Connect with us

Ölkə futbolu

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? – Deputat yazdı

-də paylaşıldı

Tanınmış insanların ictimai həyatda davranışlarının cəmiyyət içində müzakirə olunmasına normal yanaşmaq lazımdır. Bir çox insan bu davranışlardan özü üçün müəyyən məqamları əxz edərək, faydalanmaq istəyir. Yaxud da müşahidə etdiyi yanlış davranışdan ibrət götürərək, onu təkrarlamamağa çalışır. Yetər ki, bu cür müzakirələr təhqirsiz, söyüşsüz olsun, əsassız ittihamlar yer almasın.

Azərbaycanda əsasən siyasi və dindar mühitində bu çirkin üslub geniş yayıldığına görə hər hansı bir fikrin qarşısında xeyli fikir qatilləri dikəlir və insanın sözünü qoyub özünün üzərinə şığımaqla heç nəyi əqli-səlim müzakirə etməyə imkan tanımırlar.

İndi də sosial müzakirə Azərbaycanın gerçək dəyərlərindən olan, futbolumuzun inkişafında mübahisəsiz ən böyük rolu olan, peşəkarlığı və mütəvazi şəxsiyyəti ilə seçilən, yaxından tanıdığım, hətta bir yerdə futbol da oynadığım, hətta birlikdə ibadət də etdiyim Qurban Qurbanovun mətbuat konfransından öncə pivə butulkasının yığışdırılmasını tələb və təmin etməsi üzərində gedir. Əvvəla onu deyim ki, dünənki oyun hər nə qədər heç-heçə tamamlansa da, “Qarabağ” özünəməxsus səviyyəli futbol ortaya qoydu və hər kəsin təqdirrini qazandı. İllərdir bu cür oyun intizamı və sistemi pozulmayan, parlaq liderləri olmadığı halda kollektiv oyunla bunu kompensasiya edən bir komanda yaradılmasının və Azərbaycanın başını uca edilməsinin birbaşa Qurbanın böyük zəhməti hesabına başa gəldiyi kimsəyə sirr deyil. Həm də söhbət dünyada “Qarabağ” adının təbliğindən gedirsə, bu sahədə inanılmaz dərəcədə böyük bir təbliğat missiyasını da məhz bu komanda öz üzərinə götürərək ermənilərə mənəvi sarsıntı yaşatmağa da nail olmuşdur. Bunlar öz yerində.

İndi gələk mətbuat konfransında pivə qablarının masadan yığışdırılması məsələsinə. Bu cür durumlarda hər kəs birinci sualı özündən başlamalıdır. Sual: Şəxsən mən, bu cür situasiyada necə davranardım? Cavab: Heç tərəddüdsüz o pivə qablarını qarşımdan dərhal yığışdırardım. İslam inancı ilə bağlı məqamı bir kənara qoyuram, baxmayaraq ki, bunun da məsələyə əhəmiyyətli təsiri var. Lakin hər hansı bir inanc insanın daxili məsələsi olduğundan, belə şərtlərdə inancı gözə soxmaq insanlarımız tərəfindən haqlı olaraq xoş qarşılanmır. Sadəcə bir səbəbə görə bunu edərdim: özümə rəva görmədiyim bir içkini başqası üçün reklam etməmək haqqıma görə.

Mən Ronaldunun da Koka-Kola ilə bağlı hərəkətinə haqq qazandırmışdım. Maraqlıdır ki, özüm Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidentiyəm və bizim Olimpiya hərəkatının da sponsoru Koka-Kola firmasıdır. Ancaq mənşəyi bəlli olmayan bu içkini özüm içmirəmsə, başqalarına da tövsiyə etmirəmsə, necə reklam edə bilərəm? Masada məhz mənim üçün ayrılan sahədə öz hüququmu gerçəkləşdirməyə irad bildirmək nə dərəcədə məntiqli olardı? Qurban Qurbanov da inanc və ya başqa səbəbdən zərərli hesab etdiyi bir içkini o anda özünə ayrılmış sahədə reklamdan imtina edibsə, burada qəbahət nə var?

Başqasının qarşısından götürsəydi, buna irad səsləndirmək bəlkə də uyğun görünərdi, ancaq burada kimsənin pivə içmək və ya onu reklam etmək hüququna müdaxilə etməyib ki?

Bu günlərdə oxuyub tamamladığım bir əsərdən kiçik bir epizod yadıma düşdü. Ayn Rand adlı məşhir amerikan yazarı və obyektivist fəlsəfənin banisi haqqında intellektual bioqrafiyanı oxuyarkən maraqlı bir mübahisə qarşıma çıxdı. Demək Ayn Rand zalda öz fəlsəfəsi barədə mühazirə oxuyur, bir qadın yaxınlaşıb onun fotoaparatla şəklini çəkir. Bu halda qəzəblənən Ayn ondan tələb edir ki, lenti çıxarıb həmin şəkli dərhal silsin. Və bunu edənə qədər çıxış etməyi dayandırır. Səbəb açıqdır: Ayn Randa görə onun vücudu onun xüsusi mülkiyyəti olduğu üçün icazəsiz kimsə vücudunun şəklini çəkə bilməz! Beləcə dostlar, nəticəni düşünərək özünüz çıxarın.

Fazil Mustafa

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-10-16 01:59

“Səbail” “Keşlə”yə, “Qəbələ” “Zirə”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-10-16 00:58

PSJ-dən əzmkar qələbə

Dünya futbolu2021-10-16 00:39

“Hoffenhaym” 3 xalı 5 cavabsız qolla qazandı

Ölkə futbolu2021-10-16 00:05

AFFA-dan serial açıqlaması: “Bizim üçün təəccüblü oldu”

Premyer-liqa2021-10-15 23:54

“Qəbələ” – “Zirə” matçı üçün FİFA referisi

Dünya futbolu2021-10-15 23:29

“Beşiktaş” “Başakşəhər”ə məğlub oldu

Dünya futbolu2021-10-15 20:34

“Masada silah və peyvənd olsa, seçimim başımdan vurulmağım olar”

Digər2021-10-15 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-10-15 18:57

“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli

Dünya futbolu2021-10-15 18:04

“Liverpul”un futbolçusu onu tənqid edənləri “axmaq” adlandırdı

I Divizion2021-10-15 17:39

“Kəpəz” səfərdə, “Zaqatala” doğma meydanda sevindi

Ölkə futbolu2021-10-15 17:17

AFFA-dakıların arxasında Rusiya, Amerika, Fransa, İran durub?

Dünya futbolu2021-10-15 16:45

Rəhbərlikdən baş məşqçiyə tam dəstək – “Qarabağ”ın rəqibində

I Divizion2021-10-15 16:27

Birinci Divizionda 5-ci turun oyun cədvəl açıqlandı

Dünya futbolu2021-10-15 15:59

DÇ-2022: Pley-offun püşkatmasının vaxtı bilindi

Digər2021-10-15 15:20

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

Dünya futbolu2021-10-15 14:59

Milli komandada baş məşqçi ayrılığı

Ölkə futbolu2021-10-15 14:12

“Emreli sağlamdır, peyvənd olunub” – Mixneviç

Dünya futbolu2021-10-15 13:54

Ronaldo “Qızıl top”a namizədini açıqladı

Ölkə futbolu2021-10-15 13:37

“Onsuz da Bakıya getmək istəyim yox idi” – Erməni futbolçu

Ölkə futbolu2021-10-15 13:18

“AFFA-da böyük islahatlar aparılmalıdır” – VİDEO

Ölkə futbolu2021-10-15 12:57

Bakıda hakim komitə sədrinin üzünə tüpürdü – QALMAQAL

Ölkə futbolu2021-10-15 12:38

“Neftçi” ilə “Old Spice” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Ölkə futbolu2021-10-15 12:14

Xudiyev “Spartak” – “Lester Siti” matçına təyinat aldı

Dünya futbolu2021-10-15 11:55

“Mançester Siti”nin zədəlisi sağaldı

Dünya futbolu2021-10-15 11:35

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-15 11:11

Braziliya və Argentina yığmalarından qələbə

Milli komanda2021-10-15 10:55

Azərbaycan – Malta matçının hakimləri bilindi

Dünya futbolu2021-10-15 10:36

“Mançester Siti”də ciddi itki

Dünya futbolu2021-10-15 10:17

Salah “Liverpul”un ən yaxşısı seçildi

Dünya futbolu2021-10-15 09:58

“Barselona” ilə oyundan öncə “Real”da ciddi itki

Dünya futbolu2021-10-15 09:29

Serxio Ramosun debütü ləngiyir

Müsahibə2021-10-15 09:00

“Başqa heç nə ilə izah edə bilmərəm”: Slavik bəxtsizlikdən şikayətçidir

Dünya futbolu2021-10-14 23:40

Mahir Emrelinin komanda yoldaşı qarət olunub

Dünya futbolu2021-10-14 22:52

Braziliya klubu Kresponu onunla əvəzlədi

Premyer-liqa2021-10-14 22:40

“Sumqayıt”la “Neftçi”nin 36-cı görüşü

Ölkə futbolu2021-10-14 21:39

Mahir Emreli “Legiya”da daha bir qol vurdu

Dünya futbolu2021-10-14 20:54

“Qarabağ”ın rəqibi məşhur futbolçusu ilə vidalaşır

Dünya futbolu2021-10-14 19:17

“Barselona”dan Pedri ilə yeni müqavilə

Dünya futbolu2021-10-14 18:36

PSJ-nin qapıçısı sıradan çıxdı

I Divizion2021-10-14 17:58

“Qarabağ” “Neftçi”yə məğlub oldu

Digər2021-10-14 17:10

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-10-14 16:47

“Sumqayıt”a texniki məğlubiyyət verildi

Müsahibə2021-10-14 16:28

Milli ilə bağlı danışmaq istəməyən Axundov: “Belə durum hər komandada ola bilər”

Ölkə futbolu2021-10-14 16:18

AFFA Gəncədə Futbol Akademiyası inşa etdirəcək

Dünya futbolu2021-10-14 15:46

Super Liqa klubuna transfer qadağası qoyuldu

Ölkə futbolu2021-10-14 15:16

Hakimlərdən laktat testi götürülüb

Dünya futbolu2021-10-14 14:50

“Qəbələ”nin legioneri ölkəsinin millisiylə çempion oldu

Milli komanda2021-10-14 14:15

AFFA: De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək

Ölkə futbolu2021-10-14 13:54

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarında

Gündəm