Connect with us

Ölkə futbolu

“Qəbələ”ylə “Zirə” dövrəni şərik bitirdi

-də paylaşıldı

Premyer Liqada ilk dövrənin son turu qollu başladı. Milli komandaların oyunlarına görə yaranan fasilə bitincə 7-ci turun iki oyunu reallaşdı və meydan sahibləri qələbəyə həsrət qaldı.

Özünə gəlməkdə olan “Keşlə” “Səbail”lə matçda çətin qələbə qazandı. Süni örtüklü meydanda oynamağa adət etmiş komandaların Bayıldakı dueli də süni keçdi. Meydanda mübarizə olsa da, rəqiblərin parlaq futbol sərgilədiyini deyə bilmərik. Amma imkanları daha düzgün dəyərləndirən qonaqlar turnir vəziyyətini xeyli yaxşılaşdıran nəticə qazandı. Mövsümün startından ən zəif kollektivi təsiri bağışlayan “Səbail” isə yavaş-yavaş layiq olduğu pilləyə yuvarlanır.

Qəbələdəki matç daha dinamik alındı. Hər hissədə komandalardan biri üstün futbol sərgilədi, hesab da buna uyğun oldu.

“Qəbələ” əbəs yerə liderlər qrupunda olmadığını məhz bu turda isbatlamalıydı. Ötən tur “Qarabağ”dan alınan ilk məğlubiyyət gözlənilən olsa da, mövcud heyət digər rəqiblərlə başabaş mübarizə aparmağa imkan verməliydi. Amma Elmar Baxşıyevin yetirmələri fasiləyə kimi bunu bacarmadı. Öndə pressinq edən “Zirə” ağıllı taktika sayəsində həm rəqibə öz futbolunu sərgiləməyə imkan vermədi, həm də əlinə düşən fürsəti dəyərləndirdi.

Baxmayaraq ki, hesab hansısa düşünülmüş kombinasiyadan sonra yox, künc zərbəsinin ardından açıldı. Baş məşqçi Rəşad Sadıqovun kapitanlıq sarğısını etibar etdiyi 18 yaşlı müdafiəçi Cəlal Hüseynov stopperlərə yaraşan tərzdə dəqiq baş zərbəsi endirdi. Və bəlkə də “qartallar”ın bu oyunda əsas qazancı bir xal yox, məhz belə gənclərin etimadı doğrultmasıdı.

Fasilədən sonra isə oyunun ssenarisi dəyişdi. “Qəbələ”ni dayandırmaq üçün pressinq tətbiq edib böyük güc itirən “Zirə”nin yorulacağı gözlənilən idi. Üstəlik, Baxşıyev Stefan Vukçeviçi Ülvi İsgəndərovla əvəzləməklə hücumda fəallığı artırdı. Nəticədə həmlələrini çoxaldan “Qəbələ” layiq olduğu bərabərlik qolunu vurdu. Qonaqlarda edilən oyunçu dəyişiklikləri komandanı gücləndirməyincə xal itkisi qaçılmaz oldu.

Matçda xoşagəlməz hadisələr də yaşandı. Oyun bitincə Ehtiram Şahverdiyevlə Dmitrios Çantakiasın dalaşması, rəqibinə kəllə atan birincinin qırmızı vərəqə alması oyunun gərgn ab-havasının nəticəsi idi. Nə bu olaylar, nə də “Qəbələ” nin kapitanı Asif Məmmədovun əvəzlənərkən kapitan sarğısını yerə atması örnək göstəriləsi hərəkətlər deyildi. Ümid edirik, klublar futbolçuları barədə lazımi ölçünü götürəcək.

Turun bu gün baş tutacaq oyunlarının nəticələrindən asılı olmayaraq, “Qəbələ”ylə “Zirə”nin dövrəni 3-cü pilləyə şərik olaraq bitirəcəyi dəqiqdi. Bu bərabərlik onlara əsas izləyicilərlə aradakı məsafəni qorumağa imkan verəcək.

AĞA

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-12-05 02:40

“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-12-05 02:02

PSJ səfərdə xal itirdi

Dünya futbolu2021-12-05 01:56

“Barselona” uduzdu, “Real” qalib gəldi

Dünya futbolu2021-12-05 01:39

“Milan” qalib gəldi, “Roma” “İnter”ə, “Napoli” “Atalanta”ya uduzdu

Dünya futbolu2021-12-04 23:57

“Borussiya” “Bayern”ə evdə uduzdu

Dünya futbolu2021-12-04 23:44

“Çelsi” uduzdu, “Liverpul”la “Mançester Siti” qalib gəldi

Dünya futbolu2021-12-04 22:05

“Qalatasaray” “Altay”la ev oyunundan 1 xalla ayrıldı

Ölkə futbolu2021-12-04 22:04

AFFA-dan yubilyara təbrik

Premyer-liqa2021-12-04 21:10

“Qarabağ” 3 xalı 5 qolla qazandı – VİDEO

Premyer-liqa2021-12-04 20:50

“Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik”

Premyer-liqa2021-12-04 20:37

Murad Musayev: “Qarabağ” layiqli qələbə qazandı”

Premyer-liqa2021-12-04 20:06

“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi

Ölkə futbolu2021-12-04 19:51

“Qarabağ”da Kevin Medina şoku

Premyer-liqa2021-12-04 19:34

Sənan Qurbanov: “Sona 10 saniyə qalmış qol buraxmaq pis təsir edə bilər”

Premyer-liqa2021-12-04 19:14

“Qələbəyə bərabər heç-heçə əldə etdik”

Ölkə futbolu2021-12-04 18:56

Autsayderlərin duelində 4 qol – VİDEO

Dünya futbolu2021-12-04 17:35

“Beşiktaş”da daha bir ciddi itki – 3 ay oynamayacaq

Digər2021-12-04 16:51

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-04 16:17

UEFA 8 klubu cərimələdi, FİFA 1 kluba qadağa qoydu

Premyer-liqa2021-12-04 15:30

“Səbail” “Keşlə” ilə matça dörd itki ilə çıxacaq

Dünya futbolu2021-12-04 15:05

İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

Dünya futbolu2021-12-04 14:34

Premyer Liqa matçına itlərlə çıxdılar

Dünya futbolu2021-12-04 14:02

Serxio Ramos yenidən zədələndi

Premyer-liqa2021-12-04 13:27

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-12-04 12:56

Moldova milli komandasında yeni baş məşqçi

Dünya futbolu2021-12-04 11:36

“Mahirlə Pexartın yenə birlikdə oynamaq şansı var”

Dünya futbolu2021-12-04 10:57

Dadaşov “Şalke”nin əsas komandasına cəlb olundu

Dünya futbolu2021-12-04 09:58

Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Dünya futbolu2021-12-04 09:28

Nazarovlu “Ersgebirge” 4 qola üzüldü

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-03 15:23

“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Dünya futbolu2021-12-03 15:00

Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Ölkə futbolu2021-12-03 14:36

“Səbail” rəsmisinə 15 oyunluq cəza verildi

I Divizion2021-12-03 14:18

Divizion komandalarının da cəzası açıqlandı

Digər2021-12-03 14:00

AFFA rəhbərliyinin biznes obyekti əlindən alındı: adı futbolun, dadı Abdullayevin

Premyer-liqa2021-12-03 13:49

“Neftçi”ni azarkeşləri, “Keşlə”, “Qəbələ” və “Zirə”ni futbolçuları ziyana saldı

Gündəm