Bizi izləyin

Müsahibə

Reynaldodan Azərbaycan haqqında məlumat alan Bezzera: “Deyilənləri anlayıram”

“Neftçi”nin yeni transferi Tyaqo Bezerranın futbolinfo.az saytına müsahibəsi

  • Son oyunda 3:0 hesablı qələbə qazandınız. “Keşlə” üzərindəki bu qalibiyyət barədə nə deyə bilərsən?
  • Əlbəttə ki, önəmli olan 3 xalı qazanmaqdır. Bu, bizim üçün çox önəmli idi. “Qarabağ”la evdəki oyunu da uduzmuşduq. Bəlkə də kənardan baxanda “3:0-lıq hesabla qazanırsansa, deməli asandır” deyilir, amma futbolda artıq asan oyunlar yoxdur. Bütün komandalar futbol oynamağı bilir.
  • Azərbaycandan nə zaman təklif aldın və nə zaman qərar verdin?
  • Görüşmələr və danışıqlar çox uzun sürmədi. Azərbaycan haqqında əvvəlcədən də məlumatım var idi. Türkiyəyə yaxın olduğu üçün bəzi braziliyalı futbolçular var idi ki, burada oynamışdı. Gəlməmişdən öncə də Azərbaycan liqasını araşdırdım, “Neftçi”yə baxdım. Gördüm ki, son mövsümün çempionudur. Buna görə də çox sual etmədim. 1-2 gün görüşdükdən sonra razılaşdıq. Menecerimlə birlikdə bilet aldıq və bura gəldik.
  • Azərbaycan haqqında sənə kimsə daha çox məlumat vermişdi?
  • Təbii ki, çox məlumatım var idi. Çox oyunçu var idi ki, burdan ora gələn, ordan bura gələn. Həm “Neftçi”ni, həm də digər komandaların adlarını eşitmişdim. Antalyada yoxlama görüşləri keçirdik. Bir çox adları eşitdim.
  • Burada oynamış keçmiş braziliyalılardan kimi tanıyırdın?
  • Reynaldonu tanıyırdım. Onunla qarşılaşmışdıq. İnsan olaraq da münasibətlərimiz yaxşı idi. Digər tanıdıqlarım da var. Sadəcə indi ağlıma gəlmir ki, sizə kimlərinsə adın deyim.
  • Azərbaycan liqası Türkiyə çempionatı qədər yüksək səviyyəli deyil. Bu, səni narahat etmir?
  • Fikrimcə, burada hər şey yaxşıdır. Bütün liqalar bir zamanlar zəif olub. Azərbaycan çempionatı da yüksəlməkdə davam edir. Birdən-birə hər şey yüksək olmur. Digərlərindən nümunə götürüb irəli getmək lazımdır.
  • “Neftçi”də özünü sübut edəcəyinə inanırsan?
  • Bu komanda daim yaxşı yerlərdə qərarlaşıb. Son çempion olaraq titulumuzu qorumağa çalışacağıq. Liqadakı bütün komandalara hörmət edirik. Amma “Neftçi”nin hədəfi hər zaman birincilik olub və belə də davam edəcək. Biz bütün matçlara qalibiyyət üçün çıxacağıq.
  • Türk dilini öyrənmisən, Azərbaycan dilini də öyrənmək barədə düşünürsən?
  • Azərbaycan dili də türk dilinə yaxındır. Buna görə bir-birimizi başa düşməkdə çətinlik çəkəcəyimizə inanmıram. Bir neçə fərqli sözlər var. Amma 90 faiz deyilənləri mən də anlayıram. Mənim üçün problem yoxdur. İngilis dilini də bilirəm deyə hardasa çətinlik yaranmayacaq.
  • Bakı haqqında düşüncələrin nədir?
  • Gözəl və güvənli yerdir. İnsanlar da türklərə bənzəyir və ölkə də Türkiyə kimidir. Heç bir çətinlik olmayacaq. Futbol oynamaq üçün, ailə üçün hər şey var. Ona görə də burada özümü yaxşı hiss edirəm.
  • “Qarabağ”la “Neftçi” rəqabətindən xəbərin var?
  • Mən ilk həftə gəldiyimdə bu komandalar arasında matç var idi. Bu hər yerdə var və belə oyunlara fərqli hazırlanırlar. Bu matçlar futbola maraq qatır. Bizim də çempion olmaq üçün hər şeyimiz var. Yaxşı heyət, güclü məşqçi və azarkeşimiz var. Düşünürəm ki, çempion olmaq üçün başqa şeyə ehtiyac yoxdur. Sadəcə, işimizi düzgün görməliyik.

FƏRİD

Dünya futbolu2022-01-23 21:28

Ələskərovun komandasına qar əngəli

Dünya futbolu2022-01-23 19:45

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs olundu

Ölkə futbolu2022-01-23 18:38

“Qəbələ”nin legioneri milliyə dəvət aldı

Digər2022-01-23 18:14

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2022-01-23 17:50

İsgəndərlinin komandasına qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2022-01-23 17:22

“Benfika”nın futbolçusu “Qalatasaray”da

Dünya futbolu2022-01-23 16:48

Eriksen “Ayaks”la məşqlərə başladı, Premyer Liqa klubu ilə müqavilə bağlayır

Dünya futbolu2022-01-23 15:18

“Borussiya”da Haland şoku

Dünya futbolu2022-01-23 14:52

“Atletik”in kapitanı koronavirusa yoluxdu

Dünya futbolu2022-01-23 14:00

“Atletiko”dan Slovakiya klubuna

Dünya futbolu2022-01-23 13:20

“Fənərbaxça”da ciddi itki

Dünya futbolu2022-01-23 12:35

Afrika Millətlər kubokunda 1/8 finala çıxan komandada koronavirus şoku

Dünya futbolu2022-01-23 11:29

Almaniya klubu iranlı hücumçu transfer etdi

Dünya futbolu2022-01-23 10:00

Dmitri Nazarovun komandası darmadağına üzüldü

Dünya futbolu2022-01-23 09:14

Dadaşovun komandası doğma meydanda uduzdu

Dünya futbolu2022-01-23 02:21

“Atletiko” “Valensiya”ya qalib gəldi

Dünya futbolu2022-01-23 01:56

Çempion uduzdu, “Qarabağ”ın rəqibi qalib gəldi

Dünya futbolu2022-01-23 01:42

“İnter” əzmkar qələbəyə sevindi

Dünya futbolu2022-01-23 00:57

“Borussiya”dan səfər qələbəsi

Dünya futbolu2022-01-23 00:32

MS xal itirdi, MY qalib gəldi

Ölkə kuboku2022-01-23 00:11

Azərbaycan Kuboku: 1/4 finalın oyun cədvəli bəlli oldu

Milli komanda2022-01-22 23:51

Azərbaycan – Gürcüstan matçında 5 qol – VİDEO

Dünya futbolu2022-01-22 23:44

“Beşiktaş”la “Fənərbaxça” xal itirdi

Milli komanda2022-01-22 22:06

“Müharibə davam edir” – Millimizin üzvü

Milli komanda2022-01-22 20:52

“Məğlubiyyətə etdiyimiz səhvlər səbəb oldu” – Joze Alesio

Milli komanda2022-01-22 19:16

Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

Ölkə futbolu2022-01-22 18:49

“Sumqayıt” “Şkupi”yə məğlub oldu

Müsahibə2022-01-22 18:27

“Medallar uğrunda mübarizə aparmaq istəyirik” – Slavik Alxasov

Dünya futbolu2022-01-22 18:16

“Barselona”nın sabiq üzvü karyerasını bitirdi

Ölkə futbolu2022-01-22 17:53

“Qarabağ”ın 1 gündə keçirdiyi 2 yoxlama matçı – VİDEO

Dünya futbolu2022-01-22 17:35

Mbappenin qardaşı avtomobil qəzası keçirdi

Digər2022-01-22 17:15

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2022-01-22 16:50

“Neftçi” legioner qapıçı transfer etdi

Milli komanda2022-01-22 16:36

“Azərbaycana gəlməklə düzgün addım atdığımı düşünürəm”

Ölkə futbolu2022-01-22 16:00

Azərbaycan Premyer Liqası 60-cı oldu

Ölkə futbolu2022-01-22 15:30

“Neftçi”də növbəti ayrılıq

Dünya futbolu2022-01-22 14:59

Premyer Liqa klubunda 2 yeni müqavilə

Dünya futbolu2022-01-22 14:27

Koronavirus daha bir futbolçunun ürəyində problemə səbəb oldu

Dünya futbolu2022-01-22 13:58

“Barselona”nın futbolçusu 2 ay oynamayacaq

Dünya futbolu2022-01-22 13:21

PSJ-dən La Liqa klubuna

Milli komanda2022-01-22 13:02

Azərbaycan millisində AÇ öncəsi koronavirus şoku

Dünya futbolu2022-01-22 12:29

“Qalatasaray”da ayrılıq

Ölkə futbolu2022-01-22 12:03

“Sivasspor”un Mahir Emreli üçün təklif etdiyi məbləğ bilindi

Ölkə futbolu2022-01-22 11:45

MEDİA-nın sələfinə oxşamışlığı – bu dəfə fərqli “üslub”da

Ölkə futbolu2022-01-22 11:24

Qurban Qurbanov: “Rəqiblər bizdən daha hazırlıqlı idi”

Dünya futbolu2022-01-22 10:01

Liqa 1-də dekabrın ən yaxşı futbolçusu

Dünya futbolu2022-01-22 09:32

“Liverpul” icarədə olan futbolçunu geri çağırdı

Ölkə futbolu2022-01-22 09:00

“Qarabağ”ın rəqibi 14 milyona aldığı hücumçunu 3 milyona satdı

Dünya futbolu2022-01-22 02:17

“Norviç Siti” 3 xalı 3 qolla qazandı

Dünya futbolu2022-01-22 02:08

Lion “Olimpik”i tək qolla qalib gəldi

Gündəm