Connect with us

Müsahibə

Mahir Emreli: “Karyeramın zirvəsi hələ qabaqdadır”

-də paylaşıldı

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli “Piłka Nożna” nəşrinin suallarını cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir…

  • Polşa xoşunuza gəlir?
  • Klub, təlim-məşq bazamız ən yüksək səviyyədədir, Avropa Liqasının qrup mərhələsində oynayırıq. Heç nədən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram. Bu, normaldır. İlk dəfədir ölkəmi bu qədər uzun müddətə tərk etmişəm. Amma Varşavada adaptasiya prosesi başa çatıb, özümü evdəki kimi hiss edirəm.
  • Oyunlarda və küçələrdə arxasında sizin adınızın yazıldığı formaları geyinən azarkeşlər görürük…
  • Doğrudan? Buna fikir verməmişəm (gülür). Təbii ki, zarafatdır. Həmin insanları mən də görümüşəm. Amma heç birini tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım burada cəmi bir dəfə olub. İndi isə Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq. Anam da mənim oyunuma gələcək.
  • “Legiya”ya keçidinizdən sonra Varşavada yaşayan azərbaycanlılar sizinlə əlaqə saxlayıblar?
  • Onlardan bir neçə təbrik və dəstək mesajı almışam. Həmin insanlarla münasibətləri yaxşılaşdırmağa çalışıram. Onlarla bir neçə dəfə ölkəmin ənənəvi yeməklərini dadıb həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranında olmuşam.
  • Hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı hesab edirsiniz?
  • Düşünmürəm ki, bu sorğuda ciddi rəqabət olacaq. Çünki Polşa çempionatında Azərbaycandan yalnız iki oyunçu çıxış edir: mən və milli komandadan, həmçinin Premyer Liqadan tanıdığım Anton Krivotsyuk. O, hazırda Plotsk “Visla”sında çıxış edir. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bu idmanı sevirəm. Hər zaman futbolçu olmaq istəyirdim. Populyarlığımın getdikcə artdığını, daha çox insanın mənə qiymət verdiyini başa düşürəm. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Matçlarda oynamaq imkanı, hər gün məşq etmək və bununla yaşamaq həqiqətən əladır. Dünyanın ən yaxşı işinə sahibəm. Bir neçə il əvvəl – Azərbaycan millisinə çağırılanadək özüm də bunu qiymətləndirmirdim. 19 yaşım var idi, Robert Prosineçki məni 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunları öncəsi müsahibəyə dəvət etmişdi. Bir az gərgin olduğumu gördü və mənə kömək etmək istədi. Stresimin səbəbini soruşdu. Ona həqiqəti söylədim. Təlim-məşq toplanışında ilk dəfə olduğum üçün əsəbi olduğumu dedim. Onda baş məşqçi bu ifadəni işlətdi: dünyada futbol oynamaqdan daha yaxşı iş yoxdur. Bu sözlər beynimə həkk olundu. Ondan sonra heç vaxt meydana çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim futbola yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli getməyə davam edirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur.
  • Komandaya çox yaxşı qoşuldunuz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat oyunlarında vacib qollar vurdunuz. Özünüzü “Legiya”nın ulduzu sayırsınız?
  • Bu faktları bir yerə yığsaq, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu, sizin fikrinizdir. Mənim beynimdə isə tam başqa şey var. Mənə görə, ən vacibi komandadır. Təbii ki, azarkeşlərin səni dəstəkləməsi, qiymətləndirməsi çox gözəl hissdir. Amma bilirəm ki, daha yaxşı ola və inkişaf edə bilərəm. Özüm haqqında ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qabaqdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşüncə ölümcül olardı. Qazandığım uğurlara arxalana bilərdim, amma bu da ehtiyacım olan son şeydir. Hər gün inkişaf etmək, ən yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman irəliyə hərəkət etməli olduğumu bilirəm.
  • Deməli, Polşa çempionatı karyeranızda yalnız bir dayanacaqdır…
  • Bəli, bunu gizlətmirəm.
  • Nə vaxtadək?
  • Nə qədər vaxt lazım olduğunu bilmirəm. Arxasınca getmək istədiyim xəyallarım var. Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm. Bunun üzərinə səylə çalışıram.
  • Polşa çempionatı inkişaf üçün Azərbaycan Premyer Liqasından daha yaxşıdır?
  • Hər iki çempionatı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycan Premyer Liqasında 8, burada isə 18 komanda oynayır. Ekstraklasada hər kəs bir birinə qalib gələ bilər. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və onlara daha da zövq verir. Azərbaycanda isə digər komandalar üzərində dominantlıq edən və avrokubokların qrup mərhələlərində müntəzəm oynayan “Qarabağ” kimi çox güclü klub var. (Report)
Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-20 00:58

“Milan” və “Borussiya” uduzdu, “Real”la “Liverpul” qalib gəldi

Milli komanda2021-10-19 22:32

“Azərbaycan millisi arzuolunmaz rəqibdir”

Ölkə futbolu2021-10-19 21:55

Ələskərov “Bursaspor”un ən faydalı 2 futbolçusundan biridir

Ölkə futbolu2021-10-19 20:58

“Qəbələ” Niderland klubuna böyük hesabla uduzdu, mübarizəni dayandırdı

Dünya futbolu2021-10-19 20:27

Avroliqa: “Seltik”dən ilk qələbə

Ölkə futbolu2021-10-19 20:09

“Keşlə” Con Kamaranı geri qaytardı

Dünya futbolu2021-10-19 19:55

PSJ ÇL matçından öncə daha bir futbolçusunun xidmətindən məhrum oldu

Ölkə futbolu2021-10-19 19:32

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Digər2021-10-19 18:48

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-10-19 17:13

“Qarabağ”la “Neftçi”dən qələbə

Dünya futbolu2021-10-19 16:51

“Atletiko”nun oyun üslubunu çox da bəyənmirəm” – Klopp

Müsahibə2021-10-19 16:38

“Qarabağ” güclü olsa da, xal almağa çalışacağıq”

Milli komanda2021-10-19 16:11

Millimizin tanış rəqiblərlə əvvəlki oyunlarının statistikası

Dünya futbolu2021-10-19 15:58

40 yaşında La Liqada rekord qırdı

Dünya futbolu2021-10-19 15:15

“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satıldı

Dünya futbolu2021-10-19 14:54

“DÇ-nin iki ildən bir keçirilməsinin üstünlükləri göz qabağındadır” – İnfantino

Ölkə futbolu2021-10-19 14:36

“Kayrat”ın braziliyalı forvardı “Qarabağ”la oyunu buraxacaq

Ölkə futbolu2021-10-19 14:18

“Ehtiyat edirdim ki, Prezident məni tanımaz” – Qara Qarayev

Dünya futbolu2021-10-19 13:55

Gürcüstan futbol tarixinin rəmzi heyəti açıqlandı

Milli komanda2021-10-19 13:38

“Təcrübəmizdən faydalanmalı, yaxşı hazırlaşmalıyıq”

Ölkə futbolu2021-10-19 13:01

Vaqner Lav: “Qarabağ”la oyun çox çətin keçəcək”

Ölkə futbolu2021-10-19 12:49

“Qarabağ”ın “Kayrat”la oyunu ukraynalı hakimlərə tapşırıldı

Dünya futbolu2021-10-19 12:36

“Barselona” “Real”la oyuna 3 ciddi itki ilə çıxacaq

Ölkə futbolu2021-10-19 12:05

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Ölkə futbolu2021-10-19 11:56

Dani Kintana: “Azərbaycanda səni heç kim izləmir”

Milli komanda2021-10-19 11:35

De Byazidən DÇ-nin iki ildən bir keçirilməsi ideyasına münasibət

Dünya futbolu2021-10-19 11:12

Venger FİFA-nın yeni ideyasını De Byazi ilə müzakirə edəcək

Dünya futbolu2021-10-19 10:53

Vüsal İsgəndərli baş məşqçisiz qaldı

Ölkə futbolu2021-10-19 10:34

“Aberdin”in prezidenti “Qarabağ”a məğlubiyyətləri yada saldı

Dünya futbolu2021-10-19 10:19

PSJ-də Neymar şoku – ÇL matçını buraxacaq

Dünya futbolu2021-10-19 10:01

Əliyev “Krasnodar”a qarşı 45 dəqiqə oynadı

Dünya futbolu2021-10-19 09:42

Ozan Can qol vurdu, “Telstar” qalib gəldi

Dünya futbolu2021-10-19 09:21

Abdullayevli “Etnikos” APOEL-lə bacarmadı

Müsahibə2021-10-19 09:00

“Rəşad Sadıqov məni futbola ikinci dəfə qaytardı”

Dünya futbolu2021-10-19 01:16

“Arsenal” doğma meydanda xal itirdi

Dünya futbolu2021-10-19 01:01

“Espanyol” evdə, “Betis” səfərdə sevindi

Dünya futbolu2021-10-19 00:44

“Fiorentina” “Venetsiya”ya məğlub oldu

Dünya futbolu2021-10-18 23:33

“Alanyaspor” 3 xalı 6 qolla qazandı

Dünya futbolu2021-10-18 22:55

UEFA-dan İngiltərə Futbol Assosiasiyasına cəza

I Divizion2021-10-18 22:17

Divizion oyunları üçün hakim təyinatları açıqlandı

Ölkə futbolu2021-10-18 22:02

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb

Milli komanda2021-10-18 21:25

“Normal qrupa düşmüşük, amma işimiz çətin olacaq” – Joze Alesio

Milli komanda2021-10-18 21:18

AÇ-2022: Millimizin oyunlarının təqvimi açıqlandı

Milli komanda2021-10-18 20:46

Azərbaycan millisinin AÇ-2022-dəki rəqibləri bəlli oldu

Ölkə futbolu2021-10-18 20:04

UEFA-dan “Qarabağ”la bağlı növbəti paylaşım

AÇ-20202021-10-18 19:29

AÇ-2020-də ən yaxşı qola imza atan futbolçu mükafatına qovuşdu – VİDEO

Dünya futbolu2021-10-18 19:02

Millinin futbolçusunda xərçəng aşkarlandı

Digər2021-10-18 18:43

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-10-18 17:57

Nazarov mövsümün ən yaxşı futbolçusu seçildi

Ölkə futbolu2021-10-18 16:56

“Qarabağ” – “Kayrat” oyunu üçün biletlərin yarısı satılıb

Gündəm