Connect with us

Müsahibə

Emin Mahmudov: “Məğlubiyyət xoş deyil, amma…”

-də paylaşıldı

“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la ötən, “Keşlə” ilə növbəti oyun haqda fikirlərini bildirən təcrübəli yarımmüdafiəçi, azarkeşlərə təşəkkür edib:

  • Hazırda bəlkə də karyeranın ən pik dövrünü yaşayırsan. Həm avrokuboklarda, həm də milli komandanın heyətində stabil oyununla yanaşı, vurduğun qollarla da, azarkeşlərin rəğbətini qazanmısan.
  • Bəli, hazırda karyeramın ən yaxşı anlarını yaşayıram və çalışıram bu səviyyəni mümkün qədər çox saxlayım. Daha yaxşı oynamaq üçün maksimum artırıb həm “Neftçi”, həm də milli komandanın azarkeşlərini sevindirməyə çalışacağam. Çünki onlar buna layiqdirlər. Heyf ki, vurduğum qollar azarkeşləri heç də həmişə sevindirmir. Bunun da səbəbi məğlub olmağımızdır.
  • Təəssüf ki, “Qarabağ”la matçda vurduğun qol komandamızı məğlubiyyətdən xilas etmədi. Ümumiyyətlə, bunun üçün nə çatmadı?
  • Çox təəssüf ki, “Qarabağ”a uduzduq. İkinci hissədə çox yaxşı oynadıq. Əlbəttə, hər iki hissəni daha yaxşı keçirməliydik, amma alınmadı. İnanıram ki, qarşıdakı görüşlərdə əvvəldən sonadək daha yüksək səviyyədə çıxış edəcəyik.
  • İnanırıq ki, çempionluq uğrunda əsas rəqimizə məğlubiyyət komandamızı ruhdan salmayıb. Kapitan kimi nə deyə bilərsən?
  • Düzdür, məğlubiyyət xoş deyil, amma heç birimiz ruhdan düşməmişik. Uduzanda məyus olmaq normaldır, amma irəli baxmalıyıq. Uşaqlar məsuliyyəti dərk edir və bilirlər ki, yaxşı nəticə göstərmək üçün maksimum çalışmaq lazımdır.
  • Qarşıdan “Keşlə” ilə görüş gəlir. Rəqibimiz geridə qalan 3 oyunun hamısında uduzub və 7-ci pillədə qərarlaşıb. Bu, futbolçularımızda arxayınçılıq yaratmır ki?
  • “Keşlə”nin oyunlarına baxmışam. Uduzmaqlarına baxmayaraq, heç də pis təsir bağışlamayıblar. Ümumiyyətlə, Azərbaycan çempionatında asanlıqla məğlub edə biləcəyin rəqib yoxdur.
  • Üstəlik, “Keşlə” ilə ötən mövsümkü matçların 4-də də qalib gəlmişik. 3:0 hesabı ilə qələbə qazandığımız dördüncü dövrə oyununda sonuncu qola sən imza atmışdın. Necə düşünürsən, bu dəfə də “adını tabloya yazdıra biləcəksən?”
  • Əlbəttə, hər oyunda qol vurmaq istəyərəm, amma ilk növbədə komandanın uğuru haqda düşünmək lazımdır. Qol müəllifi mən olacağam, yoxsa başqası, fərq eləmir, əsas odur ki, “Neftçi” qələbə qazansın. Bununla belə, tez-tez qol vurmaq üçün də əlimdən gələni edəcəyəm.
  • Yeri gəlmişkən, bu mövsüm meydana çıxdığın 11 matçda 6 dəfə fərqlənmisən. Ümumiyyətlə, geridə qalan 4 il ərzində “Neftçi”də bir mövsümə ən çox 9 qol vurmusan. 2021/2022 mövsümünün böyük hissəsinin hələ qarşıda olduğunu nəzərə alsaq, rekordunu yeniləyəcəyinə inanırsan?
  • Bəli, qarşıda hələ çox oyunumuz var. Çalışacağam qol fürsətlərindən maksimum yararlanıb daha çox fərqlənim.
  • Kapitan olaraq “Neftçi” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Yəni komanda üzvlərinin fanatlardan gözləntisi nədir?
  • Azarkeşlərimizə çox təşəkkür edirəm. Son oyunlarımızdakı uğursuz nəticələrə baxmayaraq, onlar stadiona gəlib bizə dəstək olurlar. Düzdür, geridə qalan 3 oyunda 5 xal itirmişik, amma çempionat hələ yeni başlayıb. Əminəm ki, azarkeşlərimizin də dəstəyilə birlikdə daha da güclü olub qarşıdakı oyunlarda çoxlu qələbələr qazanacağıq. Onlardan xahişim budur ki, nəticədən asılı olmayaraq yenə də dəstəklərini əsirgəməsinlər. Çempionluğumuza inansınlar və sonadək yanımızda olsunlar. Biz də öz növbəmizdə çempionluq uğrunda mübarizədə sonadək vuruşub onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Arxiv

Ölkə futbolu2021-12-01 10:31

Harramiz “Neftçi”dən gedir – oynamamasından narazıdı

Milli komanda2021-12-01 10:15

De Byazi ilə davam?!

Dünya futbolu2021-12-01 10:00

Messinin səhhətində problem yarandı, məşqə çıxmadı

Dünya futbolu2021-12-01 09:44

Liqa 1 klubunun baş məşqçisində koronavirus aşkarlandı

Dünya futbolu2021-12-01 09:30

“Traktor” səfərdən heç-heçə ilə döndü

Ölkə futbolu2021-12-01 09:15

Ülvi İsgəndərov: “Hakimin səhv etməsi normaldır”

Ölkə futbolu2021-12-01 09:00

Hər aya bir transfer: “Keşlə” indi də Reza Aliyarini gətirdi

Dünya futbolu2021-12-01 02:18

“Lids”ə bir qol bəs etdi

Dünya futbolu2021-12-01 01:53

“Yuventus”dan inamlı qələbə

Dünya futbolu2021-11-30 23:32

Federasiyası prezidenti saxlanıldı, məsələyə UEFA qarışdı

Milli komanda2021-11-30 21:19

“Azərbaycan millisi yaxşı müdafiə olundu”

Milli komanda2021-11-30 21:07

“Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək”

Milli komanda2021-11-30 20:52

Millimizdən BƏƏ ilə heç-heçə

Milli komanda2021-11-30 20:30

Yığmamız Monteneqroya qalib gəldi

Dünya futbolu2021-11-30 19:39

“Ümid edirəm ki, Mahir qarşıdakı matçlarda tilsimi qıracaq” – “Legiya”nın baş məşqçisi

Dünya futbolu2021-11-30 18:57

Namiq Ələsgərovun komandası Türkiyə Kubokunda mərhələ adladı

Dünya futbolu2021-11-30 18:02

“Neftçi”nin sabiq baş məşqçisi Moldova millisindən ayrıldı

Digər2021-11-30 17:32

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-11-30 17:19

Premyer Liqada 13-cü turun oyunları sükutla başlayacaq

Milli komanda2021-11-30 16:39

Millimizin dünya reytinqindəki mövqeyi açıqlandı

I Divizion2021-11-30 16:10

“Qarabağ” xal itirdi, “Sumqayıt” böyük hesabla uduzdu

Ölkə futbolu2021-11-30 15:38

“Sabah”ın qış hazırlıq planı bəlli oldu

Dünya futbolu2021-11-30 15:08

“Real” daha bir itki ilə üzləşdi

Dünya futbolu2021-11-30 14:31

PSJ-nin prezidentindən Zidan açıqlaması

Dünya futbolu2021-11-30 14:00

4 saat uçduğu üçün oynamaqdan imtina etdi

Milli komanda2021-11-30 13:46

İcraiyyə Komitəsinin qərar vaxtı: yerli, yoxsa əcnəbi?

Ölkə futbolu2021-11-30 13:25

“Qarabağ”la “Neftçi”nin qış toplanışı üçün hazırlıq planı bəlli oldu

Ölkə futbolu2021-11-30 13:01

Azərbaycanlı hakimlər Türkiyədə növbəti VAR seminarında

Dünya futbolu2021-11-30 12:43

A Seriyasında noyabrın ən yaxşı məşqçisi bəlli oldu

Dünya futbolu2021-11-30 12:22

Paytaxt klubunda ciddi itki

Müsahibə2021-11-30 12:00

“Zirə”nin legioneri: “Bununla kifayətlənmək olmaz”

Dünya futbolu2021-11-30 11:19

“Yuventus” yenə B Seriyasına göndərilə bilər

Dünya futbolu2021-11-30 11:00

“Qızıl top”: Messi və əsas rəqibləri nə qədər səs toplayıb?

Premyer-liqa2021-11-30 10:46

Ozobiç “Qarabağ”da 48-ci oldu

Ölkə futbolu2021-11-30 10:15

Frits Stuxlikin 69-u: Medina qovulmalıydı, amma…

Dünya futbolu2021-11-30 09:59

Mustafayevin komandası yenə məğlub oldu

Dünya futbolu2021-11-30 09:41

Quliyevli “Arsenal” “Lokomotiv” üzərində qələbəyə sevindi

Dünya futbolu2021-11-30 09:23

Əliyevli “Ufa”dan “Spartak”la heç-heçə

Ölkə futbolu2021-11-30 09:00

“Qəbələ” “Qarabağ”ın seriyasını qırdı, xal fərqini qorudu

Dünya futbolu2021-11-30 01:55

Turun son matçında heç-heçə

Dünya futbolu2021-11-30 01:00

Lionel Messi 7-ci dəfə “Qızıl top” mükafatına layiq görüldü

Dünya futbolu2021-11-29 23:00

“Fənərbaxça” səfərdən 1 xalla döndü

I Divizion2021-11-29 22:35

17 yaşında “Kəpəz”in tarixinə düşdü

Dünya futbolu2021-11-29 21:59

FİFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqladı

Dünya futbolu2021-11-29 20:51

Klublararası dünya çempionatının püşkü atıldı

Dünya futbolu2021-11-29 19:35

13 futbolçuda “Omikron” ştammı aşkarlandı

Premyer-liqa2021-11-29 18:53

“Qarabağ”la “Qəbələ”dən qolsuz “sülh” – VİDEO

Premyer-liqa2021-11-29 18:38

“Belə matça ilk dəfə təyinat alan hakimin göndərilməsi qəribə gəldi”

Premyer-liqa2021-11-29 18:22

“Qəbələ” liderlər sırasında yer almağa layiqdir” – Qurban Qurbanov

Premyer-liqa2021-11-29 17:50

“Qarabağ”la “Qəbələ”dən heç-heçə

Gündəm