Connect with us

Milli komanda

AFFA-ya nəfəs aldıran təsadüfi heç-heçə

-də paylaşıldı

Heyəti futbol ictimaiyyəti, azarkeşlər müəyyənləşdirəcəksə, hansı taktikanı seçmək lazım olduğunu tənqidlərə baxaraq dəqiqləşdirəcəksə, bu məşqçi kimə lazımdı? Canni de Byazi Lüksemburqda buraxdığı səhvləri təkrarlayıb öz karyerasını riskə atmaqdansa, dünən məsləhətə qulaq asdı və xeyrini gördü. Bəlkə də AFFA rəhbərliyinə şikayət edən futbolçular start “11-liy”ini müəyyənləşdirməkdə italiyalıya təzyiq etdi.

Əslində, millimiz son illərin ən yaxşı heyətinə malikdi. “Qarabağ”ın heyətində beynəlxalq oyun təcrübəsi qazananlar, 3-4 ortabab legioner, Emin Mahmudov və başqalarından qurulan normal heyətimiz var. “Keşlə”nin, “Sumqayıt”ın tapşırıqla heyətə daxil edilən futbolçuları olmasa, ən azı dünənki kimi döyüşmək, əzmkarlıq göstərmək olar.

De Byazi millinin uğurunu istəyənlərin yox, ağalarının sözünə qulaq asmaqla Lüksemburqda komandanı rahatca təslim etdi, dünənsə təqidlərdən nəticə çıxarıb, arzulanana yaxın heyət buraxdı. Məhz bunun sayəsində İrlandiyaya qarşı yaxşı futbol izlədik. Formada olan futbolçularla cəsarətli futbol Eminin möhtəşəm qolu ilə taclandı.

Üstünlüyü qorumaq, artırmaq üçün yaxşı məşqçi beyninə ehtiyac var idi. Lakin de Byazidə məhz bu çatmadı. O, verdiyi qərarlarla qələbənin əldən çıxmasında böyük rol oynadı. Üçlü əvəzetmənin yanlışlığı bir yana, dayaq bölgəsinin möhkəmləndirilməməsi, yalnız hücum oyunçularının bir-biriylə dəyişdirilməsi nəticəsində qızıla bərabər iki xal əldən getdi.

İstənilən halda, futbolçuları göstərdikləri əzmkarlığa görə alqışlamağa dəyər. Reytinq, rəqib futbolçuların daha səviyyəli klublarda oynaması bəhanələrini yığışdırıb, öz insanımıza güvənməliyik. Dünən futbolçular sübut etdi ki, azərbaycanlılar futbol oynaya bilir. Bölgələrimizdə futbol olsaydı, çempionatda komanda sayı minimum həddə düşməsəydi, yeni nəsil yetişər, rəqabət olar və daha güclü futbolçular ortaya çıxardı. Bu sistemi qurmağı bacarmayan səriştəsiz AFFA məmurları uduzan kimi futbolçuları, məşqçiləri hədəf göstərməklə kimlərisə aldada bilər, lakin top oyunundan başı çıxanlar bilir ki, problemin kökü məhz kabinetlərdədi.

Bu heç-heçə eyforiyaya səbəb olmamalıdı. Nəticədə yenə sonuncu pillədəyik, qrupun bu gün üçün ən zəif komandasını yenə bilməmişik. Oyun ərzində futbolçuların əzmkarlığı öz yerində, epizodlar, qapıya zərbələr və s. göstəricilərdə uduzmuşuq. Uzaqdan təsadüfi möhtəşəm zərbəylə vurulan qol aldadıcı olmamalıdı. Portuqaliya ilə matçda bunun acı nəticəsini yaşaya bilərik.

Belə təsadüfi xalları o qədər qazanmışıq ki. Hər tsikldə hansısa komandanı büdrədirik, sistemli işin nəticəsini, ardıcıl nəticələri isə görmürük. Bu bərabərlik yalnız AFFA rəsmilərinin ictimai təzyiq önündə müvəqqəti nəfəs almasına yetərli ola bilər. 1, 2, 3 xalla heç nə dəyişmir. Həqiqi nəticə göstərənlər bəllidi, qruplarında liderdilər, final mərhələsinə vəsiqə üçün yarışırlar.

Dünən həm futbola baxdığım məkanda, həm də sonradan izlədiyim sosial şəbəkədə gördüklərim məni sarsıtdı. AFFA məmurları azarkeşləri o qədər aldadıb ki, böyük əksəriyyətin bu oyuna, nəticəyə görə sevinmədiyinin şahidiyəm. Az qala hamı millinin uduzmasını arzulayırdı. Sanki belə olacağı təqdirdə dövlət rəhbərliyinin futbolla bağlı ciddi islahatlara start verəcəyi ümidindədilər. AFFA-nın yartımazlığı üzündən xalq milli komandaya belə arxa çevirib. Bəlkə də haqlıdılar, daha təsadüfi qələbələrlə, heç-heçələrlə ovunmaq istəmirlər.

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-19 01:16

“Arsenal” doğma meydanda xal itirdi

Dünya futbolu2021-10-19 01:01

“Espanyol” evdə, “Betis” səfərdə sevindi

Dünya futbolu2021-10-19 00:44

“Fiorentina” “Venetsiya”ya məğlub oldu

Dünya futbolu2021-10-18 23:33

“Alanyaspor” 3 xalı 6 qolla qazandı

Dünya futbolu2021-10-18 22:55

UEFA-dan İngiltərə Futbol Assosiasiyasına cəza

I Divizion2021-10-18 22:17

Divizion oyunları üçün hakim təyinatları açıqlandı

Ölkə futbolu2021-10-18 22:02

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb

Milli komanda2021-10-18 21:25

“Normal qrupa düşmüşük, amma işimiz çətin olacaq” – Joze Alesio

Milli komanda2021-10-18 21:18

AÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

Milli komanda2021-10-18 20:46

Azərbaycan millisinin AÇ-2022-dəki rəqibləri bəlli oldu

Ölkə futbolu2021-10-18 20:04

UEFA-dan “Qarabağ”la bağlı növbəti paylaşım

AÇ-20202021-10-18 19:29

AÇ-2020-də ən yaxşı qola imza atan futbolçu mükafatına qovuşdu – VİDEO

Dünya futbolu2021-10-18 19:02

Millinin futbolçusunda xərçəng aşkarlandı

Digər2021-10-18 18:43

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-10-18 17:57

Nazarov mövsümün ən yaxşı futbolçusu seçildi

Ölkə futbolu2021-10-18 16:56

“Qarabağ” – “Kayrat” oyunu üçün biletlərin yarısı satılıb

Ölkə futbolu2021-10-18 16:18

Əvvəlcə Qurbanov, sonra Berdıyev

Dünya futbolu2021-10-18 15:56

“Mançester Yunayted”i “Barselona”ya dəyişir

Ölkə futbolu2021-10-18 15:31

Prezident: “Qurbana deyin ki, Qara gəlməyənə kimi oyunu başlamasınlar”

Dünya futbolu2021-10-18 15:15

“Vest Hem”in futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-18 14:53

“Barselona” Fatiylə razılığa gələ bilmir

Dünya futbolu2021-10-18 14:34

“Bayern”də ciddi itki

Ölkə futbolu2021-10-18 14:10

Rodriqes səhvini anlayır: “Rəqibin məni təxribata çəkməsi doğru deyildi”

Dünya futbolu2021-10-18 13:54

Azarkeşin səhhəti pisləşdi, futbolçular oyunun dayandırılmasını tələb etdi

Milli komanda2021-10-18 13:35

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

Ölkə futbolu2021-10-18 13:12

Mircavadovun işsizlik nəğməsi

Dünya futbolu2021-10-18 12:56

İtaliya klubunda yeni baş məşqçi

Ölkə futbolu2021-10-18 12:33

300 qolla 13-cü oldu

Ölkə futbolu2021-10-18 12:02

Türkiyə klubu Azərbaycanı təbrik etdi

Dünya futbolu2021-10-18 11:47

“Fənərbaxça”nın prezidenti: “Çempion olacağıq”

Ölkə futbolu2021-10-18 11:24

“Qarabağ” və “Kayrat”la oyunlarda qələbə qazansaydıq…”

Ölkə futbolu2021-10-18 11:01

Ozobiçdən 25-ci qol

Ölkə futbolu2021-10-18 10:48

14 ildi yada düşməyən Gəncə: görüntü xatirinə cızılan akademiya planı

Premyer-liqa2021-10-18 10:36

600-cü oyunda qələbə

Dünya futbolu2021-10-18 10:18

“Mahir Emreli qol vurmalıdır” – Çeslav Mixneviç

Dünya futbolu2021-10-18 09:58

Qurbanlının komandası yenə məğlubiyyətlə üzləşdi

Dünya futbolu2021-10-18 09:29

“Qarabağ”ın rəqibindən qələbə

Ölkə futbolu2021-10-18 09:00

Hamı qol vurdu, qonaqlar uduzmadı

Dünya futbolu2021-10-18 01:27

Marsel “Olimpik”i 3 xalı 4 qolla qazandı

Dünya futbolu2021-10-18 01:10

“Barselona”dan inamlı qələbə

Dünya futbolu2021-10-18 00:56

“Yuventus”la “Napoli”dən növbəti qələbə

Dünya futbolu2021-10-18 00:25

Mahir Emrelinin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-10-18 00:12

“Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı

Dünya futbolu2021-10-18 00:04

Namik Ələskərovdan Türkiyədə məhsuldar ötürmə

Dünya futbolu2021-10-17 23:45

Azərbaycanlı hücumçu üçün 90 dəqiqə və 1 xal

Dünya futbolu2021-10-17 23:32

“Bayern”dən darmadağın

Dünya futbolu2021-10-17 23:08

“Tottenhem”dən çətin qələbə

Dünya futbolu2021-10-17 22:45

“Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Milli komanda2021-10-17 22:25

Azərbaycan yığmasının üzvü koronavirusa yoluxdu, heyətdən çıxarıldı

Premyer-liqa2021-10-17 21:56

“Qarabağ”la “Sabah” da bacarmadı – VİDEO

Gündəm