Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Danimarka ilə oxşar sistem, fərqli nəticələr

-də paylaşıldı

İllərdi Azərbaycan futbolunun inkişaf etməməsində günahkarlar axtarılır, müxtəlif fikirlər səslənir, ayrı-ayrılıqda futbol sahələrindəki problemlərə toxunulur. Bunlar bir-birinə bağlı olduğu üçün, futbola kompleks yanaşma olmadan istənilən nəticələrin göstərilməsi mümkünsüzdür. AÇ-2020-dəki çıxışına görə Danimarka futbolu müzakirə edilir, Azərbaycan futboluna nümunə göstərilir. Müasir dövrü nəzərə alsaq, səbəbsiz də deyil. AFFA-dakıların sözü olmasın: “Niyə də yox”!

 

Hələ bir əsr öncə, danimarkalılar Fransa kimi yığmanın qapısını top atəşinə tutub bir oyunda 17 qol vurublar. “Xoruzlar” xoruzlanıb 90-cı illərdə 10 topun əvəzini Azərbaycandan çıxıblar.

 

Danimarkanın əhalisi 6 milyona yaxındır. İqlim şərtləri futbolda tam komforta imkan vermir. Lakin hava əsasən soyuq olsa da, futbolu çox sevirlər.

 

Ölkənin maddi imkanları yüksəkdir. Buna baxmayaraq, uzun illər futbola həvəskar səviyyədə yanaşıblar.Buna rəğmən, uzaq keçmişdə olimpiya finalları oynayıblar, futbol orta məktəb proqramına salınıb. Ümimiyyətlə, Danimarka futbolu öz unukallığı ilə seçilir. Futbolçuları birbaşa istirahətdən yığışıb AÇ-92-də çempionluğu qazanan ölkədir. Qəribə səslənsə də, günümüzün reallıqları ilə uzlaşmasa da, 1976-cı ilə kimi yığmanın qapıları xaricdə legioner həyatı yaşayan futbolçularının üzünə bağlı olub.

 

Danimarka dünya futboluna ulduzlar da bəxş edib. Simensen, Şmeyxel, Ekyayer, Laudrup qardaşları bu gün də azarkeşlərin xatirindədir. Bəs, kiçik bir ölkə dünya futbolunda ayaqda durmağı necə bacarır?

 

Hələ uzaq 1995-ci ildə, Danimarkaya ilk səfərimdə, kiçik, qədim Haderslev şəhərində oyunları idarə etməyə gedərkən, yol boyu standart ölçülü, ideal vəziyyətdə olan təbii meydançaları görəndə, xəyallar insanı bürüyürdü. Görəsən, Azərbaycanda da nəvaxtsa belə şərait olacaq? Nəyimiz yoxdur? Yeraltı, yerüstü təbii sərvətlər, mükəmməl iqlim…

 

Müstəqilliyimizin ilk illəri idi. Sarsıdıcı müharibə, siyasi-iqtisadi xaos, bir milyon qaçqın, köçkün. Ağır illər idi. Azərbaycanda futbol, futbolçu olsa da, şərait yox idi…

 

Yeni əsrdə siyasi sabitlik, iqtisadi dirçəlişlə yanaşı, AFFA-da da dəyişikliklər baş verdi. Ən əsası, futbola dair 10 ili əhatə edən Dövlət Proqramı qəbul edildi, futbol təsərrüfatına inanılmaz vəsait yönəldildi.

 

Azərbaycan futbolunda infrastruktur deyilən bir anlayış yox idi. Sovetlər dönəmindən qalan uçuq-salxaq stadionlar bölgələrdə ışıq, qaz, su üzünə həsrət qalmışdı. Müasir otellərdən, yollardan danışmağa dəyməzdi. Qısa müddətdə infrastruktur yaradılmalı idi…

 

…Yaradıldı da. Demək olar, eyni anda Yevlax, Lənkəran, İmişli, ardınca Zaqatala, Qəbələ, Quba və Sumqayıtda müasir tələblərə cavab verən stadion-bazaların inşasına başlanıldı. Tovuzda stadionunda  yenidənqurma, bərpa işləri görüldü. Paytaxtımızda 5-10 minlik stadionların sayı ildən-ilə artırdı. Tarixi futbol bölgələrimiz – Gəncə, Mingəçevir, Naxçıvan, Masallı, Şirvan, Qusar, Qazax, Qax, Bərdə və digər şəhər və rayonlarımız həvəslə öz vaxtlarını gözləyirdilər. İmkanlı klubların sayı gündən-günə artırdı. Qalırdı futbolu dirçəltmək, inkişaf etdirmək.

 

Danimarka futbolu həmişə dünya reytinqində ilk “50-lik”də, daha ön sıralarda olub. 5-6 il öncə ölkə futbolu, daxili çempionat geriləmişdi. Klubların UEFA əmsallar cədvəlindəki mövqeyi, ölkə futbolunda həyəcan təbilinin çalınmasını şərtləndirdi. Bunu kimsə etmədi, Danimarka Futbol İttifaqı ayağa qalxdı. Çempionat tənəzzülə uğramışdı, 3 dövrədən ibarət baxımsız yarış keçirilirdi.

 

HAŞİYƏ: Bu mənasız sistem Azərbaycanda da dəfələrlə gündəmə gətirilib, müzakirə edilib. Hətta neçə ildi I divizion bu qayda ilə keçirilirdi, acınacaqlı nəticələri də göz önündədi.

 

Danimarka liqasına maraq azalmış, rəqabət, intensivlik aşağı düşmüş, azarkeşlər stadionlardan uzaqlaşmışdı. Bütün bunlar avrokuboklarda da komandaların çıxışına mənfi təsirini göstərirdi. 2015-ci ildə yerli federasiya vəziyyətdən çıxış yollarının axtarılması üçün futbol sahəsində püxtələşmiş analitik şirkətlərə, bu sahənin bilicilərinə müraciət etdi. Qısa müddətdə Danimarka futbol təsərrüfatı, infrastrukturu, ölkə iqtisadiyyatının durumu, azarkeşlərin, klubların futbola münasibəti, milli mental dəyərlər araşdırıldı, çıxış yollarımı özündə əks etdirən plan-layihə federasiyaya təqdim edildi.

 

Azərbaycandan fərqli olaraq, Danimarkada uşaq futboluna bərbad durumuna, yeni nəslin yetişməməsinə, yığmaların zəif çıxışına görə günahı klublarda, məşqçilərdə axtarmadılar. Ümumiyyətlə, Danimarkada uşaq futboluna vəsait əsasən dövlət tərəfindən, munisipalitetlər vasitəsi ilə ödənilir, şərait yaradılır. Uşaq-gənclər futbolunda rəsmi sənədlərə, müraciətlərə uyğun olaraq həvəskar komandalara qrantlar ayrılır. Uşaq-yeniyetmə futbolunda hər bir futbolçu öz şəhəri, rayonu, komandası üçün oynayır, keçidlər qadağandır, 16 yaşa kimi heç bir vəsait ödənilmir, təhsilə, maariflənməyə xüsusi diqqət yetirilir.

 

Peşəkar futbolda “Kopenhagen”dən başqa heç bir klubun öz stadionu yoxdur. İdman qurğularını, minlərlə meydançaları dövlət tikir və güzəştli şərtlərlə klublara icarəyə verir. Dərk edilir ki, o qədər də imkanı olmayan peşəkar klubları yükləmək olmaz.

 

Klubların akademiyalarına, UEFA tələblərinə uyğun uşaq futboluna qayğı olsa da, dövlətə bağlı şirkətlərin, vəzifəli şəxslərin hansısa kluba sponsorluq, himayədarlıq etməsi qadağandır. Peşəkar statuslu klublara dövlət tərəfindən maliyyə ayrılmır. Üzdə belə olsa da, stadionların inşası, uşaq futboluna qayğı elə ən böyük yardımdır. İmkan verilmir ki, xalqın, dövlətin vəsaiti kimlərsə tərəfindən sağa-sola, istədikləri kimi xərclənsin.

 

Danimarkada daxili məsuliyyət, kollektivçilik, dövlətə, xalqa bağlılıq, mənəvi dərketmə anlayışı çox yüksəkdir. Problemlər çıxdığı zaman stabilliyin qorunması, inkişafın təmin olunması üçün dərhal əməli addımlar atılır. Şimal dövlətində komanda şəklində hərəkət, qarşılıqlı dəstək, hörmət həyat tərzidir!

 

Təhqiqatlar, analitik beyin mərkəzinin araşdırmaları nəticəsində, Danimarka futbolunda yeni mərhələnin başlanılması üçün 12-14 komanda arasında, final mərhələsi olmaq şərtilə çempionat keçirilməsi məqsədəuyğun bilinir. Qeyd olunan sistemi unutmayın…

 

2004/05 mövsümündən başlayaraq, Azərbaycanda futbol bumu yaşanırdı. Hələ stadionlar inşa edilməsə də, azarkeşlər arasında futbola böyük inam yaranmışdı. Tribunalarda 15-20 min insan toplaşırdı.Ölkə üçün fantastik göstəricilər idi. Müqayisə üçün yazaq ki, Danimarka, Avstriya kimi futbol ölkələrində oyunlara orta hesabla 4-6 min azarkeş gəlir, 8-10 min mükəmməl göstərici sayılır.

 

Azərbaycanda imkanlı klublar gücləndikcə, rəqabət, səviyyə artdıqca, AFFA təşkilat olaraq bu sürətə, yükə tab gətirə bilmirdi. Danimarkadakı kimi nə federasiya, nə klublar çətinlik çəkmirdi, dövlət özü hərtərəgli qayğı göstərir, böyük şirkətləri, imkanlı iş adamlarını futbola sərmayə qoymağa sövq edirdi. Təəsüf ki, diletant futbol idarəçiliyi, futbol mərtəbələrindəki daxili çəkişmələr klubları vahid futbol sistemində tənzimləməyə, işlək mexanizmini yaratmağa imkan vermirdi. Futbol sistemsizliyi, futbol qanunlarındakı boşluqlar, idman prinsipsizliyi, obyektiv nəzarətin olmaması klublarda da diletant idarəçiliyə yol açırdı. “MKT-Araz”, “Karvan” kimi imkanlı, şəraiti olan klubların tezliklə dağılması da futbol başbilənlərini oyatmadı.

 

Futbol başbişəlnlərinin başı mənasız topçiləmə festivallarına, Berlin layihələrinə qarışmışdı. Çox çətinliklə də olsa, ayaqda durmağı bacaran klublar isə həvəslə infrastruktur yaradır, akademiyalar qururdu. 6 komanda mütləq çempionluğa oynayır, nə qədər manelər olsa da, aralarında keçirilən matçların səviyyəsi avrokubokların qrup mərhələsi, pley-offu səviyyəsinə yaxınlaşırdı. Çoxları bunu dərk etmirdi. Qalırdı inamın yaradılması, avrokuboklarda nəticələr.

 

2015-ci ildə Azərbaycan futbolunda matəm elan olunduğu zaman, Danimarkada təklif olunan yeni sistemə keçid başladı. İlk olaraq 14, sonradan 12 komanda, final mərhələli çempionatın keçirilməsinə start verildi. Dərhal da yarışa maraq artdı, teleyayımdan gələn gəlirlər çoxaldı, maraqsız, formal keçid matçlarının sayı minimuma endi. İmkanı olmayan klublar nəfəs aldı. Çünki ilk “altılıq”da yarışan klublar artıq hər oyuna görə teleyayımdan 40 min avro gəlir əldə edirdi. İkinci “altılıq”da oyun başı 6-7 min avro qazancla yanaşı, rəqabətin sona kimi qorunması üçün “altılığ”ın liderinə avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağa əlavə şans da verilirdi.

 

Sistemin uğur gətirməsi ilə bağlı, xarici şirkətlərin, iş adamlarının yerli klublara marağı artıb. Artıq 10-a yaxın komandaya Amerika, Rusiya, ərəb ölkələrindən olan şirkətlər, iş adamları himayədarlıq edirlər. Bizdə isə eyni sistem ləğv edildi, hətta ümumi komanda sayı zamanla 8-ə endirildi.

 

Danimarka çempionatında limit tətbiq edilmir, bizdəki kimi süni yaş həddi də yoxdur. Gündəlik inkişaf etdirilən, təkmilləşdirilən sistemdə yerli-legioner futbolçular arasında güclü rəqabət yaradılıb, çempionatın səviyyəsi artıb. Onlar da futbolçularının getməsinin, legioner həyatı yaşamasının tərəfdarıdı. Təbii ki, Avropada birlik ölkələri üzvü olmaqları üstünlükdür. Ölkədə işlək futbol sistemi çalışmasa, rəqabətədavamlı futbolçilar yetişməsə, imtiyazların da faydası olmaz. Başımızın üstündən özbək futbolçu İtaliya A seriyasına gedir.

 

Son 5-6 ildə, çempionatdakı format dəyişikliyindən sonra Danimarka futbolu dirçəldi, klub reytinqində ilk 15-ə yüksəldilər, cədvəldə Kiprlə qonşudurlar. Bu da avrokuboklarda komanda sayının artması, daha əlverişli mərhələlərdən turnirlərə qatılması, UEFA-dan daha çox vəsaitin qazanılması deməkdir. Yığma komanda da ilk “15-lik”dədir. Danimarka futbolu həm milli, həm də klub səviyyəsində paralel inkişaf edir, bir-birini tamamlayır…

 

Azərbaycanda klublar əsasən futbol sistemsizliyinə görə dağılır. Son 15 ildə fəsadlar məhvedici olsa da, 2009-cu ildə Azərbaycan çempionatında yeni, “6-lıq” sistemi tətbiq edilməyə başlayandan sonra qısa müddətdə Avropada nəticələr özünü göstərdi. İlk “altılıq”da olan komandalar eyni gücə sahib, hər biri avrokuboklarda qruplarda oynamaq gücündə idi. Azərbaycan futbolu yeni mərhələyə qədəm qoyurdu. Daxildə yüksək rəqabət, çempionatın səviyyəsini artırır, tədricən komandaları qruplara daşıyırdı. Lənkəran, Zaqatala, Qəbələ stadionlarında tribunaların tutumuna uyğun anşlaq yaşanır, Bakıda stadionlara toplaşan 5-10 min azarkeşin azlığından şikayət edilirdi. Gəncədə, şəraitsiz tribunalarda 15-16 min insan olurdu. “Bakı”nın “Qarabağ”ın Avropada pley-off  oyunlarından başlayaraq hədəflər artmışdı.

 

Nəhayət, yeni format xəyal görünən qrupları gerçəyə çevrirdi. “Neftçi”, “Qarabağ “, “Qəbələ”… Heç şübhəsiz, bu rəqabət “Xəzər Lənkəran”ı, “Bakı”nı, “İnter”i də qruplara daşıyacaqdı. Bu komandalarla yanaşı o dövrlər “Kəpəz”, “Simurq”, “Turan” böyük futbolda yaşayırdı hələ. Onlar da, digər bölgə klublarımız da dirçələcəkdi, qayıdacaqdı, divizion da stabilləşəcəkdi, komandaların sayı artacaqdı. Azərbaycan çempionatı inkişafa aparan formatını tapmışdı…

 

…2005-2015 dövlət proqramının bitməsinə 2-3 il qalırdı. Nəticələr yüksəlir, yeni təkliflər üçün münbit şərait yaranırdı. AFFA klublarla, futbol ictimaiyyəti ilə birgə əldə olunanları təkmilləşdirməli, səhvlərdən nəticə çıxararaq yeni-yeni layihələr üzərində çalışıb ikinci Dövlət Proqramının qəbulu üçün əsaslı təkliflər paketi hazırlayıb yuxarı təşkilatlara təqdim etməli idi. Amma 5-6 ildi ikinci proqramın qəbulunu futbol ictimaiyyəti səbirsizliklə gözləyir…

 

AFFA klubların inkişafından, müstəqilliyindən, göstərilən nəticələrdən qorxdu. Futbol azarkeşləri millidən də nəticə tələb edirdi. “Klublar zəifdir, futbol yoxdur, olanımız budur” bəhanələri keçmişdə qalmışdı. Futbol ideoloqları bilirdilər, belə davam etsə, ya milli nəticə verməlidir, ya da özləri futboldan getməyə məcbur olacaqlar. “Çıxış yolu” tapıldı…

 

2013-cü ildə klubların dağıdılmasına rəsmi start verildi. AFFA İcraiyyə Komitəsinin qərarı ilə bütün beynəlxalq futbol qanunlarına zidd olaraq klublarda təmsilçilik, şuralaşma planına başlanıldı. Bu, klubların, ümumilikdə ölkə futbolunun məhvi və komandaların ələ alınması demək idi. Ali futbol qanunları pozulur, klubların müstəqilliyi əllərindən alınır, sözə qulaq asmayanlarla bağlı “yuxarılar”a saxta “donos”lar hazırlanır, zəiflədilir, əlaltılar klublara yerləşdirilirdi. Danimarka Futbol İttifaqı ilə AFFA-nın futbola və klublara olan münasibətindəki fərqi göz önündədi.

 

Bu gün “6-lıq” sistemindən Avstriya kimi ölkə də yararlanır, effektini görür. Danimarkalılar düşünən beyinlərə yüzminlər ödəyib futbola yeni sistem gətirirlər, 12 (!) il öncə Azərbaycanda başlanılan və qısa müddətdə inkişafı təmin edən formatın ömrü isə 3-4 il çəkir, məkrli niyyətlərlə ölkə futbolu 8 komandalı açıq “Bakı çempionat”ının ümidinə qalır.

 

2015-ci ildə klubların UEFA əmsallar cədvəlində Danimarka ilə qonşu idik, ilk “iyirmiliy”i haqlamışdıq. İndi ilk “15-lik”də qərarlaşan Danimarka, Kiprdir, Azərbaycan isə 30-cu sıraya yuvarlanıb. Klublarımızın 90 faizi artıq müstəqil deyil, ələbaxandı, hər mövsüm AFFA-dan “yetimpayı” gözləyirlər. Futbol ideoloqlarına da sərfəlidir, dövlətin vəsaiti ilə futbolun, klubların “xilaskarı” rolunu oynayırlar.

 

“Sponsor yoxdur, nə etsinlər? Ərəblər Danimarkada, Avropanın digər ölkələrində klublar alır, sponsorluq edirlər, Azərbaycana isə gəzməyə gəlirlər. Nəinki azərbaycanlı iş adamları, Danimarkaya gedib çıxan ərəblər də bilirlər ki, Azərbaycan futbolunda monopoliyadır, giriş qadağandır. Ona görə də Danimarka Avropa çempionatında yarımfinal oynayır, Azərbaycandan heç o da istənilmir, final mərhələsinə vəsiqəyə ümid etmək belə yetər…

 

SONLUQƏVƏZİ: Ötən həftə “Xəzər Lənkəran”ın yetirməsi Toral Bayramov “Qarabağ”ın heyətində “Aberdin”ə qarşı əla oynadı, Lənkəran stadionu isə satışa çıxarılıb, İmişli, Yevlax stadionlarından ümumiyyətlə, xəbər yoxdu. Nə yaxşı AFFA Avropada fransızlara, yunanlara qan udduran, möhtəşəm bazası olan “Qəbələ”yə qəpik-quruş tapa bildi. Legioner həyatı yaşayan Mahir Emrelini, Namiq Ələsgərovu yetişdirən “Bakı”nın bazası foto/video yaddaşda qalıb. Əsas Eddi İsrafilovun sequndada var-gəl etməsi, erməni tanışlarının inciməməsidir. Azərbaycanda futbolun lazımı səviyyədə olmamasının günahı olan/olmayan klublarda, 300-500 manata həsrət qalan uşaq məşqçilərindədi – gecə-gündüz belə deyilir. Futbolun durumu önəmli deyil, əsas odur, gələn ildən VAR sistemi də olacaq. AFFA bundan artıq nə etməlidi?

 

TAHİR SÜLEYMANOV, mütəxəssis, beynəlxalq dərəcəli hakim

xüsusi olaraq futbolinfo.az üçün

 

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Milli komanda2021-10-14 14:15

AFFA: De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək

Ölkə futbolu2021-10-14 13:54

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarında

Ölkə futbolu2021-10-14 13:24

DÇ-2030 İsrail və ona qonşu ölkələrdə keçirilə bilər

Milli komanda2021-10-14 12:52

Monteneqro – Azərbaycan matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-10-14 12:18

Fransa millisinin üzvü həbs olunacaq

Ölkə futbolu2021-10-14 11:28

Kane qışda “Neftçi”ni tərk edə bilər

Dünya futbolu2021-10-14 11:00

“Qarabağ”la oyundan əvvəl “Kayrat”da ciddi narazılıq

Dünya futbolu2021-10-14 10:35

Futbolçular məşqə çıxmaqdan imtina etdilər – maaşları gecikdiyinə görə

Dünya futbolu2021-10-14 10:17

Premyer Liqa matçı koronavirusa görə təxirə salındı

Dünya futbolu2021-10-14 09:59

Krespo Braziliya klubundan istefa verdi

Dünya futbolu2021-10-14 09:32

“İnter” onları İtaliyaya qaytarmaq üçün 100 min avrosundan keçdi

Milli komanda2021-10-14 00:37

“Serbiya ilə oyunda əlimizdən gələni etdik” – De Byazi

Dünya futbolu2021-10-14 00:23

“Milan”da yeni qapıçı

Milli komanda2021-10-13 23:57

Canni De Byazi Kosovo yığmasına rəhbərlik etmək istəyir

Dünya futbolu2021-10-13 23:36

Tarixə düşmək üçün 2 qol bəs etdi

Dünya futbolu2021-10-13 23:18

“Milan”ın qapıçısı 10 həftəlik sıradan çıxdı

Dünya futbolu2021-10-13 22:52

Kamran Əliyevin komandası səfərdən 3 xalla döndü

Dünya futbolu2021-10-13 21:48

Dadaşov “Şalke”də daha bir qol vurdu

Dünya futbolu2021-10-13 20:40

“Real”la “Atletiko”nun oyunları təxirə salındı

Ölkə futbolu2021-10-13 19:53

“Legiya”dan Mahir Emreli ilə bağlı açıqlama

Ölkə futbolu2021-10-13 19:42

“Kayrat”ın erməni futbolçusu Bakıya gəlməyəcək

Digər2021-10-13 19:16

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-10-13 18:49

Pandemiya dövründən mənfəətlə çıxan nadir klublardan biri

Dünya futbolu2021-10-13 18:16

Ueyn Runi haqda film çəkilir

Dünya futbolu2021-10-13 17:48

“Barselona”da itki – ÇL matçını buraxacaq

Dünya futbolu2021-10-13 17:25

“Milan”ın futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-10-13 17:07

“Mərkəzi xətt”də futbol söhbəti – VİDEO

Ölkə futbolu2021-10-13 16:34

“Qarabağ” – “Neftçi” matçının hakimləri bilindi

Ölkə futbolu2021-10-13 16:16

“Mançester Yunayted”dən Varan açıqlaması

Ölkə futbolu2021-10-13 15:58

Meza Kolli: “Azərbaycan yığmasında oynamaq şərəf olar”

Ölkə futbolu2021-10-13 15:36

UEFA Kadi Borgesin qollarını fərqləndirdi – VİDEO

Digər2021-10-13 15:14

1xBet-in “The International” aksiyasında yüzdən çox möhtəşəm oyun qadjetləri oynanılır

Milli komanda2021-10-13 14:58

“Azərbaycanla oyunda çətinlik çəkdik” – Mitroviç

Dünya futbolu2021-10-13 14:38

“Real”ın zədəlilərindən ikisi sıraya döndü

Ölkə futbolu2021-10-13 14:13

Vəkil Aslan İsmayılovun AFFA-ya ünvanladığı 11 sual

Dünya futbolu2021-10-13 13:57

21-ci əsrdə ən çox het-trik edən futbolçular

Ölkə futbolu2021-10-13 13:31

Varlanmaq üçün VAR oyunu: Stuxlik hakimlərdən bilərəkdən səhv etmələrini istəyib

Dünya futbolu2021-10-13 13:05

“Mançester Siti”də ötən ayın ən yaxşı futbolçusu

Dünya futbolu2021-10-13 12:49

DÇ-2022-də ofsaydla bağlı yeni texnologiya tətbiq olunacaq

Milli komanda2021-10-13 12:07

Yığmamıza Türkiyədən 6 futbolçu çağırıldı

Ölkə futbolu2021-10-13 11:47

AFFA rəsmisi “Ayaks” – “Borussiya” oyununa təyinat aldı

Milli komanda2021-10-13 11:15

Tadiçdən Azərbaycanla oyuna şərh: “Çox yaxşı şeylər oldu”

Ölkə futbolu2021-10-13 10:56

Mahir “Legiya”nın oyunlarında iştirak edə biləcək?

Dünya futbolu2021-10-13 10:38

Ronaldodan yeni rekord

Milli komanda2021-10-13 10:18

DÇ-2022: Millimizin qapıçısı ilk “3-lük”də

Dünya futbolu2021-10-13 09:57

Vlahoviç: “Azərbaycanla matçda het-trik edə bilərdim”

Milli komanda2021-10-13 09:00

Məmmədovun daha bir nağılı bitdi: serblər istədiyi vaxt, lazım olduğu qədər qol vurdu

Milli komanda2021-10-13 02:05

De Byazi: “Qısa zamanda komanda yaratmaq asan deyil”

Ölkə futbolu2021-10-13 01:57

“Neftçi”nin legioneri Mərakeş yığmasına qol vurdu

Milli komanda2021-10-13 01:49

Azərbaycanlı nazirlər Serbiya ilə səfər matçını stadiondan izlədi

Gündəm