Connect with us

Ölkə futbolu

Dani Kintana: “Azərbaycanda səni heç kim izləmir”

-də paylaşıldı

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Polşanın “Yagelloniya” klubunda çıxış edən Dani Kintana açıqlama verib.

Futbolinfo.az “weszlo.com” saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi Polşa və Azərbaycan çempionatlarını müqayisə edib:

“Polşa Ekstraklasası Azərbaycan çempionatından daha yaxşıdır. Burada yaxşı oynasan, səni Almaniya, Avstriya və İspaniyada görürlər. Azərbaycanda isə heç kim səni izləmir.

“Qarabağ”da “Yagelloniya”dan daha çox oynamışam. Azərbaycanda komandalar çox müdafiə olunur. Biz ən yaxşı komanda idik. İlk 2 ildə çempionatda 16 qələbə qazandıq. Buna baxmayaraq, həqiqətən, çətin idi. Xüsusi vurğulamaq lazımdır ki, “Qarabağ” çox yaxşı təşkil olunub.

Mən Azərbaycanda yaşayanda və oynayanda çempionatda qol vururduq, amma xüsusi təmtəraqla qeyd etmirdik. Ekstraklasadakı isə hər matç bir bayramdır.

“Qarabağ”da qazandıqlarımdan çox məmnunam. Dörd il Avropa Liqasının qrupunda oynadım, ilk 11-likdə meydana çıxdım, əsas heyət üzvü idim. “Qarabağ”la Çempionlar Liqasında oynamışam. Bunlar mənim üçün inanılmaz xatirələrdir, hamısı gözümün önündədir. Fotoşəkillər, rəqiblərin formalarını toplayıram. Bunlar uşaqlarıma danışa biləcəyim hadisələrdir. Bilirsiniz ki, Çempionlar Liqası Avropa Liqasından tamamilə fərqlidir. Oyunçulara və məşqçilərə fərqli yanaşma olur. Çempionlar Liqası Avropa Liqasından üç xal öndədir. “Sevilya” ilə Avropa Liqasında oynadıq. Rəqib əsas oyunçularını La Liqanın növbəti matçına hazır olmaları üçün oynatmadı. Çempionlar Liqasında isə ehtiyat qüvvədən söhbət gedə bilməz. Hamı 100 faiz ciddidir. Zarafat etmirəm”.

Kintana “Qarabağ”da çıxış edərkən komanda yoldaşı olan Yakub Jezniçak və Mahir Emreli haqda da danışıb:

“Jezniçak möhtəşəm və etibarlı futbolçudur. Hər zaman çox yaxşı oynayırdı. “Qarabağ” onun müqaviləsini uzatmayanda hamımız çox təəccüblənmişdik. Bir neçə oyun olmasa da, hər zaman komanda üçün çalışıb, möhtəşəm oyunlar keçirib.

Mahir həmişə böyük fiziki potensiala malik idi, daşdan da sərt idi. 17 yaşında idi, çox dinamik oynayırdı. Aqressiv deyildi. Sadəcə güclü idi. “Legiya” ilə müqavilə imzalamazdan əvvəl fikrimi soruşdu. Belçikadan da təklifi var idi, amma bura gəlməsini məsləhət gördüm. Ona dedim ki, “Legiya”da çempionluq uğrunda mübarizə aparacaqsan, avrokuboklara qatılacaqsan. Polşa liqasının ona Belçika çempionatından daha uyğun olduğunu söylədim. Düşünürəm ki, Emrelinin “Top-5” liqalarda oynamaq şansı var. Amma 18-19 yaşında Polşa liqasına gəlməli idi. Lakin o vaxt yaxşı maaş verdikləri, Avropada uğurlu futbol oynadığı klubda və evdə idi. Çox güman ki, buna görə uzun müddət ölkəsində qaldı”.

Kintana “Qarabağ”ın sabiq futbolçusu Donald Gerye ilə Ağdam təmsilçisindəki xatirələrindən də danışıb: “Çox gülməli insandır. Onun qarşısında gülümsəməmək mümkün deyil. Onun inanılmaz imkanları var və ən yüksək səviyyədə oynaya bilərdi. Hətta La Liqa komandasından danışıram. Problem onun özündə idi. Geryeyə deyirdim ki, niyə baş məşqçini dinləmirsən, niyə məşqləri buraxırsan? Onu əsəbiləşdirməyin yolu yoxdur. Gülməyə başlayırdı, sən də gülürsən və müsbət enerji yaranır.

Önəmli oyunumuz var idi. Donald qısa tətilə getmişdi, amma geri qayıtmalı idi. Baş məşqçi Qurban Qurbanov niyə gəlmədiyini soruşmaq üçün zəng edəndə cavabında dedi ki, gələ bilmərəm, arvadım icazə vermir. Çalışdırıcı daha sonra telefonu həyat yoldaşına verməyini istədi və ona “niyə gəlməsinə icazə vermirsən”, sualını verdi. Onun cavabı isə belə oldu: “Nə? Haitidən qayıtmaq istəməyən Donald özüdür”. Bu hərəkətindən sonra o, “Qarabağ”dan göndərildi və “Neftçi”yə keçdi.

Bir dəfə matç zamanı kimsə tribunadan daş atdı, Donald da özünü yerə atıb başını tutdu. Daşı əlində saxlayıb, yerdə qışqırırdı. Etiraz etdik ki, onu öldürə bilərdilər. Amma ertəsi gün baş məşqçi iclasda həmin epizodun videosunu göstərdi, baxdıq ki, top Donalddan uzağa düşüb, o özünü daşın üstünə atıb”.

Dani Kintana 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-11-29 09:42

Qurbanlının komandası “Şerif”ə böyük hesabla uduzdu

Dünya futbolu2021-11-29 09:24

Dadaşovlu “Tondela” “Sportinq”lə bacarmadı

Dünya futbolu2021-11-29 09:00

Nuriyev üçün 72 dəqiqə və 3 xal

Premyer-liqa2021-11-29 02:52

“Qarabağ” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-11-29 02:38

PSJ 3 xalı 3 qolla qazandı

Dünya futbolu2021-11-29 02:14

“Atletiko” səfərdə, “Real” evdə qələbə qazandı

Dünya futbolu2021-11-29 01:51

“Napoli” qalib gəldi, “Milan” evdə uduzdu

Dünya futbolu2021-11-28 23:53

“Leyptsiq” “Bayer”ə doğma meydanda uduzdu

Dünya futbolu2021-11-28 23:24

Mahir “Legiya”nın qələbəsinə məhsuldar ötürmə ilə töhfə verdi

Dünya futbolu2021-11-28 22:58

“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Dünya futbolu2021-11-28 22:39

“Qalatasaray” xal itirdi, “Trabzonspor” qalib gəldi

Dünya futbolu2021-11-28 21:47

“Qarabağ”ın rəqibindən inamlı qələbə

Dünya futbolu2021-11-28 20:34

“Qalatasaray”ın sabiq prezidenti vəfat etdi

Dünya futbolu2021-11-28 19:57

Premyer Liqa matçı qara görə təxirə salındı

Premyer-liqa2021-11-28 19:31

Sumqayıtda darmadağın – VİDEO

Premyer-liqa2021-11-28 18:54

“Güclənməyimizə ehtiyac var” – Ayxan Abbasov

Premyer-liqa2021-11-28 18:39

“Bu, öz işimizə hörmətsizlik olardı” – Rəşad Sadıqov

Dünya futbolu2021-11-28 18:25

Krivotsyuklu “Visla”dan çətin qələbə

Premyer-liqa2021-11-28 17:55

“Zirə” Sumqayıtda darmadağına sevindi

Dünya futbolu2021-11-28 17:24

İsgəndərli üçün 34 dəqiqə və 3 xal

Digər2021-11-28 17:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-28 16:38

Qurbanovun komandasından mövsümün son matçında heç-heçə

Dünya futbolu2021-11-28 15:37

Nəbiyevli “Viktoriya” evdə məğlub oldu

Dünya futbolu2021-11-28 15:00

Taffarel “Liverpul”da

Dünya futbolu2021-11-28 14:25

Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfərlə qalınca oyun dayandı

Dünya futbolu2021-11-28 13:11

Klublararası dünya çempionatının daha bir iştirakçısı məlum oldu

Ölkə futbolu2021-11-28 12:33

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələdi

Premyer-liqa2021-11-28 12:00

“Qəbələ” – “Qarabağ”: 63-cü duel

Milli komanda2021-11-28 11:10

U-16 millimiz yoxlama oyununda qələbə qazandı

Ölkə futbolu2021-11-28 10:52

İspan futbolçu Bakıda vurduğu qoldan danışdı

Dünya futbolu2021-11-28 10:07

“Beşiktaş”da Mert Günok şoku – mövsümü erkən başa vurdu

Dünya futbolu2021-11-28 09:31

Nazarovun komandası doğma meydanda uduzdu

Ölkə futbolu2021-11-28 09:00

Meydan sahiblərinin solğun qələbələri

Dünya futbolu2021-11-28 02:16

“Lill” yenə xal itkisi ilə üzləşdi

Dünya futbolu2021-11-28 02:05

“Barselona”dan inamlı qələbə

Dünya futbolu2021-11-28 01:44

“Yuventus” uduzdu, “İnter” inamlı qələbəyə sevindi

Dünya futbolu2021-11-27 23:59

“Bayern” və “Borussiya”dan qələbə

Dünya futbolu2021-11-27 23:36

“Liverpul”dan darmadağın, “Arsenal”dan qələbə

Dünya futbolu2021-11-27 22:03

“Beşiktaş” doğma meydanda darmadağına üzüldü

Premyer-liqa2021-11-27 21:20

“Neftçi”yə qələbə üçün bir qol bəs etdi – VİDEO

Premyer-liqa2021-11-27 20:57

Samir Abasov: “Bundan heç vaxt narahat olmamışam”

Premyer-liqa2021-11-27 20:41

Vüqar Məmməd “Neftçi”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-11-27 20:10

“Neftçi” və “Sabah”dan çətin qələbə

Dünya futbolu2021-11-27 19:33

Millimizin hücumçusu Kiyev “Dinamo”suna qarşı 82 dəqiqə oynadı

Dünya futbolu2021-11-27 18:44

Əliyevin qolu “SKA-Xabarovsk”u məğlubiyyətdən xilas etmədi

Premyer-liqa2021-11-27 17:51

“Sabah” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-11-27 17:34

Murad Musayev: “Onların meydanda qaçmamalarının səbəbkarı bizik”

Premyer-liqa2021-11-27 17:15

“Futbolçuların qaçmaması bizə problem yaratdı”

Dünya futbolu2021-11-27 16:44

Nani MLS klubundan ayrıldı

Digər2021-11-27 16:41

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Gündəm