Connect with us

Milli komanda

Məmmədovun daha bir nağılı bitdi: serblər istədiyi vaxt, lazım olduğu qədər qol vurdu

-də paylaşıldı

Elxan Məmmədovun daha bir nağıl kitabını bağladıq. Düzdü, hələ əlfəcin qoymağa səhifə var, noyabrda Lüksemburqla seşmə mərhələnin son oyununu keçirməliyik. Amma bu dəfə göydən düşəcək almaların üçünü də icraçı vitse-prezidentə yedirdəcəklər, çünki nəticə bəllidi – fəxri sonuncu pilləni rəsmiləşdirmişik.

Bu seçmə mərhələdə yeganə qazancımız Emin Mahmudov oldu. 5 qol vuraraq rekorda imza atan “Neftçi”nin yarımmüdafiəçisi yarım il əvvəl onu start heyətə qoymamaqda israr edən Canni de Byaziyə növbəti şapalağı vurdu. Təkcə bu fakt jurnalistlərin, ictimaiyyətin futbolu italiyalıdan daha yaxşı bildiyini göstərdi.

Serbiya ilə matçın nəticəsi öncədən bəlliydi. Qrup liderliyinə can atan rəqibin millimizə sensasiyaya imkan verəcəyi gözlənilmirdi. Və serblər istədiyi vaxt, istədiyi qədər qol vurub qələbəsini qazandı. Qapıçının səhlənkarlğı olmasaydı, yığmamızın təsəlli qolunu vurması da mümkünsüz idi. Çünki baş məşqçimizin taktiki gedişləri, oyunçu seçimləri qol vurmağa yox, az top buraxmağa hesablanmışdı.

Yenə futbolçuları, məşqçini qınamağı lazımsız hesab edirik. İllər gedir, tsikllər növbələnir, adlar dəyişir, nəticələrsə faciəvidi. Vəziyyətin düzəlməsi üçün yalnız AFFA-da ciddi islahatların gərəkdiyini düşünürük. Və bu islahatlar təkcə idarəçilərin dəyişməsiylə yekunlaşmamalıdı, futbola baxış, münasibət kökündən dəyişməlidi, iş mütəxəssislərə tapşırılmalıdı, AFFA-ya varlanmaq üçün can atanlara yox, bu idman növünün həqiqətən inkişafında maraqlı olanlara üstünlük verilməlidi.

Futbolda “marketoloq dönəmi” iflasa uğradı. Məmmədov və “mütəşəkkil dəstə”si rədd edilməli, yeni strategiya cızılmalıdı. Milli komandada yerli-əcnəbi məşqçi, milliləşdirmə, çempionatda limit oyunlarıyla baş qatmağın faydası yoxdu. Ölkə futbolunda kompleks islahatların zamanıdı. Kosmetik dəyişikliklərlə özümüzü aldatmış olacağıq. Əcnəbi məşqçilərin çalışdığı aşağı yaş qrupundan olan millilərimizin durumu, dünən U-21-in biabırçı məğlubiyyəti göstərdi ki, futbolumuzun sabahı da yoxdu. Deməli, 14 ildi nağıl danışan Məmmədovun kitabını qoltuğuna verib yola salmağın zamanıdı. Bütün futbol təsərrüfatını məhv edən bu şəxsin hara göndərilməsi önəmli deyil – əməlləri araşdırılsa, həbsxanaya getməsi qaçılmazdı, amma bu, bizim verəcəyimiz qərar deyil, əsas odu futbol onun əsarətindən qurtulsun.

Canni de Byazinin millidən uzaqlaşdırılacağı, müqavilə müddətinin artırılmayacağı dəqiqdi. Əsas olan 14 ildi futbolu məhv edən, bundan sonrakı 4-5 il üçün də qəbir qazmış Məmmədovun “mütəşəkkil dəstə”si yola salınsın. O zaman nəyəsə ümid etmək olar.

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-15 11:11

Braziliya və Argentina yığmalarından qələbə

Milli komanda2021-10-15 10:55

Azərbaycan – Malta matçının hakimləri bilindi

Dünya futbolu2021-10-15 10:36

“Mançester Siti”də ciddi itki

Dünya futbolu2021-10-15 10:17

Salah “Liverpul”un ən yaxşısı seçildi

Dünya futbolu2021-10-15 09:58

“Barselona” ilə oyundan öncə “Real”da ciddi itki

Dünya futbolu2021-10-15 09:29

Serxio Ramosun debütü ləngiyir

Müsahibə2021-10-15 09:00

“Başqa heç nə ilə izah edə bilmərəm”: Slavik bətsizlikdən şikayətçidir

Dünya futbolu2021-10-14 23:40

Mahir Emrelinin komanda yoldaşı qarət olunub

Dünya futbolu2021-10-14 22:52

Braziliya klubu Kresponu onunla əvəzlədi

Premyer-liqa2021-10-14 22:40

“Sumqayıt”la “Neftçi”nin 36-cı görüşü

Ölkə futbolu2021-10-14 21:39

Mahir Emreli “Legiya”da daha bir qol vurdu

Dünya futbolu2021-10-14 20:54

“Qarabağ”ın rəqibi məşhur futbolçusu ilə vidalaşır

Dünya futbolu2021-10-14 19:17

“Barselona”dan Pedri ilə yeni müqavilə

Dünya futbolu2021-10-14 18:36

PSJ-nin qapıçısı sıradan çıxdı

I Divizion2021-10-14 17:58

“Qarabağ” “Neftçi”yə məğlub oldu

Digər2021-10-14 17:10

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-10-14 16:47

“Sumqayıt”a texniki məğlubiyyət verildi

Müsahibə2021-10-14 16:28

Milli ilə bağlı danışmaq istəməyən Axundov: “Belə durum hər komandada ola bilər”

Ölkə futbolu2021-10-14 16:18

AFFA Gəncədə Futbol Akademiyası inşa etdirəcək

Dünya futbolu2021-10-14 15:46

Super Liqa klubuna transfer qadağası qoyuldu

Ölkə futbolu2021-10-14 15:16

Hakimlərdən laktat testi götürülüb

Dünya futbolu2021-10-14 14:50

“Qəbələ”nin legioneri ölkəsinin millisiylə çempion oldu

Milli komanda2021-10-14 14:15

AFFA: De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək

Ölkə futbolu2021-10-14 13:54

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarında

Ölkə futbolu2021-10-14 13:24

DÇ-2030 İsrail və ona qonşu ölkələrdə keçirilə bilər

Milli komanda2021-10-14 12:52

Monteneqro – Azərbaycan matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-10-14 12:18

Fransa millisinin üzvü həbs olunacaq

Ölkə futbolu2021-10-14 11:28

Kane qışda “Neftçi”ni tərk edə bilər

Dünya futbolu2021-10-14 11:00

“Qarabağ”la oyundan əvvəl “Kayrat”da ciddi narazılıq

Dünya futbolu2021-10-14 10:35

Futbolçular məşqə çıxmaqdan imtina etdilər – maaşları gecikdiyinə görə

Dünya futbolu2021-10-14 10:17

Premyer Liqa matçı koronavirusa görə təxirə salındı

Dünya futbolu2021-10-14 09:59

Krespo Braziliya klubundan istefa verdi

Dünya futbolu2021-10-14 09:32

“İnter” onları İtaliyaya qaytarmaq üçün 100 min avrosundan keçdi

Milli komanda2021-10-14 00:37

“Serbiya ilə oyunda əlimizdən gələni etdik” – De Byazi

Dünya futbolu2021-10-14 00:23

“Milan”da yeni qapıçı

Milli komanda2021-10-13 23:57

Canni De Byazi Kosovo yığmasına rəhbərlik etmək istəyir

Dünya futbolu2021-10-13 23:36

Tarixə düşmək üçün 2 qol bəs etdi

Dünya futbolu2021-10-13 23:18

“Milan”ın qapıçısı 10 həftəlik sıradan çıxdı

Dünya futbolu2021-10-13 22:52

Kamran Əliyevin komandası səfərdən 3 xalla döndü

Dünya futbolu2021-10-13 21:48

Dadaşov “Şalke”də daha bir qol vurdu

Dünya futbolu2021-10-13 20:40

“Real”la “Atletiko”nun oyunları təxirə salındı

Ölkə futbolu2021-10-13 19:53

“Legiya”dan Mahir Emreli ilə bağlı açıqlama

Ölkə futbolu2021-10-13 19:42

“Kayrat”ın erməni futbolçusu Bakıya gəlməyəcək

Digər2021-10-13 19:16

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-10-13 18:49

Pandemiya dövründən mənfəətlə çıxan nadir klublardan biri

Dünya futbolu2021-10-13 18:16

Ueyn Runi haqda film çəkilir

Dünya futbolu2021-10-13 17:48

“Barselona”da itki – ÇL matçını buraxacaq

Dünya futbolu2021-10-13 17:25

“Milan”ın futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-10-13 17:07

“Mərkəzi xətt”də futbol söhbəti – VİDEO

Ölkə futbolu2021-10-13 16:34

“Qarabağ” – “Neftçi” matçının hakimləri bilindi

Gündəm