyyətlə, azərbaycanlılar çox inanclıdılar. Hətta futbolçular da paltardəyişmə otağında namaz qılardılar. Biz isə sadəcə, oturub onlara tamaşa edərdik.
 
– Bəs AZAL-dan niyə ayrıldın?
– Mənim klubla müqaviləm qalırdı. Amma oyunların birində zədələndim. Həkimlər təxminən iki ay futbol oynaya bilməyəcəyimi dedilər. Klub rəhbərliyi, məşqçilər korpusu da düşündülər ki, zədəli legioner nəyimizə lazımdı? Elə həmin ərəfədə baş məşqçi də dəyişmişdi. Yeni baş məşqçi komandada yerli futbolçuları görmək istəyirdi. Mən də yeni il tətilinə yollanmışdım. Belarusda olarkən sms aldım ki, "səni transferə çıxarıblar". Tətildən sonra Bakıya qayıtdım, rəhbərliklə görüşdüm. Dedilər ki, məni artıq komandada görmək istəmirlər. Bir-birimizə uğurlar arzulayıb, yollarımızı ayırdıq.
 
– Sən bir neçə dəfə baxışda olmusan. Onlardan hansı daha yaddaqalan olub?
– AZAL-dakı. İnsanlar həqiqətən "paçka"yla gəlirdilər. Komanda hələ istirahətdə idi, amma məşqçilər yeni oyunçuları sınayırdılar. Hər gün yeni legionerlər gəlirdi. Bir dəfə hətta bir vaqon gürcü gətirdilər. Ən azı 10 nəfər dəqiq idi. Təsəvvür edirsiz? Hər məşqə 25 yeni futbolçu çıxırdı. Hər gün ikitərəfli oyunlar keçirilirdi. Altı gün belə davam etdi. Yalnız yeddinci gün mənə dedilər ki, ofisə gəl, müqavilə bağlayacağıq. Toplanışın sonunda isə cəmi 6 futbolçu seçildi. Halbuki, təxminən 60 futbolçu baxışdan keçmişdi.
Reklam
Premyer-liqa2022-01-28 00:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2022-01-27 23:50

“Qarabağ” Fransa klubu ilə neytral meydanda oynaya bilər

Ölkə futbolu2022-01-27 23:17

Azər Əliyev rəsmən “Neftçi”də

Ölkə futbolu2022-01-27 22:34

“Neftçi” yeni transferini belə təqdim etdi – VİDEO

Dünya futbolu2022-01-27 21:13

Super Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2022-01-27 20:45

“Yuventus”un futbolçusu “Çelsi” yolunda

Ölkə futbolu2022-01-27 19:34

Haiti millisinin üzvü rəsmən “Zirə”də

Dünya futbolu2022-01-27 18:51

“Napoli” hücumçusuna qiymət qoydu

Digər2022-01-27 17:47

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-27 17:18

“Mançester Siti”nin sabiq hücumçusu Niderland klubunda

Dünya futbolu2022-01-27 16:48

Kalu İngiltərə klubunda

Dünya futbolu2022-01-27 16:29

“Neftçi”nin istədiyi futbolçu Rusiya klubundan ayrıldı

Dünya futbolu2022-01-27 15:15

“Milan”da ciddi itki və yeni hücumçu

Ölkə futbolu2022-01-27 14:53

Hafiz Məmmədov barədə həbs qərarı verildi

Müsahibə2022-01-27 14:19

“Qarabağ”ı ziyarətimin yeganə səbəbi bu idi” – “Beşiktaş”ın baş məşqçisi

Dünya futbolu2022-01-27 13:52

Fərid Nəbiyev Çexiyada dubla imza atdı

Dünya futbolu2022-01-27 13:18

İran Futbol Federasiyası Rusiya klubundan FİFA-ya şikayət etdi

Dünya futbolu2022-01-27 12:57

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2022-01-27 12:33

Milli komandanın baş məşqçisi istefaya göndərildi

Dünya futbolu2022-01-27 12:16

Premyer Liqada koronavirusla bağlı yeni qayda

Ölkə futbolu2022-01-27 12:08

“Legiya” rəsmisi: “Emreli əvvəlkitək bizim oyunçudur”

Milli komanda2022-01-27 11:54

Azərbaycan – İspaniya matçında 4 qol – VİDEO

Ölkə futbolu2022-01-27 11:38

Murad Musayev: “Azərbaycanın müsbət və mənfi cəhətləri olan çətin çempionatı var”

Dünya futbolu2022-01-27 11:15

Namik Ələskərovun klubunda istefa

Ölkə futbolu2022-01-27 10:53

“Neftçi”dən ayrıldı, keçmiş klubu ilə müqavilə imzaladı

Dünya futbolu2022-01-27 10:34

“Beşiktaş”ın sabiq rəsmisi qətlə yetirildi

Ölkə futbolu2022-01-27 10:11

“Qrupdan çıxmaq şansımız var” – İsa Atayev

Milli komanda2022-01-27 09:59

“Hələ mübarizə başa çatmayıb” – Millimizin üzvü

Dünya futbolu2022-01-27 09:14

Afrika Millətlər Kubokunda 1/4 final cütləri

Milli komanda2022-01-27 02:08

“İspaniya ilə oyunda az səhvə yol verdik”

Dünya futbolu2022-01-27 02:01

Ekvatorial Qvineya və Misir yığmaları da 1/4 finalda!

Milli komanda2022-01-27 01:22

Millimiz İspaniya üzərində qələbəni əldən verdi

Dünya futbolu2022-01-27 00:55

“Sent Etyen”ə qələbə üçün bir qol bəs etdi

Ölkə futbolu2022-01-27 00:26

“Sabah”ın 2 həftəlik Antalya toplanışından 2 dəqiqəlik VİDEO

Dünya futbolu2022-01-26 21:46

Türkiyə millisinin üzvü La Liqada klubunu dəyişdi

Ölkə futbolu2022-01-26 19:47

“Sent Etyen”in sabiq futbolçusu rəsmən “Zirə”də!

Dünya futbolu2022-01-26 19:05

11 gün öncə təyin edilmiş baş məşqçi istefaya göndərildi

Dünya futbolu2022-01-26 18:36

Argentinalı hücumçu “Mançester Siti”də

Dünya futbolu2022-01-26 18:02

Marselo ilə müqaviləyə xitam verildi

Dünya futbolu2022-01-26 17:44

“Qarabağ”a qol vuran futbolçu üçün 16 milyon avro təklif edildi

Dünya futbolu2022-01-26 17:26

“Fənərbaxça”da koronavirusa 4 yoluxma

Digər2022-01-26 17:08

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2022-01-26 16:46

Fati əməliyyatdan imtina etdi

Dünya futbolu2022-01-26 16:00

“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2022-01-26 15:39

Kanada millisində azərbaycanlı məşqçi

Dünya futbolu2022-01-26 15:17

“Neftçi”dən ayrılan futbolçu Yunanıstan klubunda

Dünya futbolu2022-01-26 14:58

Mane xəstəxanalıq oldu

Dünya futbolu2022-01-26 14:29

Niderland millisinin sabiq üzvü vəfat etdi

Dünya futbolu2022-01-26 14:04

“Valensiya” İsveçrə millisinin üzvü ilə müqavilə bağladı

Dünya futbolu2022-01-26 13:44

“Samsunspor” Mahir Emrelini gözləyir

Gündəm