Connect with us

Müsahibə

Mahir Emreli: “Uzun müddətdir millidə qol vurmamağım məni narahat edir”

-də paylaşıldı

Polşanın “Legiya” klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Mahir müsahibəsində milli komandanın qarşıdakı oyunları haqda və Polşadakı həyatı barədə danışıb:

  • Artıq bir neçə aydır ki, “Legiya” klubundasınız. Adətən, azərbaycanlı futbolçular ölkə xaricində uyğunlaşma sarıdan çətinliklə üzləşdiklərini deyirlər. Bu proses sizin üçün necə keçir?
  • Uyğunlaşma prosesi nornal gedir. Belə tez öyrəşə biləcəyimi mən də gözləmirdim. Çünki ilk dəfə ölkədən kənara legioner həyatı yaşamağa gedirdim. Hər şey yolundadır. Ümid edirəm ki, vaxt keçdikcə daha da yaxşı olacaq.
  • Bütün yarışlarda vurduğunuz 10 qolla komandanızın bombardirisiniz. Mövsümə belə sürətli başlayacağınızı düşünürdünüz?
  • Heç vaxt nəyisə əvvəlcədən planlaşdırmıram. Nəyin necə olacağını zaman göstərir. Burada da elə oldu. Deyə bilmərəm ki, mövsümə belə başlayacağımı gözləyirdim. Amma ilk gəldiyim gündən məndə özümə inam var idi. Bu inamı sonadək qoruyub saxlamağa çalışıram. Sevindirici haldır ki, qollar da vurur, komandama faydalı olmağı da bacarıram.
  • Bir neçə ay ərzində Polşada hansısa çətinliklə qarşılaşmısnız?
  • Şəhərdə yaşayışla bağlı bir az çətinliyim olub. Varşava böyük şəhərdir və burada çoxlu tıxac olur. Bu da mənim hərdən daha çox evdə oturmağıma səbəb olur (gülür). Ümumilikdə isə hansısa xüsusi çətinliyim olmayıb. Polşalıların bizə bənzəyən cəhətləri var. Çox istiqanlı və emosional millətdirlər.
  • Uzun müddət “Qarabağ”la avrokubokların qrup mərhələlərində oynamısınız. Amma qruplarda ilk qolunuzu məhz “Legiya”nın heyətində Avropa Liqasında İngiltərənin “Lester” klubuna vurdunuz. Sizcə, bunun səbəbi nədir?
  • Səbəbini bilmirəm. Yəqin ki, belə olmalı idi. “Qarabağ”da çıxış edəndə qrup mərhələləri zamanı tez-tez zədələnir və bir neçə oyunu buraxmalı olurdum. “Legiya”da isə özümü hərtərəfli yaxşı hiss edirəm və zədələrdən uzaq olacağıma ümidvaram.
  • “Qarabağ”ın oyunlarını izləyirsinizmi: Sizin olduğunuz dönəmlə müqayisə etsəniz, hansı komanda daha baxımlı oyun sərgiləyir?
  • Bəli, izləyirəm. “Qarabağ” elə klubdur ki, futbolçuları dəyişsə də, sistem və oyun tərzi dəyişmir. Baş məşqçi Qurban Qurbanov da həmişə bu sxemə uyğun futbolçular axtarır. Hazırkı heyəti əvvəlkilərlə müqayisə edə bilmərəm. Sadəcə, ötən mövsüm transferlərdə bir az çətinlik var idi. Bu mövsüm isə görürəm ki, kluba çox keyfiyyətli oyunçular gəlib. Komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram. İnanıram ki, Konfrans Liqasında yüksək nəticələr qazanacaq, çempionatda və ölkə kubokunda “qızıl dubl” edəcəklər.
  • Milli komanda oktyabrın 9-da İrlandiyanı qəbul edəcək, 3 gün sonra isə Serbiyanın qonağı olacaq. Həmin qarşılaşmalardan gözləntiləriniz nədir?
  • Hansı nəticələri qazana biləcəyimizi indidən deyə bilmərəm. Çünki hər iki komanda çox güclü rəqibdir. Amma hər birinə qarşı oynamaq olar. Biz bunu İrlandiya səfərində və Bakıda Serbiya ilə oyunda göstərdik. Serblərlə görüşdə nəticə ürəkaçan olmasa da, İrlandiya ilə qarşılaşmada nəticəmiz pis olmadı. Ümid edirəm ki, yaxşı nəticələrlə azarkeşlərimizi sevindirə biləcəyik.
  • Klubunuzdakı məhsuldarlığınızı millidə çox görə bilmirik. Yığmanın heyətində də qolları sıralaya biləcəksiniz?
  • Uzun zamandır ki, millidə qol vurmuram. Bu, əlbəttə, məni narahat edir. Amma yığma elə yerdir ki, hamımız komanda üçün oynamağa çalışırıq və ilk olaraq, millinin nəticəsini düşünürük. Ümid edirəm ki, qarşıdakı iki oyundan ən azı birində fərqlənəcəyəm. İkisində də qol vursam, lap yaxşı olar. Ən başlıca istəyim millinin daha sərfəli nəticə qazanmasıdır.
  • Sizin və “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışları millinin oyununa müsbət mənada təsir edə bilərmi?
  • Əslində bu suala daha diqqətli cavab vermək istərdim. Çünki milli tamam başqa səviyyədir, “Legiya” və “Qarabağ” tərzində oynamır. Klubumun oynadığı eyni sxemlə çıxış etsək də, tərzdə böyük fərqlər var və oyunçular da fərqlidirlər. Bu baxımdan, bir bağlantı qurmaq istəmirəm. Amma klubda yaxşı oynayanda, nəticə qazananda bu, futbolçulara inam verir, istər-istəməz millidə də əhval-ruhiyyə yüksək səviyyədə olur.
  • Millinin oyunları, avrokuboklar, Polşa çempionatı və kubok oyunları ilə bağlı sıx qrafikdə oynayırsız. Polşada komanda sayı Azərbaycandakından çoxdur. Bu, sizə necə təsir edir?
  • Bir az çətin gəlir, amma öyrəşməyə çalışıram. Artıq demək olar ki, öyrəşmişəm. Hərdən oturub fikirləşirəm ki, İngiltərə Premyer Liqasında çıxış edən futbolçular bəzən həftədə 4 oyun keçirirlər. Onlar bunu bacarırlarsa, mən də bacarmalıyam. Sıx qrafik olanda baş məşqçi də futbolçuları bir qədər qoruyur. Bəlkə də hər oyuna start heyətdə çıxmamağımın səbəbi budur. Amma ümid edirəm ki, bu vəziyyəti daha yaxşılaşdıraraq, hər oyuna start heyətdə çıxma şansı qazanacağam. (report.az)
Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-14 18:36

PSJ-nin qapıçısı sıradan çıxdı

I Divizion2021-10-14 17:58

“Qarabağ” “Neftçi”yə məğlub oldu

Digər2021-10-14 17:10

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-10-14 16:47

“Sumqayıt”a texniki məğlubiyyət verildi

Müsahibə2021-10-14 16:28

Milli ilə bağlı danışmaq istəməyən Axundov: “Belə durum hər komandada ola bilər”

Ölkə futbolu2021-10-14 16:18

AFFA Gəncədə Futbol Akademiyası inşa etdirəcək

Dünya futbolu2021-10-14 15:46

Super Liqa klubuna transfer qadağası qoyuldu

Ölkə futbolu2021-10-14 15:16

Hakimlərdən laktat testi götürülüb

Dünya futbolu2021-10-14 14:50

“Qəbələ”nin legioneri ölkəsinin millisiylə çempion oldu

Milli komanda2021-10-14 14:15

AFFA: De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək

Ölkə futbolu2021-10-14 13:54

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarında

Ölkə futbolu2021-10-14 13:24

DÇ-2030 İsrail və ona qonşu ölkələrdə keçirilə bilər

Milli komanda2021-10-14 12:52

Monteneqro – Azərbaycan matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-10-14 12:18

Fransa millisinin üzvü həbs olunacaq

Ölkə futbolu2021-10-14 11:28

Kane qışda “Neftçi”ni tərk edə bilər

Dünya futbolu2021-10-14 11:00

“Qarabağ”la oyundan əvvəl “Kayrat”da ciddi narazılıq

Dünya futbolu2021-10-14 10:35

Futbolçular məşqə çıxmaqdan imtina etdilər – maaşları gecikdiyinə görə

Dünya futbolu2021-10-14 10:17

Premyer Liqa matçı koronavirusa görə təxirə salındı

Dünya futbolu2021-10-14 09:59

Krespo Braziliya klubundan istefa verdi

Dünya futbolu2021-10-14 09:32

“İnter” onları İtaliyaya qaytarmaq üçün 100 min avrosundan keçdi

Milli komanda2021-10-14 00:37

“Serbiya ilə oyunda əlimizdən gələni etdik” – De Byazi

Dünya futbolu2021-10-14 00:23

“Milan”da yeni qapıçı

Milli komanda2021-10-13 23:57

Canni De Byazi Kosovo yığmasına rəhbərlik etmək istəyir

Dünya futbolu2021-10-13 23:36

Tarixə düşmək üçün 2 qol bəs etdi

Dünya futbolu2021-10-13 23:18

“Milan”ın qapıçısı 10 həftəlik sıradan çıxdı

Dünya futbolu2021-10-13 22:52

Kamran Əliyevin komandası səfərdən 3 xalla döndü

Dünya futbolu2021-10-13 21:48

Dadaşov “Şalke”də daha bir qol vurdu

Dünya futbolu2021-10-13 20:40

“Real”la “Atletiko”nun oyunları təxirə salındı

Ölkə futbolu2021-10-13 19:53

“Legiya”dan Mahir Emreli ilə bağlı açıqlama

Ölkə futbolu2021-10-13 19:42

“Kayrat”ın erməni futbolçusu Bakıya gəlməyəcək

Digər2021-10-13 19:16

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-10-13 18:49

Pandemiya dövründən mənfəətlə çıxan nadir klublardan biri

Dünya futbolu2021-10-13 18:16

Ueyn Runi haqda film çəkilir

Dünya futbolu2021-10-13 17:48

“Barselona”da itki – ÇL matçını buraxacaq

Dünya futbolu2021-10-13 17:25

“Milan”ın futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-10-13 17:07

“Mərkəzi xətt”də futbol söhbəti – VİDEO

Ölkə futbolu2021-10-13 16:34

“Qarabağ” – “Neftçi” matçının hakimləri bilindi

Ölkə futbolu2021-10-13 16:16

“Mançester Yunayted”dən Varan açıqlaması

Ölkə futbolu2021-10-13 15:58

Meza Kolli: “Azərbaycan yığmasında oynamaq şərəf olar”

Ölkə futbolu2021-10-13 15:36

UEFA Kadi Borgesin qollarını fərqləndirdi – VİDEO

Digər2021-10-13 15:14

1xBet-in “The International” aksiyasında yüzdən çox möhtəşəm oyun qadjetləri oynanılır

Milli komanda2021-10-13 14:58

“Azərbaycanla oyunda çətinlik çəkdik” – Mitroviç

Dünya futbolu2021-10-13 14:38

“Real”ın zədəlilərindən ikisi sıraya döndü

Ölkə futbolu2021-10-13 14:13

Vəkil Aslan İsmayılovun AFFA-ya ünvanladığı 11 sual

Dünya futbolu2021-10-13 13:57

21-ci əsrdə ən çox het-trik edən futbolçular

Ölkə futbolu2021-10-13 13:31

Varlanmaq üçün VAR oyunu: Stuxlik hakimlərdən bilərəkdən səhv etmələrini istəyib

Dünya futbolu2021-10-13 13:05

“Mançester Siti”də ötən ayın ən yaxşı futbolçusu

Dünya futbolu2021-10-13 12:49

DÇ-2022-də ofsaydla bağlı yeni texnologiya tətbiq olunacaq

Milli komanda2021-10-13 12:07

Yığmamıza Türkiyədən 6 futbolçu çağırıldı

Ölkə futbolu2021-10-13 11:47

AFFA rəsmisi “Ayaks” – “Borussiya” oyununa təyinat aldı

Gündəm