Connect with us

Ölkə futbolu

Hamı qol vurdu, qonaqlar uduzmadı

-də paylaşıldı

Çempionatda məğlubiyyətsiz yeganə komanda “Qarabağ” və qələbəsiz tək kollektiv “Sabah” – ilk dövrənin bitiş matçına bu statistika ilə çıxan rəqiblərin hansının favorit olduğunu müəyyənləşdirmək çətin deyildi. Nəticə də gözlənildiyi kimi alındı və ağdamlılar vahid lider kimi yoluna davam etdi.

Lakin oyunu izləyənlər rəqiblər arasında böyük səviyyə fərqi görmədi. Bəlkə də “Qarabağ”ın əksər oyunçuları millidən yoğrun döndüyü üçün “Sabah”la oyunda komanda diqtə edən tərəf deyildi. Ərazi üstünlüyü, topa sahibolma baxımından ağdamlılar üstün olsa da, böyük fərqdən danışa bilmərik. Paytaxt təmsilçisinin bir saatdan artıq müddətdə azlıqda oynamasını nəzərə alsaq, 1:2 hesablı məğlubiyyət başadüşüləndi.

Xulio Rodriges yolverilməz səhvdən sonra meydandan qovulunca “Qarabağ” təzyiqi artırdı, fasiləyə kimi hesabı açdı. İkinci hissə başlayan kimi ikinci qol vuruldu, ağdamlılarda təbii arxayınlıq yarandı. Və məhz bundan sonra “Sabah” nisbətən fəallaşdı, fərqi azaltdı, daha bir neçə qol epizodu yaratdı. Təcrübəsi hesabına qələbə hesabını qoruyan “Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırdı. Bu, “Kayrat”la Konfrans Liqası matçı öncəsi əla statistikadı, davam etməsi daha yaxşı olar.

7 oyuna cəmi 1 xal toplayan “Sabah”da durum bəllidi. Hər matçdan sonra baş məşqçi Ramin Quliyevin istefası gündəmə gəlir, hər dəfə də rəhbərliyin ona dəstək verdiyi aydınlaşır. Dünənki matça görə onu qınamağın mənası yoxdu – həm rəqib çox güclü idi, həm də hücumçusu lüzum olmayan epizodda yersiz hərəkət edib yoldaşlarını çətin vəziyyətdə qoydu. Quliyevin əsl sınağı qışa qədər qalan oyunlarda olacaq. Son pillədən qurtulmaq üçün mümkün qədər xal toplanmasa, dəyişiklik qaçılmazdı.

Dünən baş tutan digər oyunda “Neftçi”nin qələbə seriyası bitdi. Bakılılar 3 oyundan sonra Sumqayıtda xal itirdi və liderdən 3 xal geri düşdü. “Sumqayıt”ın qələbəsiz oyunlar seriyası davam etsə də, komanda 422 dəqiqədən sonra qol vurmağ bacardı. Murad Xaçayevin meydan boyu irəliləyib fərqlənməsinə mane ola bilməyən qonaqların müdafiə planında qüsurları aşkar göründüsə, “kimyaçılar”ın da  əks-hücumda necə keyfiyyətli oynadığı aydınlaşdı. Ötən mövsümkü oyunu sərgiləyə bilməyən Ayxan Abbasovun yetirmələrinin Əli Qurbanidən asılılığı nəticələrə təsir göstərir. İranlı forvard həddindən çox zədələnir, dünən də matçı sona çatdıra bilmədi. Əvəzində komanda əsas müdafiəçilərini itirməsinə rəğmən, müdafiə planında yaxşı oynayır.

“Neftçi” buraxdığı qolun şokundan tez ayıldı. Gəl ki, bərabərik qolunu transfer edilən saysız-hesabsız hücumçular yox, ötən mövsümün qəhrəmanlarından olan Sabir Buqrin, həm də fərdi bacarığı hesabına vurdu. Yeni oyunçular hələ ansambla tam uyğunlaşmayıb. Belə büdrəmələr “Qarabağ”la rəqabətdə yolverilməzdi. Bəldə də Samir Abasov dünənki oyundan sonra fərqli mövzulardan danışmaqla xal itkisini unutdurdu, ancaq reallıqda mövsümün taleyi məhz belə matçlarda həll olunur. Meydanda mübarizə, dinamik oyun var idi, rəqiblərin hər ikisi istənilən anda qol vura bilərdi. Lakin yekun nəticə də ədalətli sayılmalıdı.

Son turda hamı qol vurdu və cəmi iki komanda xalsız qaldı. Deməli, rəqiblər arasında ciddi fərq yoxdu, avrokuboklara vəsiqə uğrunda sonadək qızğın mübarizə izləyəcəyik.

AĞA

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-05 12:06

Huşunu itirən “Barselona”lı futbolçunun son durumu bilindi

Ölkə futbolu2021-12-05 11:47

“Vurduğum qola görə şadam, amma nəticəyə görə yox”

Ölkə futbolu2021-12-05 10:35

“Qəbələ” Gürcüstanda bürünc medal qazana bilər

Dünya futbolu2021-12-05 10:00

Dadaşov “Şalke”nin əsas komandasında debüt etdi

Dünya futbolu2021-12-05 09:30

Nuriyevin komandasından səfər qələbəsi

Ölkə futbolu2021-12-05 09:00

5 oyunluq seriyaya 5 qolla son: “Qarabağ” qış çempionudur

Ölkə futbolu2021-12-05 02:40

“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-12-05 02:02

PSJ səfərdə xal itirdi

Dünya futbolu2021-12-05 01:56

“Barselona” uduzdu, “Real” qalib gəldi

Dünya futbolu2021-12-05 01:39

“Milan” qalib gəldi, “Roma” “İnter”ə, “Napoli” “Atalanta”ya uduzdu

Dünya futbolu2021-12-04 23:57

“Borussiya” “Bayern”ə evdə uduzdu

Dünya futbolu2021-12-04 23:44

“Çelsi” uduzdu, “Liverpul”la “Mançester Siti” qalib gəldi

Dünya futbolu2021-12-04 22:05

“Qalatasaray” “Altay”la ev oyunundan 1 xalla ayrıldı

Ölkə futbolu2021-12-04 22:04

AFFA-dan yubilyara təbrik

Premyer-liqa2021-12-04 21:10

“Qarabağ” 3 xalı 5 qolla qazandı – VİDEO

Premyer-liqa2021-12-04 20:50

“Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik”

Premyer-liqa2021-12-04 20:37

Murad Musayev: “Qarabağ” layiqli qələbə qazandı”

Premyer-liqa2021-12-04 20:06

“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi

Ölkə futbolu2021-12-04 19:51

“Qarabağ”da Kevin Medina şoku

Premyer-liqa2021-12-04 19:34

Sənan Qurbanov: “Sona 10 saniyə qalmış qol buraxmaq pis təsir edə bilər”

Premyer-liqa2021-12-04 19:14

“Qələbəyə bərabər heç-heçə əldə etdik”

Ölkə futbolu2021-12-04 18:56

Autsayderlərin duelində 4 qol – VİDEO

Dünya futbolu2021-12-04 17:35

“Beşiktaş”da daha bir ciddi itki – 3 ay oynamayacaq

Digər2021-12-04 16:51

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-04 16:17

UEFA 8 klubu cərimələdi, FİFA 1 kluba qadağa qoydu

Premyer-liqa2021-12-04 15:30

“Səbail” “Keşlə” ilə matça dörd itki ilə çıxacaq

Dünya futbolu2021-12-04 15:05

İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

Dünya futbolu2021-12-04 14:34

Premyer Liqa matçına itlərlə çıxdılar

Dünya futbolu2021-12-04 14:02

Serxio Ramos yenidən zədələndi

Premyer-liqa2021-12-04 13:27

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-12-04 12:56

Moldova milli komandasında yeni baş məşqçi

Dünya futbolu2021-12-04 11:36

“Mahirlə Pexartın yenə birlikdə oynamaq şansı var”

Dünya futbolu2021-12-04 10:57

Dadaşov “Şalke”nin əsas komandasına cəlb olundu

Dünya futbolu2021-12-04 09:58

Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Dünya futbolu2021-12-04 09:28

Nazarovlu “Ersgebirge” 4 qola üzüldü

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Ölkə futbolu2021-12-03 20:29

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

Müsahibə2021-12-03 19:23

Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

Digər2021-12-03 18:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-03 18:19

“Liverpul” Benzemanı transfer etmək istəyir

Premyer-liqa2021-12-03 17:33

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Ölkə kuboku2021-12-03 17:11

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Premyer-liqa2021-12-03 16:52

Turun mərkəzi oyunu FİFA referisinə tapşırıldı

Milli komanda2021-12-03 16:37

10 ay təkcə de Byaziyə verilən vaxt deyil

Dünya futbolu2021-12-03 16:23

PSJ azarkeşlərinə görə cəzalandı

Dünya futbolu2021-12-03 15:46

“Napoli”nin müdafiəçisi 3 aylıq sıradan çıxdı

Gündəm