Connect with us

Ölkə futbolu

14 ildi yada düşməyən Gəncə: görüntü xatirinə cızılan akademiya planı

-də paylaşıldı

14 illik şirin yuxudan ayılıblar və atdıqları addımlarla özləri özlərini ifşa edirlər. Əməlləri futbol ictimaiyyətini haqlı çıxarır. Bir həftə ərzində az qala bütün bölgələrə getmək, uşaq futboluna diqqət yetirmək olursa, deməli, ötən 14 ildi daha çox iş görmək olardı. Və səfərlər indiyə qalıbsa, bu, artıq futbolu sevməyin, inkişafı istəməyin deyil, quyruğun qapı arasında qalması üzündən yaranan ağrının, narahatlığın nəticəsidi.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli komandanın oyunları ərəfəsində bu səfərləri etməklə gözlənilən məğlubiyyətlərin gətirəcəyi narazılığı yumşaltmaq niyyəti güdürdü. Alınmadı, hamı Azərbaycan futbolunun qatilini yaxşı tanıyır, daha belə “şou proqramlar”a aldanmır. Məmmədov hər nə qədər “yuxarılar” üçün qovluq fotoları çəkdirsə də, niyyəti gözündə qaldı.

AFFA milli matçlardan sonra “ovutma terapiyası”nı davam etdirərək daha bir addım atdı. Bu dəfə Məmmədovun turnesindən nəsibini almayan gəncəlilərin könlünü oxşamaq üçün qurumun rəsmi saytında elan peyda oldu. Belə ki, Gəncədə yeni akademiyanın inşası üçün tender haqda məlumat verildi. Məlum oldu ki, Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzinin və Futbol Akademiyasının inşası üçün AFFA tərəfindən tender elan olunur.

Bəri başdan qeyd edək ki, bu, səhv addımdı. Bəli, Gəncədə akademiya nəinki indi, illər öncə açılmalıydı. Amma bunu indiki qaydada etmək faydasızdı. Şəhər stadionu əsaslı təmir olunmayınca inşa ediləcək akademiyanın bir mənası olmayacaq. Vaxtilə qazonu yenilədilər, lakin sınıq-salxaq tribunaları olan arena Premyer Liqa üçün yararsız olaraq qalır. Bu səbəbdən Gəncə layiq olduğu komandaya qovuşmadı, Premyer Liqaya layiq bilinmədi.

İndi tikiləcək akademiya və məşq meydanları da tikildiyi gündən təmir olunmayan idman qurğusunun xarabalıqları altında qalacaq, gələcəkdə burada bərpa işləri aparanda məşq meydançaları sıradan çıxacaq, toz-torpaq altında qalacaq. AGİN-in balansında olan Gəncə stadionu əsaslı təmir olunmalıdı və bu iş yeni nazir Fərid Qayıbovla məsləhətləşməylə yoluna qoyulmalıdı. Məqsəd pulun havaya sovrulmasıdısa, başqa məsələ.

AFFA-nın tender elanında başqa maraqlı məqamlar da var. İndiki inzibati binanın yerinə qurulacaq akademiyanın planında xarici kommunikasiya xətləri, qazanxana tikintisi, yeraltı su rezervuarları, nasosxana, yarımstansiyanın tikintisi, çirkli suların anbarının tikintisi iş həcmində nəzərə alınmayıb. Bu, yarımçıq plandı. Deməli, akademiyanın binası tikiləcək, amma oranın müəssisə kimi fəaliyyəti mümükün olmayacaq. Komunikasiya xətləri, nasosxana, su rezervuarları yoxdursa, qurğu normal fəaliyyət üçün yararlı olmayacaq.

Gələn il dekabrın 5-də təhvil verilməsi vacib bilinən akademiyanın yalnız əsas binası ilə bağlı tenderlə tanış olmuşuq. Halbuki xəbərdə məşq mərkəzindən bəhs edilir. O zaman salınacaq məşq meydançalarının nəvaxta başa gələcəyi sual doğrurur. “Bakı”, “Qəbələ” akademiyalarındakı kimi çoxsaylı məşq meydançaları olmayacaqsa, bura akademiya yox, yalnız yataqxana sayılacaq. AFFA yalançı görüntü yaratmaq üşün tələsik qərar verib baş aldatmamalıdı.

Bu qeydlərimiz təsadüfi deyil. Eyni yanlışlar Tovuzda da reallaşıb. Burada tikilən akademiyada eyni problemlər var – məşq meydançaları azdı, paltardəyişmə otağıyla bağlı çətinliklər var. Ən əsası, yataqxanada uşaq sayı nəzərə alınmadan cəmi 1 tualet (o da ikinci mərtəbədə) istifadəyə verilib. Burada uşaqların təbii ehtiyaclarını ödəmək üçün yaratdığı səhər növbəsi Tovuzda lətifə mövzusudu. Gəncə kimi digər qərb şəhərində də eyni, natamam plan reallaşdırılıb, görüntü xatirinə iş görülüb.

“Turan”la bağlı digər problem akademiyanın ləvazimat təminatıyla bağlıdı. Az qala bir ildi fəaliyyətə başlayan akademiyada vahid forma dəstləri yoxdu, uşaqlar məşqə müxtəlif klubların – “Real”, “Barselona”, “Yuventus” – geyimlərində çıxır. Hətta Elxan Məmmədovla görüşdə bunu sübut edən fotolar da yayımlanmışdı. Kəsəsi, Tovuzda akademiyanın yalnız adı var, uşaqlar əvvəllər olduğu kimi hazırlaşır, yenə diqqətdən kənardılar. Yeganə fərq yataqxananın tikilməsidi. Gəncədə də eyni ssenari cızılır, “akademiya” adı pafosdan, qulağa xoş gələn sözdən başqa bir şey deyil.

Kimlərsə buna da şükür etməyin lazım olduğunu deyə bilər. Amma elə olmamalıdı. Bütün bölgələrimiz ən yüksək səviyyədə tikilmiş, təmin olunmuş akademiyalara layiqdi. 14 il ərzində ancaq büdcə talamaqla məşğul olan bu səriştəsizlər Bernard Lippert kimi işəyaramaz birinə il ərzində 300 min avro maaş verir, bir o qədər də digər xərclərini qarşılayırdı. Mənasız toplanışlar, yalançı festivallar, Berlində açılan uşaq futbol məktəbi, saysız uğursuz layihələr – bütün bunları üst-üstə gəlsək, hər il ölkədə azı 1 ən müasir akademiya tikmək mümkün idi. Və bunlar reallaşsaydı, indi milli komandamızın milliləşənlərə ehtiyacı olmazdı, heyətə düşmək uğrunda amansız rəqabət reallaşardı və bütün bunlar təbii inkişafı təmin edərdi.

AFFA asan yolu seçib, real işdənsə görüntünü lazım bilib. İstənilən halda, tenderin nəticələrini, onu hansı dost-tanışın şirkətinin udacağını gözləyəcəyik. Daha sonra isə Gəncədəki inşaat işlərinə ictimai nəzarət lazım gələcək…

CAVAD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-03 00:10

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Milli komanda2021-12-02 23:36

Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Milli komanda2021-12-02 22:41

Millimizdən BƏƏ ilə növbəti heç-heçə

Dünya futbolu2021-12-02 21:41

Mahir Emreli üçün Dubay toplanışı

Milli komanda2021-12-02 20:11

De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər

Dünya futbolu2021-12-02 19:47

“Qarabağ”ın sabiq legioneri məşqçiliyə başladı

Dünya futbolu2021-12-02 19:09

“Barselona” Dembele ilə müqavilə yeniləyib, Torresi transfer edəcək

Dünya futbolu2021-12-02 18:25

“Qalatasaray”dan futbolçusu ilə ilə 5 illik müqavilə

Dünya futbolu2021-12-02 17:58

“Tottenhem”in futbolçusu üçün il bitdi

Dünya futbolu2021-12-02 17:18

Mbappenin qardaşı milliyə çağırıldı

Digər2021-12-02 16:56

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-02 16:31

11-ci turun oyun cədvəli bəlli oldu

Ölkə futbolu2021-12-02 16:04

Şəhid övladı “Neftçi”nin qonağı oldu

Dünya futbolu2021-12-02 15:44

Rafael Varan “Arsenal”a qarşı oynamayacaq

Ölkə futbolu2021-12-02 15:29

“Qarabağ”ı gözləyən təhlükə

Ölkə futbolu2021-12-02 15:04

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Ölkə futbolu2021-12-02 14:53

Gəncədə Futbol Akademiyası: Layihə şəkilləri

Ölkə futbolu2021-12-02 14:31

“Səbail”in şikayəti təmin olunmadı

Ölkə futbolu2021-12-02 14:08

1 xallı de Byaziylə davam – AFFA taleyini növbəti 10 aya bağladı

Ölkə futbolu2021-12-02 14:04

VAR sistemi üçün 500 min dollar ayrıldı

Ölkə futbolu2021-12-02 13:55

AFFA Əsgər Abdullayevə iş verdi, “Neftçi” rəsmisini üzvlükdən çıxardı

Ölkə futbolu2021-12-02 13:47

AFFA daha bir akademiya inşa edəcək

Ölkə futbolu2021-12-02 13:35

AFFA “Neftçi”nin sabiq baş məşqçisinə iş verdi

Dünya futbolu2021-12-02 13:14

Qvardiola Mourinyonu geridə qoydu

Ölkə futbolu2021-12-02 12:56

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı – De Byazi postunda qaldı

Ölkə futbolu2021-12-02 12:43

“İdman və Media”nın növbəti buraxılışı – VİDEO

Dünya futbolu2021-12-02 12:34

İki qapıçısı “qırmızı” aldı, penaltilərlə mərhələ adladı – VİDEO

Dünya futbolu2021-12-02 12:07

“Mahir meydana daxil olduqdan sonra üstünlüyümüz üzə çıxdı”

Dünya futbolu2021-12-02 11:38

Pedri daha bir mükafata layiq görüldü

Dünya futbolu2021-12-02 11:09

Kuman məşqçi karyerasını bitirdi

Dünya futbolu2021-12-02 10:51

“Liverpul”dan yeni rekord

Premyer-liqa2021-12-02 10:35

Məğlubiyyətsiz “Sabah” 2-ci dövrənin ən yaxşısıdı

Milli komanda2021-12-02 10:17

Yığmamıza Rusiyadan 2 futbolçu çağırıldı

Dünya futbolu2021-12-02 10:00

“Barselona”nın futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2021-12-02 09:29

“Beşiktaş”da daha bir ciddi itki

Müsahibə2021-12-02 09:15

Maksim Medvedev: “Qrup oyunları başlamamış bizə 2-ci yer verilsəydi, sevinərdik”

Dünya futbolu2021-12-02 09:00

“Barselona” ona 4 milyon avro təzminat ödəyəcək

Dünya futbolu2021-12-02 02:50

“Real”a qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-12-02 02:30

PSJ xal itirdi, Lion “Olimpik”i uduzdu

Dünya futbolu2021-12-02 02:16

“Liverpul”dan darmadağın, MS və “Çelsi”dən qələbə

Dünya futbolu2021-12-02 01:59

“Napoli” xal itirdi, “Milan”la “İnter” qalib gəldi

Dünya futbolu2021-12-02 01:39

Mahirli “Legiya” Polşa kubokunun 1/4 finalında

Dünya futbolu2021-12-02 00:41

Azarkeş infarkt keçirdi, Premyer Liqa matçı yarımçıq dayandırıldı

Ölkə futbolu2021-12-01 22:10

UEFA Mahiri “Qalatasaray”ın futbolçusu ilə müqayisə etdi

Dünya futbolu2021-12-01 21:31

Dadaşovlu “Tondela” tam tərkibdə karantinə alındı – kütləvi yoluxmaya görə

Digər2021-12-01 19:59

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-01 19:00

Nuriyev üçün yeni baş məşqçi

Dünya futbolu2021-12-01 18:30

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovuldu

Dünya futbolu2021-12-01 17:50

Millimizin üzvü noyabrın ən yaxşısı adına namizəd oldu

Dünya futbolu2021-12-01 17:23

Ələskərovun klubu qovduğu futbolçunu geri qaytardı

Gündəm