Connect with us

Milli komanda

“Təcrübəmizdən faydalanmalı, yaxşı hazırlaşmalıyıq”

-də paylaşıldı

Gələn il Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina, İspaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, komandamızın yer aldığı qrupla bağlı millinin qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına açıqlama verib:

“Sayca altıncı dəfə bu mötəbər yarışda iştirak edəcəyik. Final mərhələsində ilk oyunumuzu Gürcüstan millisinə qarşı keçirəcəyik. Daha sonra yaxından tanıdığımız İspaniya və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacağıq. Gürcüstan bu mərhələyə yüksəlmək üçün Rusiya və Fransa kimi iddialı komandalarla bir qrupda mübarizə apardı və ikinci yerin sahibi kimi işinin öhdəsindən gəlməyi bacardı. Heyətlərində braziliyalı futzalçılar da yer alır. Fərdi keyfiyyətlərinə görə seçilən oyunçulardandır. Debüt etsələr də, güclü rəqibdir. Ümumiyyətlə, bu mərhələdə iştirak edən hansısa komandaya yuxarıdan aşağı baxmaq olmaz. Biz dəfələrlə belə yarışlarda iştirak etdiyimizdən təcrübəmiz çoxdur. İllərlə qazandığımız bu təcrübədən faydalanmalıyıq, yaxşı hazırlaşmalıyıq.

İspaniya haqda geniş danışmağa dəyməz. Bu komanda iştirak etdiyi bütün turnirlərdə favoritlər sırasında yer alır. Amma ispanlara qarşı hər zaman layiqli mübarizə aparmışıq. Hətta 4 il əvvəlki qitə birinciliyində bir qrupda yer almışdıq. Həmin vaxt 1 top fərqi ilə yenildik. Halbuki həmin qarşılaşmada qələbə qazanmaq üçün imkanlarımız az olmadı. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirib, lazım olan nəticəni qazanacağıq. Bosniya və Herseqovina ilə 2017-cı ildə qarşılaşmışıq. Bu görüş Bakıda keçirilmişdi. Çox ağır oyun oldu. 5:4 hesabı ilə qələbə qazandıq. Hündürboylu oyunçulara sahib idilər. Fərqli oyun üslubuna malik komandadır. Düzdür, bizə qarşı oynayan heyətdə çox dəyişiklik edilib. Üstəlik, onlar da qrup lideri kimi final mərhələsinə vəsiqə qazandılar, Serbiya, Rumıniya kimi komandaları geridə buraxdılar.

Yekunlaşdırsaq, qarşıda 3 aya yaxın vaxtımız var. Bu müddət ərzində yaxşı hazırlıq keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalı, zəif tərəflərimizi düzəltməliyik. Çempionata hazır getməliyik ki, irəliləmək şansımızı qaçırmayaq. Həm də nəzərə almalıyıq ki, bu dəfə qrupda 3 yox, 4 komanda yer alacaq. Əvvəl, bəzən 1 xalla da növbəti mərhələyə yüksəlmək mümkün idi. Bu dəfə belə olmayacaq”.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-11-29 02:52

“Qarabağ” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-11-29 02:38

PSJ 3 xalı 3 qolla qazandı

Dünya futbolu2021-11-29 02:14

“Atletiko” səfərdə, “Real” evdə qələbə qazandı

Dünya futbolu2021-11-29 01:51

“Napoli” qalib gəldi, “Milan” evdə uduzdu

Dünya futbolu2021-11-28 23:53

“Leyptsiq” “Bayer”ə doğma meydanda uduzdu

Dünya futbolu2021-11-28 23:24

Mahir “Legiya”nın qələbəsinə məhsuldar ötürmə ilə töhfə verdi

Dünya futbolu2021-11-28 22:58

“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Dünya futbolu2021-11-28 22:39

“Qalatasaray” xal itirdi, “Trabzonspor” qalib gəldi

Dünya futbolu2021-11-28 21:47

“Qarabağ”ın rəqibindən inamlı qələbə

Dünya futbolu2021-11-28 20:34

“Qalatasaray”ın sabiq prezidenti vəfat etdi

Dünya futbolu2021-11-28 19:57

Premyer Liqa matçı qara görə təxirə salındı

Premyer-liqa2021-11-28 19:31

Sumqayıtda darmadağın – VİDEO

Premyer-liqa2021-11-28 18:54

“Güclənməyimizə ehtiyac var” – Ayxan Abbasov

Premyer-liqa2021-11-28 18:39

“Bu, öz işimizə hörmətsizlik olardı” – Rəşad Sadıqov

Dünya futbolu2021-11-28 18:25

Krivotsyuklu “Visla”dan çətin qələbə

Premyer-liqa2021-11-28 17:55

“Zirə” Sumqayıtda darmadağına sevindi

Dünya futbolu2021-11-28 17:24

İsgəndərli üçün 34 dəqiqə və 3 xal

Digər2021-11-28 17:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-28 16:38

Qurbanovun komandasından mövsümün son matçında heç-heçə

Dünya futbolu2021-11-28 15:37

Nəbiyevli “Viktoriya” evdə məğlub oldu

Dünya futbolu2021-11-28 15:00

Taffarel “Liverpul”da

Dünya futbolu2021-11-28 14:25

Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfərlə qalınca oyun dayandı

Dünya futbolu2021-11-28 13:11

Klublararası dünya çempionatının daha bir iştirakçısı məlum oldu

Ölkə futbolu2021-11-28 12:33

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələdi

Premyer-liqa2021-11-28 12:00

“Qəbələ” – “Qarabağ”: 63-cü duel

Milli komanda2021-11-28 11:10

U-16 millimiz yoxlama oyununda qələbə qazandı

Ölkə futbolu2021-11-28 10:52

İspan futbolçu Bakıda vurduğu qoldan danışdı

Dünya futbolu2021-11-28 10:07

“Beşiktaş”da Mert Günok şoku – mövsümü erkən başa vurdu

Dünya futbolu2021-11-28 09:31

Nazarovun komandası doğma meydanda uduzdu

Ölkə futbolu2021-11-28 09:00

Meydan sahiblərinin solğun qələbələri

Dünya futbolu2021-11-28 02:16

“Lill” yenə xal itkisi ilə üzləşdi

Dünya futbolu2021-11-28 02:05

“Barselona”dan inamlı qələbə

Dünya futbolu2021-11-28 01:44

“Yuventus” uduzdu, “İnter” inamlı qələbəyə sevindi

Dünya futbolu2021-11-27 23:59

“Bayern” və “Borussiya”dan qələbə

Dünya futbolu2021-11-27 23:36

“Liverpul”dan darmadağın, “Arsenal”dan qələbə

Dünya futbolu2021-11-27 22:03

“Beşiktaş” doğma meydanda darmadağına üzüldü

Premyer-liqa2021-11-27 21:20

“Neftçi”yə qələbə üçün bir qol bəs etdi – VİDEO

Premyer-liqa2021-11-27 20:57

Samir Abasov: “Bundan heç vaxt narahat olmamışam”

Premyer-liqa2021-11-27 20:41

Vüqar Məmməd “Neftçi”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-11-27 20:10

“Neftçi” və “Sabah”dan çətin qələbə

Dünya futbolu2021-11-27 19:33

Millimizin hücumçusu Kiyev “Dinamo”suna qarşı 82 dəqiqə oynadı

Dünya futbolu2021-11-27 18:44

Əliyevin qolu “SKA-Xabarovsk”u məğlubiyyətdən xilas etmədi

Premyer-liqa2021-11-27 17:51

“Sabah” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-11-27 17:34

Murad Musayev: “Onların meydanda qaçmamalarının səbəbkarı bizik”

Premyer-liqa2021-11-27 17:15

“Futbolçuların qaçmaması bizə problem yaratdı”

Dünya futbolu2021-11-27 16:44

Nani MLS klubundan ayrıldı

Digər2021-11-27 16:41

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-27 16:27

“Yuventus”un ofislərində araşdırmalar başladı

Dünya futbolu2021-11-27 15:46

Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma

Dünya futbolu2021-11-27 15:23

“Liverpul”un keçmiş futbolçusu karyerasını bitirdi

Gündəm