Connect with us

Milli komanda

Millimizin kapitanı: “Rəqabət artıb, işimiz çətin olacaq”

-də paylaşıldı

“Hər 3 komanda tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq. Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı oyunçu rəqiblərdən Gürcüstan millisini xüsusi qeyd etmək istədiyini söyləyib: “Bu komanda son illərdə yüksəlişdədir. Hələ 2018-ci ildə pley-offlarda uduzmaqla final mərhələsində debüt etmək imkanını qaçırdılar. Heyətlərində braziliyalı futzalçılar çoxluq təşkil edir. Bu cür hazırlıq onların hədəflərinin daha yüksək yerlər olduğunu göstərir”.

Fərzəliyevin sözlərinə görə, İspaniya yığmasənın gücü, məqsədi və hədəfi hamıya bəllidir: “Bizim üçün hələ ki, ram edilməyən rəqiblərdəndir. Son dünya çempionatında əsasən gənc futzalçılara üstünlük verdilər. Yeni nəsil gəlir. Təbii ki, onlar da sələflərinin iddiasını davam etdirməyə, uğurlarını təkrarlamağa çalışacaqlar. Mundialda da pis təsir bağışlamadılar. Qrupda son oyunumuzu Bosniya və Herseqovina millisinə qarşı keçirəcəyik. Əgər onlar qitə birinciliyinin final mərhələsinə yüksəliblərsə, deməli, güclü komandadır. Çalışacağıq ki, yaxşı nəticə qazanaq, ən azı qrup mərhələsindən ¼ finala yüksələk”.

Kapitan final mərhələsində 6-cı dəfə iştirak edəcəklərini xatırladıb: “Qrupumuzda yer alan komandalardan İspaniyadan sonra bu göstəricidə ən təcrübəlisi biz hesab olunuruq. Gürcüstan və Bosniya və Herseqovina debütantdır. Amma bu, işimizi asanlaşdırmayacaq. Üstəlik, bu qitə birinciliyi yeni formatda keçiriləcək. Bu dəfə qruplarda 4 komanda yer alır. Hər oyunun nəticəsi əhəmiyyətli olacaq. Məqsədə çatmaq üçün qələbə ilə başlamalıyıq. Əvvəl qrupda 3 komanda yer alırdı. Onda əsasən bir komanda ilə mübarizə aparırdıq. Hətta 1 xalla belə mərhələ adlamaq mümkün idi. İndi belə olmayacaq. Rəqabət artıb. İşimiz çətin olacaq, amma təcrübəmizdən yararlanacağıq. Qrup mərhələsini adlamaq üçün gücümüzü səfərbər edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi final mərhələsində Gürcüstan, İspaniya, Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-11-29 10:26

AFFA rəsmisi “Zenit” – “Çelsi” oyununa təyinat aldı

Ölkə futbolu2021-11-29 10:00

“Sumqayıt”ın gözlənilən enişi

Dünya futbolu2021-11-29 09:42

Qurbanlının komandası “Şerif”ə böyük hesabla uduzdu

Dünya futbolu2021-11-29 09:24

Dadaşovlu “Tondela” “Sportinq”lə bacarmadı

Dünya futbolu2021-11-29 09:00

Nuriyev üçün 72 dəqiqə və 3 xal

Premyer-liqa2021-11-29 02:52

“Qarabağ” “Qəbələ”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-11-29 02:38

PSJ 3 xalı 3 qolla qazandı

Dünya futbolu2021-11-29 02:14

“Atletiko” səfərdə, “Real” evdə qələbə qazandı

Dünya futbolu2021-11-29 01:51

“Napoli” qalib gəldi, “Milan” evdə uduzdu

Dünya futbolu2021-11-28 23:53

“Leyptsiq” “Bayer”ə doğma meydanda uduzdu

Dünya futbolu2021-11-28 23:24

Mahir “Legiya”nın qələbəsinə məhsuldar ötürmə ilə töhfə verdi

Dünya futbolu2021-11-28 22:58

“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Dünya futbolu2021-11-28 22:39

“Qalatasaray” xal itirdi, “Trabzonspor” qalib gəldi

Dünya futbolu2021-11-28 21:47

“Qarabağ”ın rəqibindən inamlı qələbə

Dünya futbolu2021-11-28 20:34

“Qalatasaray”ın sabiq prezidenti vəfat etdi

Dünya futbolu2021-11-28 19:57

Premyer Liqa matçı qara görə təxirə salındı

Premyer-liqa2021-11-28 19:31

Sumqayıtda darmadağın – VİDEO

Premyer-liqa2021-11-28 18:54

“Güclənməyimizə ehtiyac var” – Ayxan Abbasov

Premyer-liqa2021-11-28 18:39

“Bu, öz işimizə hörmətsizlik olardı” – Rəşad Sadıqov

Dünya futbolu2021-11-28 18:25

Krivotsyuklu “Visla”dan çətin qələbə

Premyer-liqa2021-11-28 17:55

“Zirə” Sumqayıtda darmadağına sevindi

Dünya futbolu2021-11-28 17:24

İsgəndərli üçün 34 dəqiqə və 3 xal

Digər2021-11-28 17:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-11-28 16:38

Qurbanovun komandasından mövsümün son matçında heç-heçə

Dünya futbolu2021-11-28 15:37

Nəbiyevli “Viktoriya” evdə məğlub oldu

Dünya futbolu2021-11-28 15:00

Taffarel “Liverpul”da

Dünya futbolu2021-11-28 14:25

Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfərlə qalınca oyun dayandı

Dünya futbolu2021-11-28 13:11

Klublararası dünya çempionatının daha bir iştirakçısı məlum oldu

Ölkə futbolu2021-11-28 12:33

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələdi

Premyer-liqa2021-11-28 12:00

“Qəbələ” – “Qarabağ”: 63-cü duel

Milli komanda2021-11-28 11:10

U-16 millimiz yoxlama oyununda qələbə qazandı

Ölkə futbolu2021-11-28 10:52

İspan futbolçu Bakıda vurduğu qoldan danışdı

Dünya futbolu2021-11-28 10:07

“Beşiktaş”da Mert Günok şoku – mövsümü erkən başa vurdu

Dünya futbolu2021-11-28 09:31

Nazarovun komandası doğma meydanda uduzdu

Ölkə futbolu2021-11-28 09:00

Meydan sahiblərinin solğun qələbələri

Dünya futbolu2021-11-28 02:16

“Lill” yenə xal itkisi ilə üzləşdi

Dünya futbolu2021-11-28 02:05

“Barselona”dan inamlı qələbə

Dünya futbolu2021-11-28 01:44

“Yuventus” uduzdu, “İnter” inamlı qələbəyə sevindi

Dünya futbolu2021-11-27 23:59

“Bayern” və “Borussiya”dan qələbə

Dünya futbolu2021-11-27 23:36

“Liverpul”dan darmadağın, “Arsenal”dan qələbə

Dünya futbolu2021-11-27 22:03

“Beşiktaş” doğma meydanda darmadağına üzüldü

Premyer-liqa2021-11-27 21:20

“Neftçi”yə qələbə üçün bir qol bəs etdi – VİDEO

Premyer-liqa2021-11-27 20:57

Samir Abasov: “Bundan heç vaxt narahat olmamışam”

Premyer-liqa2021-11-27 20:41

Vüqar Məmməd “Neftçi”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-11-27 20:10

“Neftçi” və “Sabah”dan çətin qələbə

Dünya futbolu2021-11-27 19:33

Millimizin hücumçusu Kiyev “Dinamo”suna qarşı 82 dəqiqə oynadı

Dünya futbolu2021-11-27 18:44

Əliyevin qolu “SKA-Xabarovsk”u məğlubiyyətdən xilas etmədi

Premyer-liqa2021-11-27 17:51

“Sabah” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-11-27 17:34

Murad Musayev: “Onların meydanda qaçmamalarının səbəbkarı bizik”

Premyer-liqa2021-11-27 17:15

“Futbolçuların qaçmaması bizə problem yaratdı”

Gündəm