Connect with us

Ölkə futbolu

Bakıda hakim komitə sədrinin üzünə tüpürdü – QALMAQAL

-də paylaşıldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxliklə futzal hakimi Ramiz Məhərrəmov arasında dava olub. Hadisə hakimlərdən test götürülərkən baş verib.

Komitə sədrinin Məhərrəmova yüksək tonla irad bildirməsi onun xoşuna gəlməyib və beləliklə tərəflər arasında gərginlik yaşanıb. Bu zaman hətta hakimin avstriyalının üzünə tüpürdüyü bildirilir.

Xəbəri dəqiqləşdirmək üçün böyük futbolda və futzal çempionatlarında idarəçilik etmiş Ramiz Məhərrəmovla əlaqə saxladıq. Təcrübəli hakim Fanat.Az-a açıqlamasında məlumatı təsdiqlədi:

“Düz eşitmisiz, aramızda gərginlik yaşandı. Hadisə iki gün əvvəl oldu. Qaçış normativi zamanı az qaçdım. Amma hələ mənim ikinci şansım vardı, ikinci testdə onu yerinə yetirə bilərdim. Acığımdan dedim qaçmıram. Mənimlə yüksək tonla danışmağa başladı. İkiqat cavabını verdim. Xətdə məndən sonrakına, məndən az qaçana sarı vərəqə göstərilməli olduğu halda, mənə xəbərdarlıq etdi. Yanaşma hamıya eyni deyil. İkili münasibət var. Stuxlik gələn gündən mənimlə prinsip aparır. Böyük futbolda premyer liqada hardasa, 130 oyuna ehtiyat hakim getmişəm. Fariz Yusifovun, Vüsal Əliyevin, Əliyar Ağayevin köməkçisi olmuşam. Stuxlik təzə gələndə oyunuma baxmışdı, bəyənmişdi. İmtahanları da vermişdim. Dörd turdan sonra mənə dedi ki “sən 19 yaşlılara kimi oyun idarə edə bilərsən”. Səbəbini soruşdum. Deyir “sənin 37 yaşın var”. Dedim “məni ərə verirsən? Mənim işimə bax da, yaşımı neynirsən? Hələ 9 il də hakimlik edə bilərəm”.

Böyük futbolda onun əlindən baş götürüb getdim futzala. Orda da mənimlə prinsip aparırdı. Bazardan gələn çempionatda dörd oyun idarə edib, mən birini. Bütün ixtiyar onun əlindədir, kimdən xoşu gəlmirsə, “qələmini qırır”. Sonuncu qurbanı Rəhim Həsənov idi.
Özünə dedim ki “sən düz etmirsən. Bu qədər hakimin gözü qarşısında mənə haqsızlıq edirsən”. Söz yox ki, bizim hakimlər səsini çıxaran deyil. Bizdə birlik yoxdur. 20 ildi hakimlikdəyəm, birlik görməmişəm. Ona görə də gələn-gedən təcrübəli hakimləri bir-bir aradan götürür.

Bundan sonra necə olacaq? Stuxlikə kimsə nəsə deyəndə onu hakimlikdən uzaqlaşdırır, o ki qalıb mənə – aramızda o cür mübahisə yaşandı. Yəqin ki, hər şey bitdi. Departament rəhbəri Cavid Cəlilov da orda idi. Onun vasitəsilə Stuxlikə çatdırdım ki, Allah deyilsən. Ondan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da şikayət edəcəyəm.

Bizdən elə normativlər tələb edir ki… 2 il pandemiya olub, nə zal, nə məşq görmüşük. Elə bilir bura Avstriyadır. Onun tələb etdiyi kimi, gündə iki məşq etmək üçün kartof-soğan yeməməlisən, normal vitaminizasiya olmalıdır. Gündə 600-700 qram meyvə yeməyə hamının imkanı yoxdur. Dirəşib ki, mən nə deyirəm, o da olmalıdır. Realıq da var axı. Bundan əvvəl başımızın üstündə Elçin Məmmədov var idi. Onun da “torbasını tikdilər”, getdi. Özümüzünkülər “tikdi”. Nə isə, sözüm onda deyil, Stuxlik təzə gələndə, elə birinci gün bizimlə ingiliscə danışırdı. Elçin ona dedi ki, biz Azərbaycanda yaşayırıq. Tərcüməçi olmasa, çətinlik yaranacaq. Cavabı nə olsa yaxşıdır? “Mən Azərbaycan dilində danışan deyiləm, siz ingiliscə öyrənin”. And olsun rəbbimizə, olanı deyirəm. Nə istəyir, onu da edir. Onun dediyi odur ki, nə deyirəmsə, ikinci söz olmamalıdır. Axı sən camaatın haqqını yeyirsən, necə cavab verməyim?” (Fanat.az)

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-07 02:30

“Arsenal” “Everton”a məğlub oldu

Dünya futbolu2021-12-07 02:09

“Atletik” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-07 01:43

“Empoli”dən inamlı qələbə

Dünya futbolu2021-12-06 23:40

“Göztəpə”dən çətin qələbə

Ölkə futbolu2021-12-06 22:45

“Qəbələ” Tiflisdə dördüncü oldu

Dünya futbolu2021-12-06 21:47

MY-nin yeni baş məşqçisi Premyer Liqanın tarixinə düşdü

Digər2021-12-06 17:48

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2021-12-06 17:34

“Bizi “Qarabağ”la finala bərabər oyun gözləyir”

I Divizion2021-12-06 16:18

“Kəpəz” məğlubiyyətdən son dəqiqədə xilas oldu

Dünya futbolu2021-12-06 15:50

“Real”da Qaret Beyl sıraya döndü

Ölkə futbolu2021-12-06 15:27

UEFA yenə “Qarabağ”dan yazdı

Dünya futbolu2021-12-06 14:52

“Trabzonspor” milli üzvü ilə razılığa gəldi

Dünya futbolu2021-12-06 14:26

“Beşiktaş” “Borussiya” ilə ÇL matçına ciddi itkilərlə çıxacaq

Ölkə futbolu2021-12-06 13:19

“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

Dünya futbolu2021-12-06 13:00

Super Liqada mövsümün rekordu qeydə alındı

Ölkə futbolu2021-12-06 12:48

“Qol vurmaqla iş bitmir” – Bəxtiyar Həsənalızadə

Dünya futbolu2021-12-06 12:29

“Real” ÇL matçına ciddi itki ilə çıxacaq

Dünya futbolu2021-12-06 12:00

0:5-dən sonra istefaya göndərildi

Dünya futbolu2021-12-06 11:46

“Bu qələbəyə çox ehtiyacımız var idi” – Namik Ələskərov

Dünya futbolu2021-12-06 11:31

Mançini 2021-ci ilin ən yaxşısı elan olundu

Ölkə futbolu2021-12-06 11:14

“Qarabağ”dan 8-ci qış çempionluğu

Milli komanda2021-12-06 11:00

Millimizin Dubay toplanışı üçün yekun heyəti açıqlandı

Premyer-liqa2021-12-06 10:44

Mövsümdə ilk, tarixdə 25-ci

Premyer-liqa2021-12-06 10:31

“İnanıram ki, ən qısa zamanda hər şey yoluna düşəcək”

Ölkə futbolu2021-12-06 10:15

Turun qalibləri zirvədə

Dünya futbolu2021-12-06 09:56

Əliyevli “Ufa” Moskvadan xalsız döndü

Dünya futbolu2021-12-06 09:28

Mahirli “Legiya” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-06 09:00

Əhmədzadənin komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-12-06 02:27

Lion “Olimpik”i səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-06 02:04

“Valensiya” səfərdə qələbə qazandı

Dünya futbolu2021-12-06 01:47

“Yuventus”la “Latsiodan inamlı qələbə

Dünya futbolu2021-12-06 00:16

“Mançester Yunayted”dən qələbə, “Tottenhem”dən darmadağın

Dünya futbolu2021-12-05 23:57

“Borussiya” darmadağına üzüldü

Dünya futbolu2021-12-05 23:40

“Fənərbaxça” və “Başakşəhər” darmadağınla qalib gəldi

Dünya futbolu2021-12-05 22:10

Ələskərov “Bursaspor”da daha bir qol vurdu

Dünya futbolu2021-12-05 21:51

“Qarabağ”ın rəqibi evdə xal itirdi

Premyer-liqa2021-12-05 21:24

“Qəbələ” Zirədən 3 xalla döndü – VİDEO

Premyer-liqa2021-12-05 21:00

Elmar Baxşıyev: “İddiamızı ortaya qoyacağıq”

Premyer-liqa2021-12-05 20:52

Rəşad Sadıqov: “Mən tərəfdən hakimə nə təhqir, nə də sərt ifadə olub”

Ölkə futbolu2021-12-05 20:10

“Neftçi” xal itirdi, “Zirə” “Qəbələ”yə uduzdu

Premyer-liqa2021-12-05 19:33

“Sumqayıt”la “Neftçi”dən qolsuz heç-heçə – VİDEO

Premyer-liqa2021-12-05 18:43

Samir Abasov: “Heç kimdə günah yoxdur”

Premyer-liqa2021-12-05 18:28

“Qapımız qarşısında təhlükəli vəziyyətə imkan vermədik”

Dünya futbolu2021-12-05 18:00

Quliyevli “Arsenal”dan qələbə

Dünya futbolu2021-12-05 17:32

“Traktor” evdə xalsız qaldı

Digər2021-12-05 17:23

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-05 16:57

Jurnalistlər onu ilin ən yaxşı futbolçusu elan etdilər

Dünya futbolu2021-12-05 16:25

Felipe Melo klubsuz qaldı

Dünya futbolu2021-12-05 15:42

“Çelsi”də ciddi itki

Dünya futbolu2021-12-05 15:13

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Gündəm