Connect with us

Müsahibə

“Neftçi”də oynayırsansa, səni yalnız qələbə qane edə bilər”

-də paylaşıldı

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, ad günü və övladlarının Azərbaycanın dövlət himnini oxuması haqda fikirlərini bildirən serbiyalı futbolçu “Neftçi” azarkeşlərini çox sevdiyini deyib. “Qarabağ”la ötən, “Keşlə” ilə növbəti oyun haqda fikirlərini bildirən təcrübəli yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib:

  • Voyislav, doğum günün mübarək! Bu, sənin Azərbaycanda keçirəcəyin 7-ci ad günüdür. Bu günü necə qeyd edəcəksən?
  • Bəli, həqiqətən də bu, Azərbaycanda keçirəcəyim 7-ci doğum günüdür. Əvvəllər ad günümü ailəm və yaxınlarımla birlikdə restoranda qeyd edirdik, amma pandemiya səbəbindən bu dəfə evdə, ailəmin ətrafında keçirəcəm. Artıq 34 yaşım olur. Yavaş-yavaş qocalıram (gülür). Amma əsas odur ki, özümü əla hiss edirəm, yaxşı formadayam. Buna görə də ümid edirəm, hələ uzun illər futbol oynayacağam.
  • Övladlarının Azərbaycanın dövlət himnini oxuması qürurvericidir. Bunu onlara kim öyrədib?
  • Onlar himn oxumağı evdə – ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Hər dəfə baxdıqca öyrənirdilər. Mən və həyat yoldaşım övladlarımıza deyirdik ki, bu, Azərbaycanın himnidir və Serbiyanın himni kimi bunu da bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Axı mən burada işləyirəm və bu ölkə bizə doğmadır. Bundan başqa, onlara himn oxumağı bağçada da öyrədirlər. Elə olur ki, onlar bizdən himni qoşmağımızı istəyir və oxumağa başlayırlar.
  • Keçək futbola. Bu mövsüm çempionata xal itkiləri ilə başlasaq da, “Keşlə” üzərində qələbədən sonra lidelərdən 3 xal az xal toplamaqla 3-cü yeri tuturuq.
  • Mövsümə istədiyimiz kimi başlaya bilmədik. “Qəbələ” və “Qarabağ”la oyunlarda xallar itirdik. Yeni komandamız, futbolçularımız var. Ümid edirəm, hər şeyi qaydasına qoyub daha yaxşı oyun göstərəcəyik. Son matçda qələbə qazandıq və düşünürəm ki, oyundan oyuna komandada özünəinam daha da artacaq. Üstəlik, yeni futbolçular tam uyğunlaşıb baş məşqçinin istəklərini daha yaxşı anlayacaqlar. Hər növbəti matç daha da vacib olacaq.
  • “Keşlə” ilə görüşdən söz düşmüşkən, Premyer Liqada 150-ci oyunun sabiq komandan üzərində 3:0 hesablı qələbə ilə nəticələndi.
  • Düzünü desəm, bu faktı bilmirdim. Bunu bilmək xoşdur. Uzun illərdir Azərbaycanda oynayıram. Bu ölkəni sevirəm və burada hər şey məni qane edir. Əgər belə olmasaydı, burada bu qədər qala bilməzdim. “Neftçi”nin şərəfini qoruduğum üçün çox şadam. Ümid edirəm, burada çox qalacağam. Daha yaxşı oynayıb, komandama titullar qazanmağa kömək edəcəm.
  • Qarşıdan “Sabah”la görüş gəlir. Oyun haqda nə düşünürsən?
  • Bizi “Sabah”la ağır səfər matçı gözləyir. O meydanda oyunlarımız həmişə gərgin keçir. Rəqib də mövsümə yaxşı başlamayıb deyə, qələbəyə köklənəcək. Təbii ki, biz də meydana qalib gəlmək üçün çıxacağıq. “Neftçi”də oynayırsansa, səni yalnız qələbə qane edə bilər. İnanıram ki, istəyimizə nail olacağıq.
  • Oyunlar zamanı bəzən daha fəal olmağa səslədiyin azarkeşlərə nə demək istəyirsən?
  • Mən “Neftçi” fanatlarını çox sevirəm. Çünki onlar ürəkdən azarkeşlik edirlər. Çox çılğındırlar və mən şadam ki, komandamızın belə azarkeşləri var. Oyun zamanı bəzən geri çevrilib, azarkeşlərdən bizi daha çox və daha möhkəm dəstəkləmələrini istəyirəm. Xarakterim belədir ki, matçı, mübarizəni, ümumiyyətlə, oyundakı heç bir epizodu uduzmağı sevmirəm. Buna görə də azarkeşlərdən dəstək istəyirəm. Çünki bu daha çox güc verir. Çox möhtəşəm azarkeşlərimiz var. İstərdim ki, bizə daha da çox inansınlar. Komandamız yenidir deyə, bir az zamana ehtiyacımız var. Ümid edirəm ki, bu mövsümün sonunda da onlara böyük uğur bəxş edəcəyik və yenidən birlikdə çempionluğumuzu qeyd edəcəyik. Pandemiya zamanı, haradasa ilyarım fanatlarsız qalmışdıq deyə, onlar üçün çox darıxmışıq.
Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-16 09:29

Dadaşovun vurduğu qol “Şalke”ni darmadağından xilas etmədi

Ölkə kuboku2021-10-16 09:00

“Neftçi” mənim ailəmdir” – Kane

Premyer-liqa2021-10-16 01:59

“Səbail” “Keşlə”yə, “Qəbələ” “Zirə”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-10-16 00:58

PSJ-dən əzmkar qələbə

Dünya futbolu2021-10-16 00:39

“Hoffenhaym” 3 xalı 5 cavabsız qolla qazandı

Ölkə futbolu2021-10-16 00:05

AFFA-dan serial açıqlaması: “Bizim üçün təəccüblü oldu”

Premyer-liqa2021-10-15 23:54

“Qəbələ” – “Zirə” matçı üçün FİFA referisi

Dünya futbolu2021-10-15 23:29

“Beşiktaş” “Başakşəhər”ə məğlub oldu

Dünya futbolu2021-10-15 20:34

“Masada silah və peyvənd olsa, seçimim başımdan vurulmağım olar”

Digər2021-10-15 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Premyer-liqa2021-10-15 18:57

“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli

Dünya futbolu2021-10-15 18:04

“Liverpul”un futbolçusu onu tənqid edənləri “axmaq” adlandırdı

I Divizion2021-10-15 17:39

“Kəpəz” səfərdə, “Zaqatala” doğma meydanda sevindi

Ölkə futbolu2021-10-15 17:17

AFFA-dakıların arxasında Rusiya, Amerika, Fransa, İran durub?

Dünya futbolu2021-10-15 16:45

Rəhbərlikdən baş məşqçiyə tam dəstək – “Qarabağ”ın rəqibində

I Divizion2021-10-15 16:27

Birinci Divizionda 5-ci turun oyun cədvəl açıqlandı

Dünya futbolu2021-10-15 15:59

DÇ-2022: Pley-offun püşkatmasının vaxtı bilindi

Digər2021-10-15 15:20

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

Dünya futbolu2021-10-15 14:59

Milli komandada baş məşqçi ayrılığı

Ölkə futbolu2021-10-15 14:12

“Emreli sağlamdır, peyvənd olunub” – Mixneviç

Dünya futbolu2021-10-15 13:54

Ronaldo “Qızıl top”a namizədini açıqladı

Ölkə futbolu2021-10-15 13:37

“Onsuz da Bakıya getmək istəyim yox idi” – Erməni futbolçu

Ölkə futbolu2021-10-15 13:18

“AFFA-da böyük islahatlar aparılmalıdır” – VİDEO

Ölkə futbolu2021-10-15 12:57

Bakıda hakim komitə sədrinin üzünə tüpürdü – QALMAQAL

Ölkə futbolu2021-10-15 12:38

“Neftçi” ilə “Old Spice” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Ölkə futbolu2021-10-15 12:14

Xudiyev “Spartak” – “Lester Siti” matçına təyinat aldı

Dünya futbolu2021-10-15 11:55

“Mançester Siti”nin zədəlisi sağaldı

Dünya futbolu2021-10-15 11:35

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-15 11:11

Braziliya və Argentina yığmalarından qələbə

Milli komanda2021-10-15 10:55

Azərbaycan – Malta matçının hakimləri bilindi

Dünya futbolu2021-10-15 10:36

“Mançester Siti”də ciddi itki

Dünya futbolu2021-10-15 10:17

Salah “Liverpul”un ən yaxşısı seçildi

Dünya futbolu2021-10-15 09:58

“Barselona” ilə oyundan öncə “Real”da ciddi itki

Dünya futbolu2021-10-15 09:29

Serxio Ramosun debütü ləngiyir

Müsahibə2021-10-15 09:00

“Başqa heç nə ilə izah edə bilmərəm”: Slavik bəxtsizlikdən şikayətçidir

Dünya futbolu2021-10-14 23:40

Mahir Emrelinin komanda yoldaşı qarət olunub

Dünya futbolu2021-10-14 22:52

Braziliya klubu Kresponu onunla əvəzlədi

Premyer-liqa2021-10-14 22:40

“Sumqayıt”la “Neftçi”nin 36-cı görüşü

Ölkə futbolu2021-10-14 21:39

Mahir Emreli “Legiya”da daha bir qol vurdu

Dünya futbolu2021-10-14 20:54

“Qarabağ”ın rəqibi məşhur futbolçusu ilə vidalaşır

Dünya futbolu2021-10-14 19:17

“Barselona”dan Pedri ilə yeni müqavilə

Dünya futbolu2021-10-14 18:36

PSJ-nin qapıçısı sıradan çıxdı

I Divizion2021-10-14 17:58

“Qarabağ” “Neftçi”yə məğlub oldu

Digər2021-10-14 17:10

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-10-14 16:47

“Sumqayıt”a texniki məğlubiyyət verildi

Müsahibə2021-10-14 16:28

Milli ilə bağlı danışmaq istəməyən Axundov: “Belə durum hər komandada ola bilər”

Ölkə futbolu2021-10-14 16:18

AFFA Gəncədə Futbol Akademiyası inşa etdirəcək

Dünya futbolu2021-10-14 15:46

Super Liqa klubuna transfer qadağası qoyuldu

Ölkə futbolu2021-10-14 15:16

Hakimlərdən laktat testi götürülüb

Dünya futbolu2021-10-14 14:50

“Qəbələ”nin legioneri ölkəsinin millisiylə çempion oldu

Gündəm