Connect with us

Ölkə futbolu

İnqilabi qərar – stadionun ortasında təcavüz?

-də paylaşıldı

Ayxan Abbasovun etirazı haqlıdı. “Sabah” – “Sumqayıt” oyunundakı epizodla bağlı hakimlər haqqında səsləndirdiyi fikirlər də yerindədi. Klub rəhbərliyi kimi sussa, gözdən düşəcəkdi, lakin növbəti dəfə göstərdi ki, yersiz qadağalar onun haqqı deməyinə əngəl deyil, doğrunu dilə gətirir.

Əsasnaməyə görə, AFFA İntizam Komitəsi onu cəzalandırmalıdı. Çünki haqlı etirazları boğmaq üçün hansısa “ağılsız qalstuklu” Əsasnaməyə hakimlərdən danışmağı qadağan edən bənd salıb. Buna riayət etməyən cərimələnir. “Sumqayıt”ın baş məşqçisinin dedikləri isə diskvalifikasiya üçün zəmin yaradır.

SİTAT: “Oyun haqda danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində oyuna hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur. “Qırmızı” müəmmalı idi. Biz bu gün “qırmızı”ya baxırıq, təkrarlarda da verilib. Murad hakimə etiraz edə bilər, amma başqa heç nə etmədi. Baş hakim İnqilab “Sumqayıt”ın uduzmağı üçün hər şeyi etdi. Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz. Futbolçularım vuruşdular. Məşqçilik çətin sənətdi. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? İnqilab çıxsın desin ki, qərar tam düzgündür. Xal heç nədir. Danışmırıq, gəlir belə olur. 10-15-ci dəqiqədə belə “qırmızı” vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar baxmırlar xarici matçlara? Belə hakimlər getsin özlərinə sənət tapsın. Hakim 10-cu dəqiqədə sonra oyunu bitirdi”.

Bəhs edilən epizod 12-ci dəqiqədə yaşandı. Baş hakim İnqilab Məmmədov mübahisəli qərara etiraz edən “Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayevi birbaşa qırmızı vərəqə ilə meydandan qovdu.

Doğrusu, öncə futbolçunun hakimi təhqir etdiyi şübhəsi var idi və belə olsaydı, İnqilab haqlı sayılacaqdı. Amma matçdan sonra bəlli oldu ki, Xaçayev qeyri-etik ifadə işlətməyib, onun adi etirazı meydandan qovulmasıyla nəticələnib. Hakimlərin vərəqənin səbəbini protokolda “təcavüzkar hərəkət” kimi göstərməsi nöqtə oldu.

Həmin anın videogörüntülərinə baxmaqla nəinki qırmızı, hətta sarı vərəqənin ağır qərar olduğunu müəyyənləşdirə bilərik. Oyunçuların hakim qərarından narazı olaraq bu şəkildə etiraz etməsi sıradan olaydı. Hər matçda onlarla belə nümunə tapmaq olar. İnqilaba əl qaldırılmayıb, zorlanma (“təcavüz”ün sinonimi) cəhdi olmayıb, niyə belə qərar verilsin ki? Bunun adı qərəzdi – birbaşa “Sumqayıt”a, məşqçisinə, futbolçularına qarşı qərəz. Hakim səviyyəsi/səviyyəsizliyi üzündən haqlı olaraq oyunlara təyinat almayan İnqilab bu matça ya tapşırıqla göndərilmişdi, ya da hirsini tökməyə adam axtarırdı ki, gündəmə düşsün.

AFFA-nın yeni qərarına görə, hakimlər oyunlardakı epizodarla bağlı şərh verməlidi. Bu epizod VAR protokoluna daxildi, İnqilab da danışmağa məcburdu. Zəhmət olmasa, izah etsin, üstünə getdiyi futbolçunun əlləri havada ikən ona yüngülcə toxunmasına kəsdiyi cəzaya izahat versin. Buna görə hətta sarı vərəqə vermək lazım deyilkən “qırmızı”ya ehtiyac duymasının bir açıqlaması olmalıdı. Protokoldakı qeyddən anlaşılır ki, oyunçu hakimi təhqir etməyib, mübahisəli epizodla bağlı etiraz belə qiymətləndirilməməlidi.

Doğrusu, bu vərəqəylə bağlı yazmaq niyyətimiz yox idi. “Sumqayıt” rəhbərliyi səsini içinə salıbsa, klub prezidenti Riad Rəfiyevin başı AFFA-dakı şərikləri ilə pul bölməyə qarışıbsa, niyə onların əvəzində biz danışaq ki? Ağası Elxan Məmmədovun əmrlərinə müntəzir olan menecer-prezidentin klubuna qarşı qərəzi qabartmaq mətbuatın borcu deyil. Klub açıqlama versə, etiraz etsə, başqa məsələ, amma hamısı öz kreslosunu düşünərkən şəxsən bizim olayı görməzdən gəlməyə tam haqqımız çatır.

Amma yox, sumqayıtlı azarkeşlərin narazılığını görməzdən gələ bilməzdik. Bir hakimin özbaşınalığına hansısa Rəfiyevin köləliyinə görə göz yumulmamalıdı. Həm də bu klubda zəhmətiylə, gördüyü işlə ayaqda duran Abbasov var. Həmin Abbasov ki, gözükölgəli prezidentindən fərqli olaraq, haqsızlığa göz yummur, futbolçuların haqqını müdafiə edir.

Ayxan bəy İntizam Komitəsinin növbəti iclasında cəzalanmasa, bunu AFFA-nın üzrxahlığı kimi qəbul edəcəyik. Məlum olacaq ki, hakimin səhvinin fərqindədilər. Yox, baş məşqçi cəzalansa və klubu tərəfindən müdafiə olunmasa…

…Abbasov istefa versə, yaxşıdı. Onsuz da “Sumqayıt” Ayxan bəyin əsəridi, ona tarixinin ən yaxşı günlərini yaşadıb və bu gün Rəfiyevin bu məşqçiyə ehtiyacı var. Haqlı olduğu belə zamanda Riad bəy klubu qoruya bilmirsə, başıdik getmək məsləhətdi.

FƏRİD

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-12-05 17:32

“Traktor” evdə xalsız qaldı

Digər2021-12-05 17:23

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə futbolu2021-12-05 17:04

“Neftçi” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Dünya futbolu2021-12-05 16:57

Jurnalistlər onu ilin ən yaxşı futbolçusu elan etdilər

Dünya futbolu2021-12-05 16:25

Felipe Melo klubsuz qaldı

Dünya futbolu2021-12-05 15:42

“Çelsi”də ciddi itki

Dünya futbolu2021-12-05 15:13

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Premyer-liqa2021-12-05 14:47

“Zirə” ilə “Qəbələ”nin 27-ci dueli

Dünya futbolu2021-12-05 14:14

2021-ci ilin ən yaxşı hakimi məlum oldu

Dünya futbolu2021-12-05 13:46

“Mançester Yunayted”in ən yaxşı futbolçusu

Dünya futbolu2021-12-05 13:06

“Malmö” çempionluğu son turda təmin etdi

Dünya futbolu2021-12-05 12:06

Huşunu itirən “Barselona”lı futbolçunun son durumu bilindi

Ölkə futbolu2021-12-05 11:47

“Vurduğum qola görə şadam, amma nəticəyə görə yox”

Ölkə futbolu2021-12-05 10:35

“Qəbələ” Gürcüstanda bürünc medal qazana bilər

Dünya futbolu2021-12-05 10:00

Dadaşov “Şalke”nin əsas komandasında debüt etdi

Dünya futbolu2021-12-05 09:30

Nuriyevin komandasından səfər qələbəsi

Ölkə futbolu2021-12-05 09:00

5 oyunluq seriyaya 5 qolla son: “Qarabağ” qış çempionudur

Ölkə futbolu2021-12-05 02:02

PSJ səfərdə xal itirdi

Dünya futbolu2021-12-05 01:56

“Barselona” uduzdu, “Real” qalib gəldi

Dünya futbolu2021-12-05 01:39

“Milan” qalib gəldi, “Roma” “İnter”ə, “Napoli” “Atalanta”ya uduzdu

Dünya futbolu2021-12-04 23:57

“Borussiya” “Bayern”ə evdə uduzdu

Dünya futbolu2021-12-04 23:44

“Çelsi” uduzdu, “Liverpul”la “Mançester Siti” qalib gəldi

Dünya futbolu2021-12-04 22:05

“Qalatasaray” “Altay”la ev oyunundan 1 xalla ayrıldı

Ölkə futbolu2021-12-04 22:04

AFFA-dan yubilyara təbrik

Premyer-liqa2021-12-04 21:10

“Qarabağ” 3 xalı 5 qolla qazandı – VİDEO

Premyer-liqa2021-12-04 20:50

“Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik”

Premyer-liqa2021-12-04 20:37

Murad Musayev: “Qarabağ” layiqli qələbə qazandı”

Premyer-liqa2021-12-04 20:06

“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi

Ölkə futbolu2021-12-04 19:51

“Qarabağ”da Kevin Medina şoku

Premyer-liqa2021-12-04 19:34

Sənan Qurbanov: “Sona 10 saniyə qalmış qol buraxmaq pis təsir edə bilər”

Premyer-liqa2021-12-04 19:14

“Qələbəyə bərabər heç-heçə əldə etdik”

Ölkə futbolu2021-12-04 18:56

Autsayderlərin duelində 4 qol – VİDEO

Dünya futbolu2021-12-04 17:35

“Beşiktaş”da daha bir ciddi itki – 3 ay oynamayacaq

Digər2021-12-04 16:51

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-12-04 16:17

UEFA 8 klubu cərimələdi, FİFA 1 kluba qadağa qoydu

Premyer-liqa2021-12-04 15:30

“Səbail” “Keşlə” ilə matça dörd itki ilə çıxacaq

Dünya futbolu2021-12-04 15:05

İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

Dünya futbolu2021-12-04 14:34

Premyer Liqa matçına itlərlə çıxdılar

Dünya futbolu2021-12-04 14:02

Serxio Ramos yenidən zədələndi

Premyer-liqa2021-12-04 13:27

“Qarabağ” – “Sabah” matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-12-04 12:56

Moldova milli komandasında yeni baş məşqçi

Dünya futbolu2021-12-04 11:36

“Mahirlə Pexartın yenə birlikdə oynamaq şansı var”

Dünya futbolu2021-12-04 10:57

Dadaşov “Şalke”nin əsas komandasına cəlb olundu

Dünya futbolu2021-12-04 09:58

Ozan Canlı “Telstar” doğma meydanda uduzdu

Dünya futbolu2021-12-04 09:28

Nazarovlu “Ersgebirge” 4 qola üzüldü

Dünya futbolu2021-12-04 01:55

“Qranada” “Alaves”i məğlub yola saldı

Dünya futbolu2021-12-04 01:32

“Leyptsiq” səfərdən xalsız döndü

Dünya futbolu2021-12-03 23:30

Krivotsyuklu “Visla” səfərdə uduzdu

Dünya futbolu2021-12-03 22:58

“Beşiktaş” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-12-03 21:59

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Gündəm