Connect with us

Ölkə futbolu

Qayıbovun diqqətinə: Bağırpasand necə azərbaycanlı oldu?

-də paylaşıldı

AFFA-da, Sumqayıt İcra Hakimiyyətində, “Azərkimya”da dövlət siyasətindən anlayan biriləri varmı? Yəni, onlar da Riad Rəfiyevin əməllərində siyasi səhvin olduğunu görmür, detallara varmır? “Sumqayıt”ın menecer-prezidenti pul hərisi olan işbazdı, anladıq, amma dövlət maraqlarını bu dərəcədə ucuz tutmaq, şəxsi mənafeyi naminə hər şeyi tapdalamaq olmaz axı.

 

Bu gedişlə Sumqayıtda İranın konsulluğunu açmaq lazım gələcək. Farslar, qeyri-azərbaycanlı iranlılar bu şəhərdə asanlıqla azərbaycanlılaşdırıla bilirsə, gərək belə addım atılsın. Mehdi Şərifi, Əli Qurbani, Hoccət Haqverdi və indi də Səid Rza – bunlar “kimyaçılar”ın son iki ildə milliləşdirdiyi farslardı. Sözügedən komandada Peyman Babayi kimi əsl cənubi azərbaycanlı da oynayıb, lakin öncəki cümlədə adını sadaladıqlarımızın bizimlə heç bir kök bağlılığı yoxdu.

 

Bu oyunçular gətirilir, bir günün içində milliləşdirilir və azərbaycanlı sayılır. Əcəba, Azərbaycan pasportu bu qədərmi ucuzdu? 30-31 yaşlı futbolçuları “milli komandanın maraqları naminə” azərbaycanlılaşdırmağın nə mənası var? Axı, onlar da Riçard Almeyda, Filip Ozobiç kimi azı 5 il ölkəmizdə oynamalı, sonra bu haqqı almalıydılar, AFFA rəhbərliyi Riad Rəfiyevin himayədarlarıdı deyə, qanunlara göz yumulmalıdırmı?

 

“Səbail” və “Sumqayıt”ın yaradılma, onların SOCAR-a bağlı qurumlar tərəfindən maliyyə ilə təmin olunma səbəbi milli komandalara futbolçu hazırlamaqdı. Rövnəq Abdullayevin oğlunun şərəfinə var edilən “dənizçilər” hazırda veteranlara möhtac qalıb. Əvvəllər millidə oynamış futbolçular indi işsiz qalmamaq üçün bura yerləşdirilir. Heyətin qalan hissəsini isə əcnəbilər tutur. “Sumqayıt” isə milli komandalara oyunçu verir, amma sumqayıtlıları yox, farsları, Rusiyada, Ukraynada, İsraildə yetişənləri. Vəzifə saxta yollarla yerinə yetirilir!

 

“Sumqayıt”da legionerlərin oynamasına icazə verilmir. Sponsorların absurd qərarıdı. Komanda yüksək yerlər, avrokuboklara vəsiqə uğrunda yarışırsa, iddialıdısa, belə bir qadağa olmamalıdı. “Kimyaçılar” da digərləri kimi əcnəbiləri gətirib legioner kimi oynatmalıdı. Onsuz da klub rəhbərliyi yalançı strategiyanı əyri yollarla ayaqlayır. Strategiyaya sadiqdilərsə, əməldə göstərsinlər.

 

İranlılar bir yana, “Sumqayıtda”kı Camaləddin Xocaniyazovun oyunçu profilində hətta “Azərbaycan” sözü yoxdu. Türkmən futbolçunun sənədlərdə əsl adı göstərilir – Dzhamaldin, biz isə onu Cəmaləddinə çevirmişik. Türkmən oyunçunun Rusiya vətəndaşlığı da var və o, ikili vətəndaşlığın icazə verilmədiyi ölkəmizdə yerli oyunçu statusu ilə oynayır. Məntiq varmı? Legionersiz “Sumqayıt”da fars, türkmən nə gəzir? Doğrudu, bu mövsüm PFL-in rəsmi saytında Xocaniyazov Rusiya vətəndaşı kimi göstərilib. O zaman başqa sual çıxır – bəs, bu klubda əcnəbi oynadılması qadağan olunmamışdı?

 

İranlılara gəlincə, milli komandamıza dəvət alan Höccət Haqverdi Məşhəddə, Əli Qurbani Mazandaranda doğulub və bu şəhərlərin əhalisinin mütləq əksəriyyəti farslardır. Onlar Azərbaycan dilində bir kəlmə də bilmirlər. Təzə gələn Səid Rza da onun kimi. Gilanın Ləngərud şəhərindən tapılan bu hüçumçunun da Azərbaycanla hansısa bağlılığı yoxdu. “Babasının babasının babası” nağıllarına inanmayın, Gilanın ümumi əhalisinin 85,9 faizi giləklərdi. Azərbaycanlılar ostanlıq üzrə cəmi 7,9 faiz təşkil edir, Səidin anadan olduğu Ləngərudda isə demək olar, yaşamırlar.

 

“Sumqayıt” saxtakarlığının fərqindədi və bu səbəbdən oyunçunu bəh-bəhlə cənubi azərbaycanlı kimi təqdim edərkən adını Səid Rza olaraq göstərib. Halbuki oyunçunun adı Saeid Bağırpasanddı, Bağırpasand isə fars soyadıdı. Bir illik müqavilə bağlanan 31 yaşlı oyunçu tezliklə əsas yığmaya da sırınacaq, əmin olun.

 

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunda deyilir…

…Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

 

Səid Bağırpasandın və digər əcnəbilərin bu bəndə dəxli yoxdu. “Sumqayıt”ın yeni oyunçusunun ölkəmizdə yaşamasının hətta 5 günü tamam olmayıb.

 

…Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır…

 

Ola bilsin ki, bu futbolçuların hamısı qaçqın kimi qeydiyyata alınır. İranda hərbi xidmətdən yayınmaq üçün belə variantlara əl atırlar. Bu legionerlər niyə, kimdən, necə qaçıb – bax, bunlar araşdırılmalıdı.

 

…Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;

2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.

Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər…

 

Görəsən, Səid Bağırpasand və digər iranlılar bu maddələrin hansına uyğun gəlir? Öz sahələrində yüksək nailiyyətlər əsas götürülürsə, sözügedən hücumçunun ötən mövsüm 21 oyunda meydanda olduğunu və cəmi 3 qola imza atdığını xatırladaq – hücumçu üçün biabırçı göstəricidi. Bu adamlar ölkəmiz üçün xüsusi maraq kəsb edən şəxslər də deyil, deməli, tələblərin heç birinə cavab vermirlər. Bəs, bu oyunçular Azərbaycan vətəndaşlığını hansı yolla bu qədər rahat alırlar?

 

Qanunda da qeyd olunur ki,əcnəbilərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Həmin əsaslandırmanın təqdim edilməsini istəyir, tələb edirik. “Sumqayıt” zəhmət çəkib müvafiq orqanların əsaslandırmasını açıqlasın, biz də həmin orqanlardan bilgiləndirmə istəyək. Görək Bağırpasandı bu qədər dəyərli edən amil nədir?

 

Yeni gənclər və idman naziri Fərid Qayıbov da məsələni diqqətdə saxlamalıdı. Çünki əcnəbi idmançının milliləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbulu üçün mütləq AGİN-dən məktub alınmalıdı. Həmin məktuba isə futbol bölməsinə rəhbərlik edən Fikrət Hüseynov imza atır. Araşdırılsa, onun illər boyunca nə qədər belə saxtakarlığa imkan verdiyi aydınlaşar.

 

Araşdırmamız davam edəcək…

 

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Dünya futbolu2021-12-03 13:33

Ələskərovun komandası Super Liqa təmsilçisinə rəqib oldu

Dünya futbolu2021-12-03 13:02

“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Dünya futbolu2021-12-03 12:53

“Milan”ın futbolçusu üçün mövsüm bitdi?

Ölkə futbolu2021-12-03 12:32

“Qarabağ”ın rəqibi gürcü futbolçu üçün 1.2 milyon avro təklif edir

Milli komanda2021-12-03 12:11

AFFA-nın gizlətdiyi təyinat: U-19 Velebitə tapşırılıb

Dünya futbolu2021-12-03 11:50

Çexiya klubu Mahir Emrelini istəyir

Dünya futbolu2021-12-03 11:23

“Mançester Yunayted”də daha bir ayrılıq

Dünya futbolu2021-12-03 11:00

Braziliyada çempion bəlli oldu

Milli komanda2021-12-03 10:47

Daha az maaşa daha yaxşı nəticə: ona inanmaq olarmı?

Müsahibə2021-12-03 10:26

Vüsal Əsgərov: “Bu hisslərin sözlə ifadəsi yoxdur”

Ölkə futbolu2021-12-03 09:51

VAR sistemi: Ukraynada 240 min avro, Azərbaycanda 500 min dollar

Dünya futbolu2021-12-03 09:27

Ronaldo karyerasında 800-cü qolunu vurdu

Ölkə futbolu2021-12-03 09:00

İslahata İcraiyyə Komitəsindən başlamalı

Dünya futbolu2021-12-03 02:15

“Mançester Yunayted” “Arsenal”ı məğlub yola saldı

Dünya futbolu2021-12-03 01:45

Romada 8 qolluq heç-heçə

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Ölkə futbolu2021-12-02 15:29

“Qarabağ”ı gözləyən təhlükə

Ölkə futbolu2021-12-02 15:04

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Ölkə futbolu2021-12-02 14:53

Gəncədə Futbol Akademiyası: Layihə şəkilləri

Gündəm