Connect with us

Ölkə futbolu

Varlanmaq üçün VAR oyunu: Stuxlik hakimlərdən bilərəkdən səhv etmələrini istəyib

-də paylaşıldı

AFFA rəhbərliyinin neft pullarını dağıtmaqdan başqa düşüncəsi yoxdu. Əlinin altında SOCAR kimi pul kisəsi varsa, əhalinin sosial problemləri, maliyyənin daha uyğun istiqamətlərə xərclənməsi bu insanların vecinə deyil. İmkan daxilində çox qazanmağa, çox talamağa çalışırlar.

Maraqlıdı ki, AFFA rəhbərliyi problem özü yaradır, sonra isə onun həlli üçün sponsora pul xərclədir. Vaxtilə süni örtüklü meydançalar salıb, qısa müddət sonra onları təbii ot örtüyü ilə əvəz edəndə də bunu etmişdilər. İndi isə VAR sisteminin tətbiqi üçün eyni addımları atırlar. Yüksək maliyyə tələb edən bu texnologiyanın Azərbaycana gətirilməsi, istifadə edilməsi böyük pullar xərclənməsini gərəkdirir. Görünür, bunda maraqlı olan, həmin puldan böyük faizlər qazanacaq şəxslər hakim səhvlərində həvəslidi.

Hakimlər Komitəsinin sədri Frits Stuxlikin səhv edən hakimlərə cəza verməməsi, əksinə, elə növbəti oyunlarda onları təyinatla mükafatlandırması səbəbsiz deyilmiş. Qitə futbol qurumu tərəfindən göndərilən, ola bilsin, bu təşkilatda hansısa insanların marağını təmsil edən avstriyalı işi elə qurub ki, VAR-ın tətbiqi üçün zəmin hazırlanır. Onun şəriki olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da yeni texnologiyanın tətbiqi üçün dəridən-qabıqdan çıxır.

AFFA öncə VAR-ı gələn mövsümdən tətbiq etməyi planlaşdırırdı. Amma nə oldusa, İcraiyyə Komitəsində məsələ müzakirəyə çıxarıldı və proses gələn ilin yanvarına kimi tezləşdirildi. Stuxlik müsahibələrində tez-tez VAR-dan danışmağa, onun yoxluğunda səhvlərin aradan qaldırılmasının mümkünsüzlüyünə eyham vurmaqdadı – sanki indiyədək VAR-sız həyat yox imiş, xoruzsuz səhər açılmırmış. Və ən nəhayət, ən yaxın keçmişdə AFFA hakimlərə öz qərarlarına şərh vermək imkanı yaratdı. Bir şərtlə ki, narazılıq doğuran epizodlar VAR protokoluna uyğun olsun, yəni, ancaq VAR-dan danışsınlar…

Aylardı yazırıq, VAR sisteminə bu qədər ciddi-cəhdlə can atılmasının bir qrup insanın maraqlarına xidmət etdiyini ictimailəşdiririk. Bizi bəzən qərəzdə, bəzən də məsələyə düzgün yanaşmamaqda qınayırdılar. Lakin haqq nazilir, üzülmür. Sabiq FIFA referisi Rəhim Həsənovun “Qaynarinfo”ya verdiyi son müsahibə dediklərimizin təsdiqi oldu.

38 yaşında Stuxlikin qərəzi üzündən hakimliklə vidalaşan Həsənov deyir: “Hiss etdim ki, mənə ehtiyac duymurlar. Ehtiyac olmayan yerdə qalmağın heç bir adı yoxdur. Hiss etdim ki, nə təyinat alıram, nə də hansısa oyunlara gedirəm. Əlbəttə, çox çətindir. İstəməzdim belə olsun. 38 yaşım var, hakimlik etmək istəyirdim. Uşaqlıqdan bu peşənin içindəyəm. Əvvəlcə futbol, sonra hakimlik… Açığı, sonun belə olacağına heç inanmazdım. Təəssüf ki, belə alındı, ayrıldım. Bəlkə də gələcəkdə çalışaram. Ancaq indiki komitə ilə işləmək istəmirəm. Necə ki, onlar laqeyid oldular, eyni addımı mən də atmalı idim.

8 il beynəlxalq dərəcəli hakim olmuşam. Qarşıma şərt qoydular ki, çıxmalısan. Dedim, gənc hakim yetişdirirsinizsə, ikiəlli razıyam. İstərdim ki, beynəlxalq arenada bizi cavan və perspektivli hakimlər təmsil etsin. Cavanların qarşısını heç vaxt kəsmək olmaz, ələxsus istedadlıdırsa. Talantlı insanlara dayaq olmaq lazımdır. İndi elə bir dövrdür ki, talantından istifadə edənlər irəli gedir, əks halda isə kənarda qalır. Komitə ilə məsləhətləşdim, dedim ki, elə bir şəxs varsa, məni çıxarın, onu gətirin. Onlar da buna ikiəlli razılıq verdilər və məni aradan çıxardılar. Gördüm, mənə qarşı münasibət dəyişib. Qarşıma şərt qoydular ki, ayda cəmi bir oyun verəcəklər. Ayın sonunda 5-10 manat pul almaq üçün belə təklif etdilər. Mən də bunu özümə sığışdırmadım və hakimlikdən ayrılmaq qərarına gəldim. Kiməsə “yamaq” olmaqdansa bu, daha məqsədəuyğundur.

Frits gələndən sonra bir çox insanlara soyuqluq göstərdi. Bəzi hakimlər var ki, onlar çətinlik çəkirlər. Ad çəkmək istəmirəm, amma bunu görürəm. Çünki futbolun içində olmamağıma baxmayaraq, olanları daim izləyirəm. Onlara qarşı da laqeyd yanaşma var. Bəzi insanlar var ki, buna dözürlər. Mən isə o atmosferdə özümü sərbəst hiss etmədiyim üçün ayrıldım.

Bəzi təcrübəli hakimlər var ki, demək olar, çempionatda görünmürlər. Özünüz də araşdırsanız, görərsiniz ki, 6 tur keçib, ancaq təcrübəli hakimlərə təyinat verilmir. Hakim də oyuna təyinat almadıqca yaddan çıxır. Komitə daxilində ab-hava o qədər korlanıb ki, orada qalmaq istəmədim.

Bəzi mənfi məqamlar var. Məsələn, hakimlər oyunlarda hansısa səhvlər buraxanda Stuxlik deyirdi, “yaxşı eləmisiniz. Səhvlər edin ki, VAR gəlsin”. Bu, çox düşüncəsiz sözdür. Vallah, anlaya bilmirəm. Sən, səhvə yol verib kiminisə haqqını yeyənlərə deyirsən ki, düz eləmisən, VAR gələcək. Çox gülüncdür. Başqa ölkələrdə kimsə belə desə, heç çantasını yığmağa imkan verməzlər, dərhal qovarlar. Bəlkə də sən daxilində o kəlmələri düşünə bilərsən. Amma bu o demək deyil ki, iclaslarda, hakimlərin qarşısında bunu deyəsən. Bir də ən pis məqam odur ki, Stuxlik hakimlərə sərbəstlik verir. Mənfi mənada sərbəstlikdən söhbət gedir. Yəni, çıx nə istəyirsən et, cəza verməyəcəyik. Çünki bunlar VAR-ın Azərbaycana gəlməsi üçündür. Sözlərindən belə başa düşülür ki, VAR-ın Azərbaycana gətirilməsi üçün belə səhvlərə bilərəkdən şərait yaradır. Onun fikrincə, ən yaxşı yol budur”.

Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdu. Müvafiq qurumlardan VAR sisteminin tətbiqi üçün xərclənəcək pullara, imzalanacaq müqaviləyə diqqət göstərməsini, digər ölkələrlə müqayisə etmələrini xahiş edirik. Stuxlik və havadarları VAR-ın gəlməsi üçün bilərəkdən şərait yaradırsa, deməli, ciddi qazanc mənbəyi tapıblar.

AĞA

P.S.: Mövzunu davam etdirəcəyik.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-10-15 15:59

DÇ-2022: Pley-offun püşkatmasının vaxtı bilindi

Digər2021-10-15 15:20

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşdü

Dünya futbolu2021-10-15 14:59

Milli komandada baş məşqçi ayrılığı

Ölkə futbolu2021-10-15 14:12

“Emreli sağlamdır, peyvənd olunub” – Mixneviç

Dünya futbolu2021-10-15 13:54

Ronaldo “Qızıl top”a namizədini açıqladı

Ölkə futbolu2021-10-15 13:37

“Onsuz da Bakıya getmək istəyim yox idi” – Erməni futbolçu

Ölkə futbolu2021-10-15 13:18

“AFFA-da böyük islahatlar aparılmalıdır” – VİDEO

Ölkə futbolu2021-10-15 12:57

Bakıda hakim komitə sədrinin üzünə tüpürdü – QALMAQAL

Ölkə futbolu2021-10-15 12:38

“Neftçi” ilə “Old Spice” arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Ölkə futbolu2021-10-15 12:14

Xudiyev “Spartak” – “Lester Siti” matçına təyinat aldı

Dünya futbolu2021-10-15 11:55

“Mançester Siti”nin zədəlisi sağaldı

Dünya futbolu2021-10-15 11:35

İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-10-15 11:11

Braziliya və Argentina yığmalarından qələbə

Milli komanda2021-10-15 10:55

Azərbaycan – Malta matçının hakimləri bilindi

Dünya futbolu2021-10-15 10:36

“Mançester Siti”də ciddi itki

Dünya futbolu2021-10-15 10:17

Salah “Liverpul”un ən yaxşısı seçildi

Dünya futbolu2021-10-15 09:58

“Barselona” ilə oyundan öncə “Real”da ciddi itki

Dünya futbolu2021-10-15 09:29

Serxio Ramosun debütü ləngiyir

Müsahibə2021-10-15 09:00

“Başqa heç nə ilə izah edə bilmərəm”: Slavik bətsizlikdən şikayətçidir

Dünya futbolu2021-10-14 23:40

Mahir Emrelinin komanda yoldaşı qarət olunub

Dünya futbolu2021-10-14 22:52

Braziliya klubu Kresponu onunla əvəzlədi

Premyer-liqa2021-10-14 22:40

“Sumqayıt”la “Neftçi”nin 36-cı görüşü

Ölkə futbolu2021-10-14 21:39

Mahir Emreli “Legiya”da daha bir qol vurdu

Dünya futbolu2021-10-14 20:54

“Qarabağ”ın rəqibi məşhur futbolçusu ilə vidalaşır

Dünya futbolu2021-10-14 19:17

“Barselona”dan Pedri ilə yeni müqavilə

Dünya futbolu2021-10-14 18:36

PSJ-nin qapıçısı sıradan çıxdı

I Divizion2021-10-14 17:58

“Qarabağ” “Neftçi”yə məğlub oldu

Digər2021-10-14 17:10

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-10-14 16:47

“Sumqayıt”a texniki məğlubiyyət verildi

Müsahibə2021-10-14 16:28

Milli ilə bağlı danışmaq istəməyən Axundov: “Belə durum hər komandada ola bilər”

Ölkə futbolu2021-10-14 16:18

AFFA Gəncədə Futbol Akademiyası inşa etdirəcək

Dünya futbolu2021-10-14 15:46

Super Liqa klubuna transfer qadağası qoyuldu

Ölkə futbolu2021-10-14 15:16

Hakimlərdən laktat testi götürülüb

Dünya futbolu2021-10-14 14:50

“Qəbələ”nin legioneri ölkəsinin millisiylə çempion oldu

Milli komanda2021-10-14 14:15

AFFA: De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək

Ölkə futbolu2021-10-14 13:54

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarında

Ölkə futbolu2021-10-14 13:24

DÇ-2030 İsrail və ona qonşu ölkələrdə keçirilə bilər

Milli komanda2021-10-14 12:52

Monteneqro – Azərbaycan matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-10-14 12:18

Fransa millisinin üzvü həbs olunacaq

Ölkə futbolu2021-10-14 11:28

Kane qışda “Neftçi”ni tərk edə bilər

Dünya futbolu2021-10-14 11:00

“Qarabağ”la oyundan əvvəl “Kayrat”da ciddi narazılıq

Dünya futbolu2021-10-14 10:35

Futbolçular məşqə çıxmaqdan imtina etdilər – maaşları gecikdiyinə görə

Dünya futbolu2021-10-14 10:17

Premyer Liqa matçı koronavirusa görə təxirə salındı

Dünya futbolu2021-10-14 09:59

Krespo Braziliya klubundan istefa verdi

Dünya futbolu2021-10-14 09:32

“İnter” onları İtaliyaya qaytarmaq üçün 100 min avrosundan keçdi

Milli komanda2021-10-14 00:37

“Serbiya ilə oyunda əlimizdən gələni etdik” – De Byazi

Dünya futbolu2021-10-14 00:23

“Milan”da yeni qapıçı

Milli komanda2021-10-13 23:57

Canni De Byazi Kosovo yığmasına rəhbərlik etmək istəyir

Dünya futbolu2021-10-13 23:36

Tarixə düşmək üçün 2 qol bəs etdi

Dünya futbolu2021-10-13 23:18

“Milan”ın qapıçısı 10 həftəlik sıradan çıxdı

Gündəm