Connect with us

Ölkə futbolu

Meydan sahiblərinin günü

-də paylaşıldı

Premyer Liqada 2-ci dövrə məhsuldar başladı. 8-ci turun ilk 2 matçında qapılara 6 qol vuruldu, meydan sahibləri qələbəni bayram etdi.

“Sabah” “Sumqayıt”la oyunun favoriti sayılmasa da, 12-ci dəqiqədəki epizod həlledici oldu. Qonaqların azlıqda qalması matçın yekun nəticəsinə birbaşa təsir etdi. Hakimin qərarı mübahisəyə açıqdı, futbolçunun, yoxsa hakimin səhvidi – qoy bunu məsul şəxslər, klub, AFFA müəyyənləşdirsin – lakin dəqiq olan hesabı məhz həmin epizod müəyyənləşdirdi.

Ramin Quliyevin istefası heç nəyi dəyişməyib, “Sabah” eyni futbolu oynayır. Düzdü, uyğun kateqoriyası olmadan komandaya baş məşqçilik edən İqor Ponomaryovun 2 gün ərzində fantastik dəyişiklik etməsi də mümkün deyildi. Heyət, taktika, oyun tərzi – hamısı eyni idi, sadəcə, bu dəfə rəqibin 78 dəqiqə azlıqda oynamasını dəyərləndirmək mümkün oldu. Bir saat inadla müdafiə olunan “kimyaçılar”ın müqaviməti qırıldı, ardınca hücumu gücləndirən Ayxan Abbasovun riski darmadağınla nəticələndi. Halbuki hesab açılana kimi “Sumqayıt” azlıqda olduğunu hiss etdirmir, “Sabah” ortaya böyük fərq qoya bilmirdi.

İstənilən halda qaliblər mühakimə olunmur və “Sabah” mvsümdə ilk qələbəsini qazanmağı bacardı. Bu 3 xal komandanı son pullədən qurtarmasa da, toparlanmaq baxımından stimul oldu. Psixoloji təzyiq azaldığından “Sabah” qarşıdakı turlarda daha rahat oynamalıdı. Amma öncə klub rəhbərliyi baş məşqçi seçimini doğru etməlidi. Ponomaryov baş məşqçi ola bilməz, kimin bu posta keçməsi çox önəmlidi. İndiyəqədərki bütün məşqçi seçimlərində səhvə yol verən rəhbərlik maksimum diqqətli olmalıdı.

Bizdə olan bilgiyə görə, klub yerli məşqçiyə güvənmək niyyətindədi. Bir şərtlə ki, həmin məşqçi tələb olunan kateqoriya standarlarına cavab verəcək, postda əyləşəcək, amma əsas idarəçilik Ponomaryovda olacaq. Bu taktikadan vaxtilə “Qəbələ” də istifadə edib. İndi isə “Sabah”ın eyni addımı atacağı deyilir. Doğrusu, bir az məntiqsiz görünsə də, Ponomaryovun baş rolda olması qəbulediləndi. Klubda fərqli vəzifə tutan, amma həmişə gözü baş məşqçi postunda olan olimpiya çempionuna özünü sübut etmək şansı vermək olar. O, əvvəllər də bir dəfə əvəzedici kimi yaxşı nəticələr qazanıb, dünən də ilk qələbəni təmin etdi. Bəlkə də xilaskarı kənarda axtarmaq lazım deyil?

Turun digər oyununda isə favorit qalib gəldi. Baxmayaraq ki, hər oyun qol vurmağı bacaran “Zirə” ənənəsinə sadiq qaldı, hesabı erkən açıb, böyük üstünlük qazandı. Amma zamanla “Neftçi” zamanla daha sanballı heyətinin olmasından yararlanaraq, ağırlığını qoydu, əzmkar qələbəyə sevindi. Qonaqların həm yarımmüdafiənin mərkəzində, həm cinah hücumlarında uduzması xalların da əldən çıxmasıyla nəticələndi.

Qələbəyə baxmayaraq, “Neftçi”nin aşkar üstünlüyündən danışa bilməyəcəyik. Zəngin heyətə rəğmən, meydan sahiblərinin oyununda istənilən keyfiyyət yox idi. “Zirə” son dəqiqələrdə dirəyi yox, qapını da nişan ala bilərdi.

Tur bu gün davam edəcək. “Qarabağ”ın hətta uduzacağı halda da zirvədə qalacağı dəqiqdi. Amma avrokuboklardakı oyun üzündən yaranan yorğunluq belə ağdamlılara məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməkdə mane olmamalıdı. Rəqib maliyyə problemləri, heyət çatışmazlığı üzündən çabalayan, məğlubiyyətləri sıralayan “Səbail”di.

AĞA

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-12-08 22:16

Azərbaycanda sabiq klub prezidenti vəfat etdi

Ölkə futbolu2021-12-08 21:46

Patrik Rahmen: “Qarabağ” bizimlə eyni səviyyədədir”

Müsahibə2021-12-08 21:18

“Diskvalifikasiya bitdiyinə görə çox xoşbəxtəm”

Ölkə futbolu2021-12-08 20:06

Azərbaycan təmsilçisinin UEFA Region Kubokundakı rəqibi bəlli oldu

Dünya futbolu2021-12-08 18:25

İtaliya millisinin sabiq üzvü A Seriyasında klub rəhbəri olur

Dünya futbolu2021-12-08 17:56

Hakimi tənqid etdiyi üçün cərimələndi – “Borussiya”nın futbolçusu

Ölkə futbolu2021-12-08 17:28

“Böyük ehtimalla fevralda meydanlara qayıda biləcəm”

I Divizion2021-12-08 17:00

Birinci Divizionda 12-ci turun oyun cədvəli bilindi

Digər2021-12-08 16:46

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-08 16:23

Zlatko Daliç daha 3 il Xorvatiya millisində!

Premyer-liqa2021-12-08 16:00

“Qəbələ” – “Neftçi” matçının vaxtı açıqlandı

Dünya futbolu2021-12-08 15:23

“Ayaks”ın futbolçusu Ronaldonun rekordunu təkrarladı

Milli komanda2021-12-08 14:57

Seçmə mərhələnin püşkü atıldı: Millimiz 2-ci qrupda

Milli komanda2021-12-08 14:33

Millimiz Türkiyə ilə bir qrupa düşdü

Ölkə kuboku2021-12-08 14:23

“Kəpəz” kubok oyununa Bakıda hazırlaşacaq

Dünya futbolu2021-12-08 13:37

İtaliya klubu baş məşqçisini qovdu

Dünya futbolu2021-12-08 13:12

“Barselona” ilə oyuna 3 itki ilə

Dünya futbolu2021-12-08 12:53

Fatih Terim xəstəxanadan evə buraxıldı

Dünya futbolu2021-12-08 12:19

“Tottenhem”in oyunları təxirə salına bilər – koronavirusa görə

Dünya futbolu2021-12-08 11:56

51-ci dəfə ölkə çempionu oldular

Dünya futbolu2021-12-08 11:38

“İnter”in türk futbolçusu ən yaxşı seçildi

Ölkə kuboku2021-12-08 11:05

Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə

Dünya futbolu2021-12-08 10:54

“Bazel”in iki futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Milli komanda2021-12-08 10:39

Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Dünya futbolu2021-12-08 10:18

ÇL-də qrup mərhələsinə yekun vurulur – YENİLƏNİR

Milli komanda2021-12-08 10:05

Azərbaycan milli komandası BƏƏ yığması ilə heç-heçə etdi

Dünya futbolu2021-12-08 09:31

Messi Peleni, Mbappe də Messini geridə qoydu

Dünya futbolu2021-12-08 09:00

La Liqa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-12-08 01:55

ÇL: “Atletiko” 1/8 finalda, “Milan” qrup sonuncusu oldu

Dünya futbolu2021-12-07 21:47

“Mançester Siti”nin tarixinə düşdü

Dünya futbolu2021-12-07 20:34

Terim xəstəxanaya yerləşdirildi

Dünya futbolu2021-12-07 18:32

“Çelsi”nin futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-12-07 17:55

Qurban Qurbanov: “Hücum futbolu oynayacağıq”

Digər2021-12-07 17:22

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

I Divizion2021-12-07 17:00

“Qarabağ” və “Neftçi”dən heç-heçə, “Keşlə”dən qələbə

Ölkə futbolu2021-12-07 16:42

“Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur”

Milli komanda2021-12-07 16:19

“Millinin düşərgəsində olmaq özü bir məktəbdir”

Müsahibə2021-12-07 15:56

“Ümid edirəm ki, yığmaya dəvət alacam” – Nicat Mehbalıyev

Ölkə futbolu2021-12-07 15:00

“Neftçi”nin sabiq prezidentinə UEFA-dan növbəti təyinat

Ölkə futbolu2021-12-07 14:36

“Zirə”nin legioneri 4 aylıq sıradan çıxdı

Dünya futbolu2021-12-07 14:15

“Yuventus”un Kavani planı

Ölkə futbolu2021-12-07 13:22

“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu

Dünya futbolu2021-12-07 12:49

Koronavirusa görə “Atletiko” ilə oyunu buraxacaq

Dünya futbolu2021-12-07 12:14

Premyer Liqa klubunda 1 aylıq müqavilə

Ölkə futbolu2021-12-07 11:51

“Qarabağ”ın səfər proqramı açıqlandı

Dünya futbolu2021-12-07 11:30

“Tottenhem”də koronavirusa kütləvi yoluxma

Milli komanda2021-12-07 11:09

Azərbaycan millisinin heyəti açıqlandı

Dünya futbolu2021-12-07 10:50

2021-ci ilin rəmzi komandası

Ölkə futbolu2021-12-07 10:32

UEFA “Qarabağ”ın hücumçusunu fərqləndirdi

Dünya futbolu2021-12-07 09:43

Abdullayev oynadı, komandası evdə uduzdu

Gündəm