Connect with us

Ölkə futbolu

AFFA-dakıların arxasında Rusiya, Amerika, Fransa, İran durub?

-də paylaşıldı

Son həftələr futbol aləmində nisbi aktivlik müşahidə edilir. Bir günlük bölgə gəzintisi bir həftəlik kimi təqdim edilir, AFFA ideoloji təbliğatını gücləndirməyə çalışır, milli/yığmaların biabırçı nəticələri fonunda tez-tələsik bölgədə akademiya inşası anonsu verilir…

15 ildi yad gözlə baxılan, yadlaşan bölgələr indi “yada” düşüb.Top çiləyə-çiləyə Berlini fırlanıb, nəhəng Avropa klublarının “pokazuxa-məktəblərini” Bakı dalanlarında açıb eddilləri, höccətləri, arsenləri “yetişdirəndən” sonra qayğıya ehtiyacı olan doğma balalar sabaha “ümidləndirilir”…

Hər il – bir yaş qrupu, yüzlərlə, minlərlə futbolçu potensialı deməkdir. 15 il – ardıcıllıqla itirilən 15 yaş qrupları edir!

AFFA ideoloqları özləri özlərini vururlar. Deməli, zamanında bunları etmək olardı və davamlı, daha artığı planlı şəkildə edilməliydi. Dünən federasiya rəhbərliyinə gəlinməyib ki, indi cəhd göstərilsin, addımlar atılsın?!

Əməldən öncə niyyətdir… Əməl – niyyətə bağlıdır!

Niyyət futbol deyil, vəziyyətdən şütüyüb növbəti dəfə yerlərinin, vəzifələrin qorunmasıdır. Dünən lippertlərlə, stuxliklərlə fotosesiyalar, bu gün top-klubların formasında(!) olan balaca, məsum uşaqlar, kağız üzərində olan 200 min futbolçunun bölgə “axtarışı”.

Azərbaycan futbolu süni olaraq Qarabağ probleminə çevrilib. Lənkəran, İmişli, Yevlax, Zaqatalanın müasir stadionlarından insanlar qovulub, futbol qaçqını-köçgününə çevrilib. Masallı, Bərdə, Şirvan, Qusar stadionlarının baxımsızlıqdan adı qalıb. Şəmkir, “Bakı” komplekslərindən danışmağa dəyməz, Ağdam “İmarət”inin, Füzuli, Cəbrayıl, Zəngilan stadionlarının aqibətini yaşayır(b)lar…

Qarabağ düşmənçiliyini edənlər bəllidir, futbolda düşmən(lər) kimi düşmənçilik niyə edilsin ki?! Farsları 30 yaşında milliləşdirib yığmada “gənc” azərbaycanlı adıyla oynadanlar tək futbol adına deyil, Azərbaycan xalqının sağlam genefonduna, gələcəyinə qarşı edilən düşmənçilikdir!

Futbol cavabdehləri 5-10 il də dövranlarını sürsələr, 30 ili haqlayacaqlar. 30 il – bir futbolçunun tam karyerası deməkdir!

“Uşaq futbolu”, “əcnəbi/yerli baş məşqçi”, “milliləşdirmə”… 15 ildir eyni mövzular müzakirə edilir. Bu məsələlərin, futbolun kompleks halda həlli üçün ilk öncə daxili futbol düşmənləri, “sapı özümüzdən olan baltalar” futboldan yox edilməlidir ki, yenidən iş başlanılsın. Onsuz da qızıldan qiymətli illər itirilib, çox gecikilib…

Müzakirələrdən keçib artıq, qəti addımlar zamanıdır. Bir il öncə Qarabağda olduğu kimi…

Vaxtilə ordunun baş qərargahındakı vəziyyət AFFA-nın özündə, baş katibliyində tüğyan edir.

Bir-iki “hədiyyə” ilə pak balalarımız aldadılmasın, millət sadəlövh deyil, bu xalq Şuşa qalasına əliyalın qalxan mərd xalqdır!

AFFA-da islahatlar, kadr dəyişikliyi nə böyük problem olub? Arxalarında Rusiya, Amerika, Fransa, İran durub?

Dövlətin qayğısı, 100 milyonlarla vəsaitin ayrılması fonunda 15 ilin futbol dağıdıcılığı bəs etmədi?

Federasiyada ilk öncə qanun çərçivəsində müvafiq qurumların yoxlanışları aparılmalıdır.

Kabinet oyunlarına son verilməlidir!

Jurnalistlər, az sayda davamlı sözünü deyən futbol adamları, narazılığını bildirən azarkeş ordusu haqq səsini ucaldacaq, gizlənənlər sonda önə çıxıb “biz varıq” deyəcək?!

Artıq indikilərlə, yeni iddialılarla sövdələşmələrə, kabinet davalarına start verilib. Belə yanaşma, hiyləgər təfəkkürlə sabahın futbolu dirçələcək?

Son günlər çox danışılır – “sözünü deyənlər azdır”. Azərbaycan futbolunda söz sahibi olanlar heç vaxt çox olmayıb. Futbol represiyalarına uğrayanlar da onlar olub.

Gözləmə mövqeyidir, növbə tutulur, ağalarına son “təpik” vuran yaltaqlar birdən üzə çıxacaqlar, məsələlər 99% həll ediləndən sonra.

Belələri çox “sınaqdan” çıxıb, ağalarının kim(lər) olduğu önəmli deyil, əsas, “sür dərəyə” sözünü eşitmək, icra etməkdir. Bilirlər ki, futbol olmasa da, onlara “tələbat” həmişə var.

Futbol zarafatı sevmir! Futbolla zarafat edənləri futbol sonda əzir, rəzil edir, nüfuzdan salır, ayaqlar altına atır, pula, vəzifələrə baxmır. Təəssüf ki, onlarla birgə ölkə futbolu da çökür, dərənin dibinə yuvarlanır, məhv edilir.

Azərbaycan futbolunda böyük futbolla həvəskar futbol arasında sədd götürülüb. Bunu edən cavabdeh futbol beyinləridir. Bacardıqları budur. Azərbaycan futboluna, bölgələrimizə peşəkar futbol, klublar lazımdır. Həvəskar futbolla, həvəskar düşüncəylə böyük futbol olmur!

Müşahidələr onu göstərir ki, “getsinlər” baş verəcəksə, sonra nə baş verəcəyi dərk edilmir.

Plansız, proqramsız, analitik beyinlərsiz, qəti addımlarsız futbola gəlmək utopiyadır, yenidən 5-10 il futbolun başında eksperimentlərin aparılması deməkdir. Eyforiyaya heç kim qapılmasın. Futbol əmrlə oynanılmır!

TAHİR SÜLEYMANOV

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-07 02:30

“Arsenal” “Everton”a məğlub oldu

Dünya futbolu2021-12-07 02:09

“Atletik” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-07 01:43

“Empoli”dən inamlı qələbə

Dünya futbolu2021-12-06 23:40

“Göztəpə”dən çətin qələbə

Ölkə futbolu2021-12-06 22:45

“Qəbələ” Tiflisdə dördüncü oldu

Dünya futbolu2021-12-06 21:47

MY-nin yeni baş məşqçisi Premyer Liqanın tarixinə düşdü

Digər2021-12-06 17:48

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2021-12-06 17:34

“Bizi “Qarabağ”la finala bərabər oyun gözləyir”

I Divizion2021-12-06 16:18

“Kəpəz” məğlubiyyətdən son dəqiqədə xilas oldu

Dünya futbolu2021-12-06 15:50

“Real”da Qaret Beyl sıraya döndü

Ölkə futbolu2021-12-06 15:27

UEFA yenə “Qarabağ”dan yazdı

Dünya futbolu2021-12-06 14:52

“Trabzonspor” milli üzvü ilə razılığa gəldi

Dünya futbolu2021-12-06 14:26

“Beşiktaş” “Borussiya” ilə ÇL matçına ciddi itkilərlə çıxacaq

Ölkə futbolu2021-12-06 13:19

“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

Dünya futbolu2021-12-06 13:00

Super Liqada mövsümün rekordu qeydə alındı

Ölkə futbolu2021-12-06 12:48

“Qol vurmaqla iş bitmir” – Bəxtiyar Həsənalızadə

Dünya futbolu2021-12-06 12:29

“Real” ÇL matçına ciddi itki ilə çıxacaq

Dünya futbolu2021-12-06 12:00

0:5-dən sonra istefaya göndərildi

Dünya futbolu2021-12-06 11:46

“Bu qələbəyə çox ehtiyacımız var idi” – Namik Ələskərov

Dünya futbolu2021-12-06 11:31

Mançini 2021-ci ilin ən yaxşısı elan olundu

Ölkə futbolu2021-12-06 11:14

“Qarabağ”dan 8-ci qış çempionluğu

Milli komanda2021-12-06 11:00

Millimizin Dubay toplanışı üçün yekun heyəti açıqlandı

Premyer-liqa2021-12-06 10:44

Mövsümdə ilk, tarixdə 25-ci

Premyer-liqa2021-12-06 10:31

“İnanıram ki, ən qısa zamanda hər şey yoluna düşəcək”

Ölkə futbolu2021-12-06 10:15

Turun qalibləri zirvədə

Dünya futbolu2021-12-06 09:56

Əliyevli “Ufa” Moskvadan xalsız döndü

Dünya futbolu2021-12-06 09:28

Mahirli “Legiya” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-06 09:00

Əhmədzadənin komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-12-06 02:27

Lion “Olimpik”i səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-06 02:04

“Valensiya” səfərdə qələbə qazandı

Dünya futbolu2021-12-06 01:47

“Yuventus”la “Latsiodan inamlı qələbə

Dünya futbolu2021-12-06 00:16

“Mançester Yunayted”dən qələbə, “Tottenhem”dən darmadağın

Dünya futbolu2021-12-05 23:57

“Borussiya” darmadağına üzüldü

Dünya futbolu2021-12-05 23:40

“Fənərbaxça” və “Başakşəhər” darmadağınla qalib gəldi

Dünya futbolu2021-12-05 22:10

Ələskərov “Bursaspor”da daha bir qol vurdu

Dünya futbolu2021-12-05 21:51

“Qarabağ”ın rəqibi evdə xal itirdi

Premyer-liqa2021-12-05 21:24

“Qəbələ” Zirədən 3 xalla döndü – VİDEO

Premyer-liqa2021-12-05 21:00

Elmar Baxşıyev: “İddiamızı ortaya qoyacağıq”

Premyer-liqa2021-12-05 20:52

Rəşad Sadıqov: “Mən tərəfdən hakimə nə təhqir, nə də sərt ifadə olub”

Ölkə futbolu2021-12-05 20:10

“Neftçi” xal itirdi, “Zirə” “Qəbələ”yə uduzdu

Premyer-liqa2021-12-05 19:33

“Sumqayıt”la “Neftçi”dən qolsuz heç-heçə – VİDEO

Premyer-liqa2021-12-05 18:43

Samir Abasov: “Heç kimdə günah yoxdur”

Premyer-liqa2021-12-05 18:28

“Qapımız qarşısında təhlükəli vəziyyətə imkan vermədik”

Dünya futbolu2021-12-05 18:00

Quliyevli “Arsenal”dan qələbə

Dünya futbolu2021-12-05 17:32

“Traktor” evdə xalsız qaldı

Digər2021-12-05 17:23

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-05 16:57

Jurnalistlər onu ilin ən yaxşı futbolçusu elan etdilər

Dünya futbolu2021-12-05 16:25

Felipe Melo klubsuz qaldı

Dünya futbolu2021-12-05 15:42

“Çelsi”də ciddi itki

Dünya futbolu2021-12-05 15:13

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Gündəm